Məhkəmə qərarları › İş №e-2(061)-977/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-977/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-977/2025 21.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında təbii qazdan istifadəyə görə yaranmış 784.16 manat borcunun abonentin **********01600 saylı koduna və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu cavabdehdən alınaraq İddiaçı İB-nin Tərtər ROİİ-in X3 filialı, kod 200457 , VÖEN **********, M/H AZ37NABZ ********************44, SVVİFT BİK AİİBAZ2XXXX, Azəriqaz İB VÖEN**********, İBAN: AZ95AİİB******************** köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin icraatına daxil olmuş İddiaçı səlahiyyətli nümayəndəsi X1 verilmiş ərizədən aydın olur ki, hazırki vəziyyətdə Cavabdeh borcunu tam ödədiyindən iddia ərizəsinin baxılmamış saxlayaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə bildirişi iş üzrə cavabdehə rəsmi qaydada göndərilmiş, həmin bildirişdə ona hüquq və vəzifələri izah olunmuşdur. Lakin cavabdehin ona qarşı olan tələblə bağlı etiraz və mülahizələri məhkəmənin icraatına daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər dövlət rüsumu ilə birlikdə geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında təbii qazdan istifadəyə görə yaranmış 784.16 manat borcunun abonentin **********01600 saylı koduna və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu cavabdehdən alınaraq İddiaçı İB-nin Tərtər ROİİ-in X3 filialı, kod 200457 , VÖEN **********, M/H AZ37NABZ ********************44, SVVİFT BİK AİİBAZ2XXXX, Azəriqaz İB VÖEN**********, İBAN: AZ95AİİB******************** köçürülməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın, iddia tələbi baxılmamış saxlanılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-ə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar