Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1008/2024 08.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-cü il tarixnə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 424,4 manat əsas, 63,6 manat cərimə cəmi 488 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 306 manat əsas, 46 manat cərimə borc cəmi 352,9 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 814,9 manat əsas, 122,2 manat cərimə cəmi 937,1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165,9 manat əsas, 24,8 manat cərimə cəmi 190 manat borc ümumilikdə dörd müqavilə üzrə 1712,1 manat əsas, 256,6 manat cərimə, 1968,7 manat cəmi borcun və 39,7 manat ödənilmiş dövlət rüsumun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı mobil telefon və aksesuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13.00 manat olmaqla cəmi 768,40 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Honor” markalı mobil telefon və aksessuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 38.00 manat olmaqla cəmi 450,97 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı TV və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 69.00 manat olmaqla cəmi 1228,97 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı qaz sobasına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 18.00 manat olmaqla cəmi 937,10 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 43.00 manat ödəniş etmiş və qalıq qalmış 424,40 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 10 manat ödəniş etmiş və qalıq qalmış 306,90 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 11.00 manat ödəniş etmiş və qalıq qalmış 814,90 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 10.00 manat ödəniş etmiş və qalıq qalmış 165,90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 636 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 460 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 248 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 1222 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 636 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 63,60 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 460.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 46 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 1222.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 122,20 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 248.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 24,80 manat, İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 424,4 manat əsas, 63,6 manat cərimə cəmi 488 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 306 manat əsas, 46 manat cərimə borc cəmi 352,9 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 814,9 manat əsas, 122,2 manat cərimə cəmi 937,1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165,9 manat əsas, 24,8 manat cərimə cəmi 190 manat borc ümumilikdə dörd müqavilə üzrə 1712,1 manat əsas, 256,6 manat cərimə, 1968,7 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) aıqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung markalı mobil telefon və aksessuarları 768,40 manata (18 ay x 43 manat olan) almışdır. xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) aıqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Honor” markalı telefonuvə aksessuarı 450,97 manata (12 ay x 38 manat olan) almışdır. xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) aıqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı TV və aksessuarı 1228,97 manata (18 ay x 69 manat olan) almışdır. xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) aıqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən qaz sobasını 309,90 manata (18 ay x 18 manat olan) almışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə əsas borcun qalığı 424,4 manat, cərimə 636 manat, gecikdirilən günlərin sayı 221 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 1060,40 təşkil edir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə əsas borcun qalığı 306,9 manat, cərimə 460 manat, gecikdirilən günlərin sayı 207 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 766,90 təşkil edir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə əsas borcun qalığı 814,9 manat, cərimə 1222 manat, gecikdirilən günlərin sayı 220 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 2036,90 təşkil edir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə əsas borcun qalığı 165,9 manat, cərimə 248 manat, gecikdirilən günlərin sayı 215 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 413,90 təşkil edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 63,6 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 46 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 122,2 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 24,8 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 20 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 15 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 40 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 8 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc və azaldılmış xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 20 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 15 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 40 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 8 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 31.82 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 424,4 manat əsas, 20 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 306,9 manat əsas, 15 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 814,9 manat əsas, 40 manat və xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə üzrə 165,9 manat əsas, 8 manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1712,1 manat əsas, 83 manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflər qətnamənin surətini aldıqları vaxtdan 1 ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1008/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1008/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver