Məhkəmə qərarları › İş №e-2(062)-2232/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2232/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2232/2025 25.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia qaldıraraq alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək ərizəsində göstərmişdir ki, Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia qaldırmışdır. Cavabdeh müqavilənni ləğvi barədə xx.xx.2025-ci il tarixli 128/25№li bildirişi aldığını, həmin müqaviləyə əsasən yaranmış borcuna görə məhkəmədə ona qarşı iddia qaldırmaqlarından xəbərdar olduğunu bildirmiş, müqavilənin ləğv olunduğunu başa düşdüyü üçün və müqavilə borcunu qaytara bilmiyəcəyi üçün “Opel Astra” minik markalı 77YD196 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini onlara gətirib təhvil verəcəyini bildirmişdir. İddiadan imtina edir. Ona görə də hazırkı işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdə olan ərizədən məlum olur ki, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair məhkəmədə qaldırdığı iddiadan imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İşdən göründüyü kimi İddiaçı MMC məhkəməyə ərizə verərək, iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının iddiadan imtina etməsi üçüncü şəxslərin mənafeyinə toxunmur. Ona görə də, İddiaçı MMC-nin iddiadan imtinası qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar