Məhkəmə qərarları › İş №e-2(062)-1851/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1851/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1851/2025 08.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 407.9 manat əsas, 61.1 manat cərimə, cəmi 469 manat, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 365.9 manat əsas, 54.8 manat cərimə, cəmi 420.7 manat, ümumilikdə hər iki müqavilə üzrə 773.8 manat əsas, 115.9 manat cərimə, cəmi 889.7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 459.90 manat, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Honor” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 42 manat olmaqla cəmi 499.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 26 manat ödəniş etmiş, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 134 manat ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin, faktiki cərimə borcu hər iki müqavilə üzrə 115.9 manat təşkil edir. Beləliklə, cavabdehin "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 407.9 manat əsas, 61.1 manat cərimə, cəmi 469 manat, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 365.9 manat əsas, 54.8 manat cərimə, cəmi 420.7 manat, ümumilikdə hər iki müqavilə üzrə 773.8 manat əsas, 115.9 manat cərimə, cəmi 889.7 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Ərizəyə əlavə olunmuş: - Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən "Honor” markalı mobil telefonu 459.90 manata (18 ay x 23 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən "Honor” markalı mobil telefonu 499.90 manata (12 ay x 42 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 407.9 manat əsas, 61.1 manat cərimə, cəmi 469 manat, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 365.9 manat əsas, 54.8 manat cərimə, cəmi 420.7 manat, ümumilikdə hər iki müqavilə üzrə 773.8 manat əsas, 115.9 manat cərimə, cəmi 889.7 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilələr bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış əsas borcların ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı gecikdirilmiş ödənişlərə görə cavabdehdən xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 61.10 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 54.80 manat cərimə tutulmasını tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 10.1 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10.1 manat cərimə borcu müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borclar və azaldılmış cərimə borcları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən 407.9 manat əsas, 10.1 manat cərimə, cəmi 418 manat (dörd yüz on səkkiz) manat borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən 365.9 manat əsas, 10.1 manat cərimə, cəmi 376 (üç yüz yetmiş altı) manat borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 30 (otuz) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar