Məhkəmə qərarları › İş №e-2(061)-85/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-85/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-85/2025 06.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********20043 “XİAOMİ REDMİ 12” markalı telefon üçün 231.23 (ki yüz otuz bir manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 23,77 (iyirmi üç manat yetmiş yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Tozsoran Samsung” üçün 145.32 (yüz qırx beş manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 14,68 (on dörd manat altmış səkkiz qəpik) cərimə, ümumilikdə 415 (dörd yüz on beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********20043 “XİAOMİ REDMİ 12” markalı telefon üçün 231.23 (ki yüz otuz bir manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 23,77 (iyirmi üç manat yetmiş yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Tozsoran Samsung” üçün 145.32 (yüz qırx beş manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 14,68 (on dörd manat altmış səkkiz qəpik) cərimə, ümumilikdə 415 (dörd yüz on beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X1 iddiaya qarşı etiraz etmiş və xx.xx.2024-cü il tarixdə onun etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Tərtər Rayon Məhkəməösinin xx.xx.2024-cü il tarixlin qərardadı ilə cavabdeh X3 etriaz ərizəsi təmin edilmiş və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********20043 “XİAOMİ REDMİ 12” markalı telefon üçün 231.23 (ki yüz otuz bir manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 23,77 (iyirmi üç manat yetmiş yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Tozsoran Samsung” üçün 145.32 (yüz qırx beş manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 14,68 (on dörd manat altmış səkkiz qəpik) cərimə, ümumilikdə 415 (dörd yüz on beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ərizədən görünür ki, cavabdeh X4 qarşı Tərtər Rayon Məhkəməsinin icraatında olan 2(061)-85/2025 saylı mülki iş üzrə məhkəmə iclası 06 fevral 2025-ci il tarixə saat 10-30-a təyin edilmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etiraz etmədiklərini, iddianı müdafiə etdiklərini və məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********20043 XİAOMİ REDMİ 12C markalı telefon, “TOZSORAN SAMSUNG” almış və nəticədə 415 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 467,9 manat olan İmey kodu **********20043 XİAOMİ REDMİ 12C markalı telefon üçün ümumilkdə, 255 manat olmaqla ondan, 231,23 manat ödənilməmiş hissə, güzəşt olunaraq 23,77 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 205,2 manat, “TOZSORAN SAMSUNG” üçün ümumilikdə, 160 manat olmaqla, ondan 145,32 manat ödənilməmiş hissə, güzəşt olunaraq 14,68 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləği 296,55 manat təşkil etmişdir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından göünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlik lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığı və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Yuxarıda göstərdiklərinə əsasən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********20043 “XİAOMİ REDMİ 12” markalı telefon üçün 231.23 (ki yüz otuz bir manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 23,77 (iyirmi üç manat yetmiş yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Tozsoran Samsung” üçün 145.32 (yüz qırx beş manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 14,68 (on dörd manat altmış səkkiz qəpik) cərimə, ümumilikdə 415 (dörd yüz on beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Mülki işin materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh məhkəmə bildirişini almış və onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh növbəti məhkəmə iclasında iştirak edə bilməsə iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsinə etirazı olmadığını göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli 09414075 və xx.xx.2022-ci il tarixli 02984855 saylı müqavilələrin surətindən görünür ki, həmin müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kod **********20043 “XİAOMİ REDMİ 12” markalı telefon və “SAMSUNG” markalı tozsoran götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə aratyışı və ödəniş cədvəlində görünür ki, Cavabdeh "xxxx" MMC-ə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********20043 “XİAOMİ REDMİ 12” markalı telefon üçün 231.23 (ki yüz otuz bir manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 23,77 (iyirmi üç manat yetmiş yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Tozsoran Samsung” üçün 145.32 (yüz qırx beş manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 14,68 (on dörd manat altmış səkkiz qəpik) cərimə, ümumilikdə 415 (dörd yüz on beş) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəf cavabdehə xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə yaranmış borc miqdarı və üzərinə düşən öhdəliyin 3 gün müddətində yerinə yetirilməsi barədə məlumat vermiş, öhdəliyi icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbbədən iddiaçıya borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin müəyyən bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 23,77 manat cərimə borcu, 20,77 manat azaldılaraq, (23,77 manat – 20,77 manat =3 manat ) 3 manat, 14,68 cərimə borcu, 10,68 manat azaldılaraq, (14,68 manat – 10,68 manat = 4 manat) 4 manat olmaqla təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 231.23 (ki yüz otuz bir manat iyirmi üç qəpik) manat, 3 (üç) manat cərimə, ümumilikdə 234.23 (ki yüz otuz dörd manat iyirmi üç qəpik) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 145.32 (yüz qırx beş manat otuz iki qəpik) manat, 4 (dörd) manat cərimə, ümumilkdə 149.32 (yüz qırx doqquz manat otuz iki qəpik) manat təşkil etmişdir. Məhkəmə belə hesab edir ki, "xxxx" MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********20043 “XİAOMİ REDMİ 12” markalı telefon üçün 231.23 (ki yüz otuz bir manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, ümumilikdə 234.23 (ki yüz otuz dörd manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Tozsoran Samsung” üçün 145.32 (yüz qırx beş manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, ümumilkdə 149.32 (yüz qırx doqquz manat otuz iki qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 383 (üç yüz səksən üç) manat 55 (əlli beş) qəpik borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-in xeyrinə ödənilməlidir. İddia dəbbə puluna aid qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-236-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********20043 “XİAOMİ REDMİ 12” markalı telefon üçün 231.23 (ki yüz otuz bir manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, ümumilikdə 234.23 (iki yüz otuz dörd manat iyirmi üç qəpik) manat borc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Tozsoran Samsung” üçün 145.32 (yüz qırx beş manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, ümumilkdə 149.32 (yüz qırx doqquz manat otuz iki qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 383 (üç yüz səksən üç) manat 55 (əlli beş) qəpik borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-in xeyrinə ödənilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar