Məhkəmə qərarları › İş №e-2(062)-2099/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2099/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2099/2025 09.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il, xx.xx.2024 tarixli müqaviləsinə əsasən 2446.62 manat ödənilməmiş hissə, 244,59 manat cərimə, ümumilikdə 2690.49 manat borc və 46.91 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********12986 olan SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, TOSHİBA 43V35ME TV, ZƏMANƏT + 3 il xidməti almış və nəticədə 2690.49 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1915.08 manat (yəni 12 ay x 159.59 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********12986 olan SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti almış və nəticədə 2106.59 manat borcu olmaqla ondan 1915.08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 191.51 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 680.82 manat (yəni 18 ay x 29.49 manat + 150 manat ilkin ödəniş) TOSHİBA 43V35ME TV, ZƏMANƏT + 3 il xidməti almış və nəticədə 583.90 manat borcu olmaqla ondan 530.82 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.08 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 150 manat təşkil edir. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimizxx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin nöqsanın aradan qaldırılması üçün ərizəçiyə şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Yəni, iddiaçı öz tələbini ərizədə konkret olaraq göstərmədiyindən, qeyd erdilən nöqsanlarla işə baxılması mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsini rəhbər turaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi baxılmamış saxlanılsın. 46.91 manat ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar