Məhkəmə qərarları › İş №e-2(062)-1949/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1949/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1949/2024 26.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh Xaliq oğluna qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********31819 SAMSUNG GALAXY S22 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ 2 ədəd üçün 1420.68 manat ödənilməmiş hissə, 142.32 manat cərimə,xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********20800 HONOR X6 markalı telefon üçün, 147.43 manat ödənilməmiş hissə, 14.57 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********39526 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 21 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə ümumilikdə 1748 manat borc və 37,48 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********31819 SAMSUNG GALAXY S22 markalı telefon VİNİL MAT, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ 2 ədəd, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********20800 HONOR X6 markalı telefon, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********39526 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış və nəticədə 1748 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2014.92 manat (yəni 18 ay x 111.94 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********31819 SAMSUNG GALAXY S22 markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ 2 ədəd üçün ümumilikdə 1563 manat olmaqla, ondan 1420.68 manat ödənilməmiş hissə, 142.32 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqi-satqı qiyməti 428.04 (12 ay x 35.67 + 0 manat ilkin ödəniş) İMEİ kodu **********20800 HONOR X6 markalı telefon üçün ümumilikdə 162 manat olmaqla ondan 147.43 manat ödənilməmiş hissə, 14.57 cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 732 manat (12 ay x 61 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********39526 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə 23 manat olmaqla ondan 21 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə və 37.48 manat ödənilməmiş dövlət rüsumumiqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi 1585.85 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********31819 SAMSUNG GALAXY S22 markalı telefonu, VİNİL MAT, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ 2 ədəd 1563 manata almışdır. - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh , İMEİ kodu **********20800 HONOR X6 markalı telefonu 428.04 manata almışdır. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********39526 XİAOMİ REDMİ NOTE 11 markalı telefonu 732 manata almışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh borcu 1589.11 manat ödənilməmiş hissə, 158.89 manat cərimə, ümumilikdə 1748 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2023-ci il tarixli müqavilə üzrə 142.32 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 14.57 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 14 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1,40 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borclar və cəmi üç müqavilə üzrə azaldılmış 16,40 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,05 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1420,68 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 147,43 manat ödənilməmiş hissə, 1,40 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 21 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla, ümumilikdə üç 1605 (min altı yüz beş) manat 51 (əlli bir) qəpik məbləğində borc və 36 (otuz altı) manat 5 (beş) qəpik dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar