Məhkəmə qərarları › İş №e-2(062)-1587/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1587/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1587/2024 11.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********74884 XİAOMİ REDMİ NOTE 10S markalı telfon üçün 135 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən TAURUS MOPED, HELMET DƏBİLQƏ üçün 1693.98 manat ödənilməmiş hissə, 169.02 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV,SONOROUS SUREFİX ASQİ üçün 210.6 manat ödənilməmiş hissə, 21.4 manat cərimə ümumilikdə 2243 manat borc və 42.43 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022ci il tarixli müqavilənin şərtlərini pozmuş nəticədə alqı-satqı qiyməti 642 manat (12 ay x 53.5 manat+0 manat ilkin ödəniş) olan İmei kod **********74884 XİAOMİ REDMİ NOTE 10S markalı telefon üçün ümumilikdə 148 manat olmaqla, ondan 135 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 13 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alq-satqı qiyməti 3178.98 manat (18ay x 176.61 mana+0 manat ilkin ödəniş) olan TAURUS MOPED, HELMET DƏBİLQƏ üçün 1693.98 manat olmaqla ondan 1693.98 manat ödənilməmiş hissə, müqaviləyə güzəşt olaraq 169.02 manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alq-satqı qiyməti 1933.2 manat (18ayx107.4 mana+0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV,SONOROUS SUREFİX ASQİ üçün 232.98 manat olmaqla ondan 210.6 manat ödənilməmiş hissə, müqaviləyə güzəşt olaraq 21.4 manat cərimə cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində SAMSUNG LED TV,-dən imtina etmiş və məhsul 1605.6 manat qiymətləndirilib borcundan silinədək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 117 manat məhsul qaytarıldıqdqn sonra qoyulan qiymət 1605.6 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1722.6 manat təşkil edir. Cavabdeh əldə etdiyi məhsulları tam və qusursuz şəkildə təhvil almışdır.Cavabdehə bildirişlər göndərilsədə də cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh **********74884 XİAOMİ REDMİ NOTE 10S markalı markalı telfon 642 manata almışdır. xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh TAURUS MOPED, HELMET DƏBİLQƏ 1693.98 manata almışdır xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh SAMSUNG LED TV,SONOROUS SUREFİX ASQİ 1933.2 manata almışdır Maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcu 135 manat ödənilməmiş hissə, 13 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 693.98 manat ödənilməmiş hissə, 169.02 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 210.6 manat ödənilməmiş hissə, 21.4 manat cərimə olmaqla cəmi 2243 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 13 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 169,02 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 21,4 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 6 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 84 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc və azaldılmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 6 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 84 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,39 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci tarixli müqavilə üzrə 135 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2022-ci il tarixli il tarixli müqaviləsi üzrə 1693,98 manat ödənilməmiş hissə, 84 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 210.6 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 2139,58 manat məbləğində borc və 41,39 manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar