Məhkəmə qərarları › İş №e-2(061)-891/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-891/2025

12.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-891/2025 12.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi İddiaçı vəkili Bərdə rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə X1 maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi 61101304 8575-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş Tərtər rayon Qaradağlı kəndində 0,225 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 77,6 kv.metr fərdi yaşayış evinin mərhum X5nun payına düşən 1/3 hissəsi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, anası Nümayəndə 1995-ci ildə Tərtər rayon Qaradağlı kənd sakini X5 ilə ailə qurmuşdur. Valideynlərinin iki övladı o və bacısı Maraqlı şəxs2 anadan olmuşdur. O, xx.xx.1996-cı ildə, bacısı Ləman isə xx.xx.1998-ci ildə anadan olmuşlar. X5 2000-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra miras olaraq Tərtər rayonu Qradağlı kəndində yerləşən 1/3 paylı həyətyanı torpaq sahəsi və həmin sahəsə olan fərdi yaşayış evi qalmışdır. O, həmin miras əmlakın qanuni vərəsəsi olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər rayon xüsusi notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi xx.xx.2024-cü il tarixli, 798 nömrəli qərarla ona vərəsəlik şəhadətnaməsinin verilməsindən əsassız olaraq imtina etmişdir.O, atasının ölümündən sonra uşaq olduğu üçün onun miras əmlakından istifadə etmiş, həmin evdə yaşamış və mirası faktiki qəbul etmişdir. Hal-hazırda da həmin evdən istifadə edir. Bacısı mərhum atasından miras qalmış atasının adına olan 0,225 ha həyətyanı və ümumi sahəsi 77,6 kv.metr Tərtər rayon Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsinə heç bir etirazı olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, o bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi 61101304 8575-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş Tərtər rayon Qaradağlı kəndində 0,225 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 77,6 kv.metr fərdi yaşayış evinin mərhum X5nun payına düşən 1/3 hissəsi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ№ 530712 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı anası X3 etibarnamə verərək onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Ərizəçi İddiaçı vəkili Bərdə rayon Vəkil Bürosunun vəkili X11 ərizənin hüquqi cəhətdən əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli vəkil orderindən görünür ki, İddiaçı Bərdə rayon Vəkil Bürosunun vəkili X11 ilə müqavilə bağlayaraq məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Tərtər rayon Qaradağlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 152 saylı xx.xx.2025ci il tarixli arayışdan görünür ki, X15 ölən günədək Tərtər rayonu Qaradağlı kəndində onunla birgə yaşamışlar. O, öldükdən sonra onlara məlum olan övladları İddiaçı və X14 qalmışdır. İşdə olan doğum haqqında arayışlardan görünür ki, X7 xx.xx.1996-cı ildə, Maraqlı şəxs2 xx.xx.1998-ci ildə Tərtər rayon Qaradağlı kəndində anadan olmuşlar, həmin sənəddə ata qrafasında X15, ana qrafasında Nümayəndə qeyd edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Qaradağlı kəndində yerləşən ümumi sahəsi 77,6 kv.metr, 0,225 həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə 1/3 hissədə Nümayəndə, 1/3 hissədə İddiaçı və 1/3 hissədə X10 payları müəyyən edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin e-2(061)-68/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2023-cü il tarixdə **********7 sayla qeydiyyata alınmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Nümayəndə, İddiaçı, X8 və X10 payları ¼ hissədə müəyyən edilisin, paylar naturada ayılaraq mülkiyyətçilər arasında bölünməsi qət edilmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X15 xx.xx.2000-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2024-cü ildə qəbul edilmiş 798 saylı qərardan görünür ki, həmin qərarla ərizəçi X4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş **********2045 nömrəli ərizədən görünür ki, Maraqlı şəxs2 xx.xx.2000-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlaklardan ona düşən miras payı qəbul etməmişdir. Həmin payların İddiaçı adına sənədləşdirilməsinə etiraz etmir, razıdır. Gələcəkdə miras payın qaytarılması barədə heç bir şikayət, tələbi olmayacaqdır. Məhkəmə ərizəçinin ərizəsini, vəkilini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin anası Nümayəndə 1995-ci ildə Tərtər rayon Qaradağlı kənd sakini X5 ilə ailə qurmuşdur. Valideynlərinin iki övladı o və bacısı Maraqlı şəxs2 anadan olmuşdur. O, xx.xx.1996-cı ildə, bacısı Ləman isə xx.xx.1998-ci ildə anadan olmuşlar. Ərizəçinin X5 2000-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra miras olaraq Tərtər rayonu Qaradağlı kəndində yerləşən 1/3 paylı həyətyanı torpaq sahəsi və həmin sahəsə olan fərdi yaşayış evi qalmışdır. Ərizəçi həmin miras əmlakın qanuni vərəsəsi olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər rayon Xüsusi Notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi xx.xx.2024-cü il tarixli,798 nömrəli qərarla ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Hazırda da həmin torpaq sahəsini və fərdi yaşayış sahəsini o, idarə edir. Ərizəçi atası vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi almamışdır. Bu hallar məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum atasının qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün atasından miras qalmış daşınmaz əmlakı vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçinin vəkili qanuni əsaslarla ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi 61101304 8575-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş Tərtər rayon Qaradağlı kəndində 0,225 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 77,6 kv.metr fərdi yaşayış evinin xx.xx.2000-ci ildə vəfat etmiş mərhum X5nun payına düşən 1/3 hissəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi 61101304 8575-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş Tərtər rayon Qaradağlı kəndində 0,225 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 77,6 kv.metr fərdi yaşayış evinin xx.xx.2000-ci ildə vəfat etmiş mərhum X5nun payına düşən 1/3 hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar