Məhkəmə qərarları › İş №e-2(062)-1005/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-1005/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-1005/2024 01.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" MMC-nin sənədlərin iddiaçıya qaytarılmasına dair ərizəsini nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı "xxxx" MMC məhkəməyə ərizə göndərərək, ərizəni baxılmamış saxlamaqla iş materiallarına əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddiçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və sənədlərin geri qaytarılmasına dair iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi icraata qəbul edildiyi üçün hazırki mərhələdə iddia ərizəsinin geri qaytarılması prosessual baxımdan yol verilməzdir. Bununla belə ərizənin baxılmamış saxlanılması üçün əsaslar vardır. Doğrudur ki, qeyd olunan məsələ ilə bağlı tənzimləmə - yəni iddiaçının ərizəsi əsasında işin baxılmamış saxlanılması Mülki Prosessual Məcəllənin 23-1-ci fəslində nəzərdə tutulmamışdır. Bu səbəbdən də məsələnin tənzimlənməsinin analogiya üzrə həmin Məcəllənin 19-cu fəslinin müddəalarına uyğun həll edilməsini məqsədə müvafiq hesab edirəm. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində göstərilmişdir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci məddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, iddiaçı tərəf hazırda işə baxılmasını istəmir. Cavabdehə rəsmi məhkəmə bildirişi çatdırılmış və cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4, 259.0.11, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar