Məhkəmə qərarları › İş №e-2(062)-1478/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1478/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1478/2024 30.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «borc» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 2456 manat borc, həmçinin 44,56 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 21 aprel 2023-cü il, 09 avqust 2023-cü il, 11 iyun 2023-cü il və 09 avqust 2023cü il tarixli müqavilələrə əsasən, TCL LED TV, Yupiter Asqı, İmei Kodu **********14325 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger, watch 2E wave Se qol saatı, İmei kodu **********19761 olan Huawei Nova 10SE markalı telefon, Vinil Mat, Vinil Şəffaf almış və nəticədə 2456 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1544,58 manat olan TCL LED TV, Yupiter asqı üçün ümumilikdə 1296 manat olmaqla, ondan 1178,58 manat ödənilməmiş hissə, 117,42 manat cərimə, 09 avqust 2023-cü il tarixli müqavilə ilə alqı-satqı qiyməti 1208,45 manat olan İmei Kodu **********14325 Samsung Galaxy A34 markalı telefon üçün ümumilikdə 944 manat olmaqla, ondan 858,46 manat ödənilməmiş hissə, 85,54 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 146.04 manat olan WATCH 2E WAVE SE QOL SAATİ üçün ümumilikdə 134 (yüz otuz dörd) manat olmaqla, ondan, 121.82 (yüz iyirmi bir manat səksən iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.18 (on iki manat on səkkiz qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1100 (bir min yüz) manat (15 ay x 60 manat + 200 manat ilkin ödəniş) olan İmei kod **********19761 HUAWEİ NOVA 10 SE markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün ümumilikdə 82 (səksən iki) manat olmaqla, ondan, 75 (yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində PAKET XL-dan imtina etmiş və məhsul 79.99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində İmei kod **********19761 HUAWEİ NOVA 10 SE markalı telefon və QİZİL ZƏMANƏT ULTRA 3 İL-dan imtina etmiş və məhsul 1000 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 270 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 79.99 manat, cəmi ödədiyi məbləğ 349.99 manat təşkil edir. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 25 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1000 manat, cəmi ödədiyi məbləğ 1025 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, cavabdehdən 2456 manat borc, həmçinin 44,56 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının tələbinə dair cavabdehə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçının tələbinə dair məhkəməyə etiraz verməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilənin surətindən, həmin müqaviləyə əlavədən və fakturalardan görünür ki, Cavabdeh müqavilələrə əsasən TCL LED TV, Yupiter Asqı, İmei Kodu **********14325 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger, watch 2E wave Se qol saatı, İmei kodu **********19761 olan Huawei Nova 10SE markalı telefon, Vinil Mat, Vinil Şəffaf almış, qismən ödəniş etmiş, ümumi 2456 manat borcu qalmışdır. Alqı-satqı müqaviləsinin şərtlərini pozaraq qalan borcunu ödəməmişdir. Müqavilənin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, kredit razılaşmasına əsasən tələb olunan birinci müqavilə üzrə 117,42 manat cərimə azaldılaraq 11,74 manat, ikinci müqavilə üzrə 85,54 manat cərimə azaldılaraq 8,55 manat, üçüncü müqavilə üzrə 12,18 manat cərimə azaldılaraq 1,21 manat və dördüncü müqavilə üzrə 7 manat cərimə azaldılaraq 0,7 manat məbləğində müəyyən olunması qanuni və əsaslıdır. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, Cavabdeh borcu ödəməsinin son tarixi müəyyən olunsa da, borclu müqavilənin qeyd olunan şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdir. Ödəniş tapşırığından görünür ki, ərizənin məhkəməyə təqdim edilməsi üçün 44,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 1178,58 manat ödənilməmiş hissə, 11,74 manat cərimə olmaqla, cəmi 1190,32 manat, xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən, 858,46 manat ödənilməmiş hissə, 8,55 manat cərimə olmaqla, cəmi 867,01 manat, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 121,82 manat ödənilməmiş hissə, 1,21 manat cərimə olmaqla, cəmi 123,03 manat və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 75 manat ödənilməmiş hissə, 0,7 manat cərimə olmaqla, cəmi 75,07 manat olmaqla, ümumilikdə 2255,43 manat məbləğində borc və ödənilmiş 42,55 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 1178,58 manat ödənilməmiş hissə, 11,74 manat cərimə olmaqla, cəmi 1190,32 manat, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 858,46 manat ödənilməmiş hissə, 8,55 manat cərimə olmaqla, cəmi 867,01 manat, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 121,82 manat ödənilməmiş hissə, 1,21 manat cərimə olmaqla, cəmi 123,03 manat və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 75 manat ödənilməmiş hissə, 0,7 manat cərimə olmaqla, cəmi 75,07 manat olmaqla, ümumilikdə 2255,43 manat məbləğində borc və ödənilmiş 42,55 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar