Məhkəmə qərarları › İş №e-2(062)-1385/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-1385/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-1385/2025 28.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Bozalqanlı kəndində yaşayan Cavabdeh istehlak edilmiş qaza görə borclu olduğu 738.83 manat vəsaitin və ödənilmiş 30.40 manat dövlət rüsumunun cavabdeh tərəfindən "Azəriqaz" İB-nin ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin icraatında olarkən İddiaçı işin iddia icraatına keçirilməsi ilə bağlı məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, cavabdehin qaz borcu ilə bağlı azalmalar müşahidə edilmişdir. Odur ki, işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının vəsatəti təmin edilməməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı iddia icraatına keçirilməsini ona görə xahiş edir ki, cavabdehin borcunda azalmalar müşahidə edilmişdir. Halbuki Mülki-Prosessual Məcəllədə iddiaçının vəsatəti əsasında iddia icraatına keçid nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki –Prosessual Məcəlləsinin 283cü maddəsində borclunun etirazı olduqda icraata götürülmüş işin iddia icraatına keçirilməsi nəzərdə tutulub. Düzdür,məhkəmənin öz təşəbbüsü ilə iddia icraatına keçirilməsi yol verilən olsada bu iş üzrə işin iddia icraatına keçirilməsi azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı tələbin həcmini dəyişdirməsinə baxmayaraq MPM-in yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından iddianın predmeti və qiymətini göstərməmişdir. İşin iddia icraatına keçirilməsi ilə bağlı vəsatət isə heç bir halda iddia ərizəsini əvəz edə bilməz. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin nöqsanın aradan qaldırılması üçün ərizəçiyə şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu İddiaçınə qaytarılsın. İddiaçınə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə yenidən müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar