Məhkəmə qərarları › İş №e-2(062)-1741/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1741/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1741/2025 07.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “AS Mobile” telefon mağazasının Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “AS Mobile” telefon mağazası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 172805 saylı müqaviləyə əsasən 1800 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu olmaqla, cəmi 1887 manat borc və 38.6 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq “AS Mobile” telefon mağazası-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, “AS Mobile” telefon mağazası ilə xx.xx.2025-ci il tarixli 172805 saylı müqaviləyə əsasən, İmei kodu: **********79649 olan Samsung S24 Ultra markalı telefon almış və nəticədə 1887 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2000 manat (12 ay x 150 manat + 200 manat ilkin ödəniş) olan İmei kodu: **********79649 olan Samsung S24 Ultra markalı telefon üçün ümumilikdə 1887 manat olmaqla ondan 1800 manat ödənilməmiş hissə, 87 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 200 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli 172805 saylı müqaviləyə əsasən məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh “AS Mobile” telefon mağazasından xx.xx.2025-ci il tarixli 172805 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2000 manat (12 ay x 150 manat + 200 manat ilkin ödəniş) İmei kodu: **********79649 olan Samsung S24 Ultra markalı telefon satın və təhvil almış, həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 172805 saylı müqaviləyə əsasən 1800 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu olmaqla, cəmi 1887 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı olan satıcı müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları alıcı olan cavabdehə təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. Məhkəmə hesab edir ki, 1800 manat ödənilməmiş hissə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, iddiaçı “AS Mobile” telefon mağazasının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, 1800 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçnın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38.6 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 172805 saylı müqaviləyə əsasən 1800 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu olmaqla, cəmi 1887 (min səkkiz yüz səksən yeddi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat 60 (altmış) qəpik pul tutularaq “AS Mobile” mağazasına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar