Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1788/2025 23.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiаçı İddiaçı MMC-nin Cavabdeh qarşı “borc məbləğinin tutulması” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3750 nömrəli “Nisyə alqısatqı haqqında” müqavilə üzrə qalıq ümumi borc məbləği olan 8708 manat borcun, 58,80 manat cərimə məbləğinin və 108 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 8874,84 manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 3750 nömrəli “Nisyə alqı-satqı haqqında” müqaviləsi bağlanmışdır. Tərərlər arasında bağlanmış müqaviləyə əsasən, satış obyekti olan “Elos Trio”, “7 funksiyalı akvapilinq”, “G-Max Turbo” cihazları xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən, o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 15.700 manat müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 588 manat ödəniş edilməli idi. Lakin müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Daha sonra Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 100 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən ödəniş öhdəliyi tam icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bu isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edirlər ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli, 3750 nömrəli “Nisyə alqı-satqı haqqında” müqaviləsinə əsasən, müqavilə sifarişçi Cavabdeh ilə icraçı İddiaçı MMC-nin direktoru X1 arasında bağlanmış, sifarişçi satış obyektini sifariş verib icraçıya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürür. Göstərilməli xidmət üzrə satış obyekti və onun satış qiyməti bu müqaviləyə əlavə edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilə əlavəsi ilə müəyyənləşdirilir. xx.xx.2024-cü il tarixli, 3750 nömrəli müqavilə üzrə müqavilə əlavəsinə əsasən, toplam 15700 manat dəyərində satış obyekti olan “Elos Trio”, “7 funksiyalı akvapilinq”, “G- Max Turbo” cihazlarının icraçı İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh təhvil verilməsi, satış obyekti olan cihazlar sifarişçiyə verildikdiyi tarixdən etibarən toplam satış qiymətinin 24 ay müddətində sifarişçi tərəfindən tam ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 3750 nömrəli müqavilə üzrə “Elos Trio”, “7 funksiyalı akvapilinq”, “G-Max Turbo” cihazları şəxsən təhvil almış və təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 3750 nömrəli müqavilə üzrə gecikmiş borcun ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, 3750 nömrəli müqavilə üzrə qalıq borcu 8708 manat, cərimə borcu 58.8 manat təşkil edir. Ödənilmiş məbləğ isə 6992 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3750 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə və həmin müqaviləyə əlavədən görünür ki, İddiaçı MMC tərəfindən toplam 15700 manat dəyərində satış obyekti olan “Elos Trio”, “7 funksiyalı akvapilinq”, “G-Max Turbo” cihazlarının Cavabdeh təhvil verilməsi, satış obyekti olan cihazlar cavabdehə verildikdiyi tarixdən etibarən toplam satış qiymətinin 24 ay müddətində sifarişçi tərəfindən tam ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun satıcıya borcu yaranmışdır. Yəni satıcı tərəfindən əşya nisyə olaraq verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da, satıcının qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə alıcı kimi cavabdehin satıcı olan iddiaçıya borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı və ödəniş cədvəlini əks etdirən müqavilə əlavəsi təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli müqavilə əlavəsində 15700 manat pul məbləğinin Cavabdeh tərəfindən 24 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. Maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3750 nömrəli müqavilə üzrə 15700 manat borc məbləğindən ümumi 6992 manat ödəniş edilmiş və nəticədə 8708 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi, sadə riyazi hesablama yolu ilə müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3750 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə 8708 manat məbləğində borc ödənilməmişdir. Məhkəmə cərimə məbləği ilə bağlı qeyd edir ki, tələb edilən cərimə məbləği tərəflərin əmlak vəziyyətinə və müqavilənin şərtlərinə uyğundur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 108 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 3750 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə ödənilməmiş 8708 (səkkiz min yeddi yüz səkkiz) manat əsas borc, 58,80 (əlli səkkiz manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 8766,80 (səkkiz min yeddi yüz altmış altı manat səksən qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3750 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə ödənilməmiş 8708 (səkkiz min yeddi yüz səkkiz) manat əsas borc, 58,80 (əlli səkkiz manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 8766,80 (səkkiz min yeddi yüz altmış altı manat səksən qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №e-2(062)-1788/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1788/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver