Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1321/2024 03.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı İRŞAD ELECTRONİCS” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Tovuz şəhərində 04 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 869.3 manat əsas, 130.3 manat cərimə borcu olmaqla, ümumilikdə 999.6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı ‘‘İNDESİT” markalı soyducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 55.00 manat olmaqla, cəmi 979.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixinə 55.00 manat ödəniş etmiş və qalıq qalmış 869.30 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərə görə faktiki cərimə borcu 1303.00 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1303.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 130.30 manat İddiaçı MMC-yə ödənilməlidir.Beləliklə,cavabdeh xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 869.3 manat əsas, 130.3 manat cərimə borcu olmaqla, ümumilikdə 999.6 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 bildirdi ki, cavabdeh öhdəliyi lazımı qaydada yerinə yetirməmişdir. Belə ki, o aldığı soyuducunun işlək vəziyyətdə olmamasını bildirmiş, gətirib soyuducunu şirkətin qarşısına qoyub getmişdir. Onların əməkdaşları da soyuducu baxımsız qalmasın deyə götürüb anbara qoymuşlar. Yəni, soyuducu rəsmi qaydada şirkətə təhvil verilməmişdir. Qeyd olunan soyuducuda problem olduğu halda o 15 gün müddətində soyuducunun dəyişdirilməsi ilə bağlı müraciət edə bilərdi. Aybəniz soyuducunu aldığı vaxtdan problemin olduğunu görsə idi, o həmin vaxt da dəyişdirilməsi ilə bağlı onlara müraciət edə bilərdi. Ancaq o qanunla nəzərdə tutulmuş müddətlərdə müraciət etməmişdir. Eyni zanmnda Aybənizin aldığı soyuducunun buzlayan və buzlanmayan kimi çeşidləri vardır. Yəni, Aybenizin aldığı soyuducunun rejimi fərqlidir. Qarşı tərəf soyuducunu qızına cehiz kimi alıb, lakin ola bilsin qızı tərəfindən bəyənilmədiyindən soyuducunun xarab olduğu qənaətinə gələrək soyuducunun pulunu geri almaq istəyir. Eyni zamnda soyuducunun buzlanması hava şəraitindən aslıdı. Bu soyuducular hava isti olduğu halda buz bağlayır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, 26 iyun bir soyuducu və paltaryuyan almışdır. Soyuducu işləməyərək, aldığı gündən xarab olmuşdur. O dəfələrlə həmin şirkətin işçilərinə telefon vasitəsilə müraciət etsə də onlar məhəl qoymamışlar. O da soyuducunu aparıb İrşad mağazasının qarşısına qoyaraq etirazını bildirmişdir. Şifahı şəkildə müraciət edərək bildirdi ki, soyuducunu dəyişsinlər. Odur ki, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, Aybənizi müştəri kimi tanıyır.Servisdən məlumat verdilər ki, müştərinin soyuducusunda problem var, ona görə də o gedib soyuducuya baxmışdır. Baxış zamanı məlum oldu ki, soyuduca buzlanma yaranır. O təmir olunmur. İstifadə qaydası odur ki, 15-20 gündən bir soyuducu cərəyandan ayrılır. İçərisində olan buz əriyir. Soyuducun iş prinsipi belədir. Müştəri də elə bilir ki, siyuducu xarabdır. O baxış keçirərəkən soyuduca hər hansı qüsurun olduğunu aşkar etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh İRŞAD ELECTRONİCS” MMC tərəfindən məişət ‘‘İNDESİT” markalı soyducusu verilmiş, nəticədə 979,90 manatlıq öhdəlik verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İRŞAD ELECTRONİCS” MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləyə əsasən sonuncu məişət avadanlığı almış və nəticədə 979.90 manat borc yaranmışdır. Cavabdeh cəmi 55 manat pul ödəmişdir. Borclu müqavilənin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin hesablanmasını mütəmadi olaraq gecikdirmişdir. Cavabdehin iddiaçı təşkilata ümumilikdə 999,6 manat borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırılması zamanı cavabdehin iddiaya etirazında göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə 130 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc və azaldılmış 20 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 869.30 manat əsas, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 889,30 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1321/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1321/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver