Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1798/2024 08.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli ********** saylı müqavilə üzrə yaranmış 89.12 manat ödənilməmiş hissə, 61.41 manat cərimə borcu olmaqla cəmi 150.53 manat məbləğdə borcun və xx.xx.2021-ci tarixli ********** saylı meqavilə üzrə yaranmış 525.51 manat ödənilməmiş hissə, 316.97 cərimə borcu olmaqla cəmi 842.48 manat,ümüumilikdə iki müqavilə üzrə 993.01manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçıMMC-dən 312,12 manat dəyərində olan1 (Bir) ədəd SAMSUNG GALAXY A02s 3/32 BLACK model və İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçıMMC-dən625,51 manat dəyərində olan 1 (Bir) ədəd SAMSUNG GALAXY A32 2020 64Gb VİOLET model məhsul almışdır. Cavabdeh borclu olduğu 312,12 manat məbləğdən 25,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2021-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 287,12 manat borcu qalmışdır. xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixə kimi hər ay 48,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 625,51 manat məbləğdən 100,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2021-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 525,51 manat borcu qalmışdır. xx.xx.2021 -ci il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixə kimi hər ay 44,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 223 manat və xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 100 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçıMMC-ə xx.xx.2021-c i il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 89,12 manat əsas borcu və 61,41 manat cərimə borcu olmaqla ümumilikdə 150,53 və xx.xx.2021-ci il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 525,51 manat əsas borcu və 316,97 manat cərimə borcu olmaqla ümumilikdə 842,48 manat borcu manat borcu vardır. Mübahisənin həlli məhkəmədənkənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən 284-1-ci maddəsində göstərilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (Mülki Prosessual Məcəllənin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələri). İddia tələbi üzrə mübahisənin hüquqi həllinə keçməmişdən qabaq məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada iddia ərizəsinə qarşı etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrdən və həmin müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, alıcı tərəfindən mal hissə-hissə aylıq ödənilmək şərti ilə satıcıdan alınmışdır. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş şərtləri ilə bağlı əlavənin 5.6-cı bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlər gecikdirilən halda gecikdirilmiş məbləğin hər gün üçün 0,5 faizi məbləğində cərimə hesablanır. Satıcı İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, alıcı Cavabdeh tərəfindən nisyə aldığı avadanlıq üçün xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə qalığı 150.53 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 842.48 manatdır. Həmçinin ona xx.xx.2021-ci il tarixli müqavilə üzrə 61.41 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 316.97 manat məbləğdə cərimə borcu hesablanmışdır. Ümumi borcu 993.01 manat təşkil edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqısatqı müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun satıcıya borcu yaranmışdır. Yəni satıcı tərəfindən əşya nisyə olaraq verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da satıcının qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə alıcın kimi cavabdehin satıcı olan iddiaçıya borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə və ödəniş cədvəli təqdim edilmişdir. Həmin arayış üzrə müəyyən edilir ki, alıcı Cavabdeh tərəfindən xx.xx.2021-cil tarixli müqavilə üzrə nisyə aldığı avdanlıq üçün 89.12 manat əsas borcu yaranmışdır, həmçinin ona 61.41 manat məbləğdə cərimə borcu hesablanmışdır. Alıcı Cavabdeh tərəfindən xx.xx.2021-cil tarixli müqavilə üzrə nisyə aldığı avdanlıq üçün 525.51 manat əsas borcu yaranmışdır, həmçinin ona 316.97 manat məbləğdə cərimə borcu hesablanmışdır. Ümumi borcu 993.01 manat təşkil edir. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan işin hallarını təhlil edərək məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləği tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğun deyildir. Cərimənin məbləğinin xx.xx.2021-ci il tarixli müqacilə üzrə 4.45 manat,xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.25 həddə müəyyən edilməsi qanuni və əsaslı olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2021-cü il tarixli müqavilə əsasında əsas borcdan ödənilməmiş hissə üzrə 89.12 manat, cərimə borcu üzrə 4.45 manat olmaqla cəmi 93.57 manat, xx.xx.2021cü il tarixli müqavilə əsasında əsas borcdan ödənilməmiş hissə üzrə 525.51 manat, cərimə borcu üzrə 26.25 manat olmaqla cəmi 551.76 manat, ümumilikdə iki müqavilə üzrə 645.33 manat məbləğdə borc alınaraq İddiaçı MMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 284-6.1 və 284-6.2-ci maddələrində göstərilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğdə vəsaitin əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1, 284-6.2 və 357 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-cü il tarixli müqavilə əsasında əsas borcdan ödənilməmiş hissə üzrə 89.12 manat, cərimə borcu üzrə 4.45 manat olmaqla cəmi 93.57 (doxsan üç manat əlli yeddi qəpik) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcdan ödənilməmiş hissə üzrə 525.51 manat, cərimə borcu üzrə 26.25 manat olmaqla cəmi 551.76 manat, ümumilikdə iki müqavilə üzrə 645.33 manat məbləğdə borc və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğdə vəsaitin əvəzi tutularaq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1798/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1798/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver