Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-1917/2025 20.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi : İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddia tələbinin əsaslandırılması üçün lazım olan faktlar iddiaçı tərəfindən kifayət qədər şərh edilməmişdir. İddia ərizəsinin məznununda alınmış cihazların müştəri tərəfindən geri qaytarılmasına baxmayaraq borcun məbləğində hansı səbəblərdən hər hansı dəyişikliklərin olması müəyyən edilmir. İddiaçı ilə cavabdeh arasında bağlanılan müqavilələrin tarixləri arasında ziddiyyət vardır. İddia ərizəsində 06 avqust 2024-cü il tarixli müqavilədən bəhs edilsə də, iddia ərizəsinə əlavə olunmuş sənədlərdə 06 avqust 2024-cü il tarixli müqaviləyə rast gəlinməmişdir. Buna baxmayaraq iddiaçı məhz həmin müqaviləyə istinad edərək cavabdehdən 3 ədəd PAKET XL xidməti, 3 ədəd MYCHOİCE CASE, 3 ədəd HD GLASS ekran qoruyucu üçün pul tələb etmişdir. İddia ərizəsinin təsviri hissəsinin birinci abzasında iddiaçı yenə də xx.xx.2024-cü il tarixli müqaviləyə istinad edərək bütün cihaz və aksesuarları cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, bu kimi ziddiyyətlər aradan qaldırılmadan iddiaya hüquqi qiymətin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin MPM) 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Yuxarıda adı çəkilən Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanıldığından ödənilmiş 47.16 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı MMC-yə qaytarılsın. Ödənilmiş 47.16 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. İddiaçı MMC-yə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə yenidən müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1917/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-1917/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver