Məhkəmə qərarları › İş №e-2(061)-936/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-936/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-936/2025 22.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı MMC-in Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat tələbinə dair iddiası üzrə işə açıq məhkəmə binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC-in Cavabdeh qarşı Cavabdeh İddiaçı MMC-in xeyrinə xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli ********* №-li Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 569.4 AZN əsas, 85.4 AZN cərimə ümumilikdə 654.8 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-in ərizəsindən görünür ki, İddiaçı MMC-i Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasına borc tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması üçün müraciət olunması zərurəti yaranmışdır. Odur ki, İddiaçı MMC-in Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-ə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-in Cavabdeh qarşı Cavabdeh İddiaçı MMC-in xeyrinə xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli ********* №-li Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 569.4 AZN əsas, 85.4 AZN cərimə ümumilikdə 654.8 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın, iddia tələbi baxılmamış saxlanılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-ə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar