Məhkəmə qərarları › İş №e-2(061)-937/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-937/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-937/2025 29.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə 29 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 23 aprel 2025-ci il tarixinə yaranmış əsas borca görə 98.90 AZN, cəriməyə görə 14.80 AZN, cəmi 113.70 AZN; xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 738,90 manat, cəriməyə görə 110.80 manat, cəmi 849,70 manat, ümumilikdə hər iki müqavilə üzrə əsas borrca görə 837.80 AZN, cəriməyə görə 125.6 AZN, cəmi 963.4 AZN borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış cavabdehdən xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, hissə-hissə hər ay 18 manat ödəmək şərti ilə 206.90 AZN dəyərində NOKİA markalı telefon və iki ədə aksesuar; xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 62 manat ödəmək şərti ilə 1111,90 AZN dəyərində Samsung markalı teleon və üç ədəd aksesuar satılmış, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə onun xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən NOKİA markalı telefon və iki ədəd aksesuar üçün ödənilməmiş hissə üzrə 98.90 manat, cəriməyə görə 148 AZN - 90% güzəşt edilməklə 14,80 AZN; xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Samsung markalı teleon və üç ədəd aksesuar üçün ödənilməmiş hissə üzrə 738.90 AZN, cəriməyə görə 1108 AZN - 90% güzəşt edilməklə 110,80 AZN, ümumilikdə hər iki müqavilə üzrə əsas borrca görə 837.80 AZN, cəriməyə görə 125.6 AZN, cəmi 963.4 AZN borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilsə də, o, müqavilə üzrə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materialından görünür ki, cavabdeh məhkəmə bildirişi göndərilsə də, o, 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhəməyə göndərməmişdir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan tərəflər arasında bağlanmış ********* saylı, xx.xx.2024-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, hissəhissə hər ay 18 manat ödəmək şərti ilə 206.90 manat dəyərində NOKİA markalı telefon və iki ədə aksesuar satılmış və cavabdeh gecikdirilən aylıq borcun 1% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış ********* saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 62 manat ödəmək şərti ilə 1111.90 manat dəyərində Samsung markalı teleon və üç ədəd aksesuar satılmış və cavabdeh gecikdirilən aylıq borcun 1% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnnun xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçıya olan əsas borcu 98.9 AZN, cəriməyə görə 148 AZN, cəmi 246,90 AZN təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçıya olan əsas borcu 738.90 AZN, cəriməyə görə 1108 AZN, cəmi 1846,90 AZN təşkil edir. İşdə olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli elektron ödəniş sistemindən çıxarışdan görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən NOKİA markalı telefon və iki ədəd aksesuar üçün ödənilməmiş hissə üzrə 98.90 AZN, cərimə üzrə 14.80 AZN; xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Samsung markalı teleon və üç ədəd aksesuar üçün ödənilməmiş hissə üzrə 738.90 AZN, cərimə üzrə 110.80 AZN t, ümumilikdə hər iki müqavilə üzrə əsas borrca görə 837.80 AZN, cəriməyə görə 125.6 AZN cəmi 963.4 AZN borc və ödənilmiş dövlət rüsumuna görə 30 AZN pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən NOKİA markalı telefon və iki ədəd aksesuar üçün ödənilməmiş hissə üzrə 98.90 AZN t, cərimə üzrə 14.80 AZN; xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Samsung markalı teleon və üç ədəd aksesuar üçün ödənilməmiş hissə üzrə 738.90 AZN, cərimə üzrə 110.80 AZN, ümumilikdə hər iki müqavilə üzrə əsas borrca görə 837.80 AZN, cəriməyə görə 125.6 AZN, cəmi 963.4 AZN borc və ödənilmiş dövlət rüsumuna görə 30 AZN pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar