Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-830/2025 03.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə iddia ərizəsi üzrə mülki işə 03 iyun 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək 02 fevral 2024-cü il tarixli MAS-6180 saylı “Daxli lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 dekabr 2024-cü tarixə 575.62 manat gecikdirilmiş əsas, 275.16 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 394.83 manat dəbbə pulu, cəmi 1245.61 manat borcun və ödənilmiş 32.46 manat dövlət rüsumun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh iddiaya qarşı yazılı etirazını və etirazını əsaslandıran sübutlarını məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi olnunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6180 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2023-cü il buraxılışlı, “Qaz 3302-750” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Lizinq müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən Cavabdeh illik 18 faiz hesablanmaqla, 36 aylıq müddətə hər ay sabit olaraq 860.43 manat, ümumilikdə isə 35975 manat pulu lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 35975 manatın 28800 manatı əsas məbləği təşkil edir. Sözügedən “Qaz 3302-750” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil xx.xx.2024-cü il tarixdə Şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə ümumilikdə 1245,65 manat məbləğində gecikmə borcu yaranmışdır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS- 6180 saylı, “Daxili Lizinq” müqaviləsi və həmin müqavilənin ttərkib hissəsi iln 1 saylı və 3 saylı Əlavələrdən görünür ki, iddiaçı (lizinq verən) 1 ədəd 2023-cü il buraxılışlı, “Qaz 3302- 750” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili illik 18 faiz hesablanmaqla, 36 aylıq müddətə hər ay sabit olaraq 860.43 manat ödəmək şərti ilə cavabdehə (lizinq alana) lizinqə verməyi, cavabdeh (lizinq alan) isə lizinq obyektini lizinqə qəbul etməyi və lizinq ödənişlərini qrafikə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Qaz 3302-750” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 təhvil verilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli MAS-6180 saylı lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 575.62 manat, mükafat borcu 275.16 manat, cərimə borcu 394.83, cəmi borcu 1245.61 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun könüllü şəkildə ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barətə xx.xx.2024-cü il tarixli Akdan görünür ki, lizinqə verilən “Qaz 3302-750” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə gəririlərək İddiaçı MMC-nin duracağına yerləşdirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün İddiaçı MMC tərəfindən dövlət mədaxilinə 32.46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı araşdırılan iddia ərizəsindən və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6180 saylı, “Daxili Lizinq” müqaviləsi və həmin müqavilənin ttərkib hissəsi iln 1 saylı və 3 saylı Əlavələrə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2023-cü il buraxılışlı, “Qaz 3302-750” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Cavabdeh illik 18 faiz hesablanmaqla, 36 aylıq müddətə hər ay sabit olaraq 860.43 manat, ümumilikdə isə 35975 manat pulu lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtlərinə lazımınca əməl etməmiş və nəticədə onun iddiaçıya xx.xx.2024-cü il tarixə əsas borca görə 575.62 manat, mükafat borcuna görə 275.16 manat, cərimə borcuna görə 394.83, cəmi 1245.61 manat borcu yaranmışdır. Borca görə lizinqə verilən “Qaz 3302-750” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil xx.xx.2024-cü il tarixdə cavabdehdən alınaraq İddiaçı MMC-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcunu ödəməmişdir. Ona görə də İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Cavabdeh iddiaya qarşı etiraz etsə də, etirazını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti tələbin müqaviləvi öhdəliklərə aid olan lizinq münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinqlə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə izinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə görə lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-13.4-cü maddəsinə görə lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda adıçəkilən qanunvericilik normalarını rəhbər tutaraq və sübutlara qarşılıqlı şəkildə qiyymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. İddiaçı iddianın qanuni bə əsaslı olmasını yuxarıda sadalanan qaydada sübuta yetirə bilmişdir. Ona görə də iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 32,46 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qətetdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 575.62 manat, gecikdirilmiş mükafata görə 275.16 manat, dəbbəyə görə 394.83 manat, cəmi 1245,61 manat və dövlət rüsumuna görə 32.46 manat məbləğində pul tutularaq İddiaçı MMC”-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №e-2(061)-830/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-830/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver