Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2293/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehdən Y20K5703762 nömrəli, 18 aprel 2019-cu il tarixli müqavilə üzrə 191 manat əsas, 57 manat dəbbə pulu, Y20K5817456 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 773 manat əsas, 232 manat dəbbə pulu, Y20K5817457 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 520 manat əsas, 156 manat dəbbə pulu və Y20K5851040 nömrəli, 19 fevral 2020-ci il tarixli müqavilə üzrə 1824 manat əsas, 547 manat dəbbə pulu, cəmi 4300 manat borcun və 63 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 aprel 2019-cu il, 24 dekabr 2019-cu il və 19 fevral 2020-ci il tarixlərində Cavabdeh ilə aralarında müvafiq olaraq Y20K5703762 nömrəli, Y20K5817456 nömrəli, Y20K5817457 nömrəli və Y20K5817761 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Y20K5703762 nömrəli müqavilə üzrə 775 manat dəyəri olan 1 ədəd “LG” markalı televizor; Y20K5817456 nömrəli müqavilə üzrə 1219 manat dəyəri olan 1 ədəd “Demirdokum” markalı kombi; Y20K5817457 nömrəli müqavilə üzrə 1013 manat dəyəri olan 1 ədəd “Huawei Y7” markalı telefon və 1 ədəd “Huawei Y9" markalı telefon və Y20K5851040 nömrəli müqavilə üzrə 2050 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizoru Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı Y20K5703762 nömrəli müqavilə üzrə 31 manat ilkin ödəniş olmaqla, qalan 744 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 31 manat olmaqla, hər ayın 17-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Y20K5817456 nömrəli müqavilə üzrə 31 manat ilkin ödəniş olmaqla, qalan 1188 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 66 manat olmaqla, hər ayın 23-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Y20K5817457 nömrəli müqavilə üzrə 53 manat ilkin ödəniş olmaqla, qalan 960 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 80 manat olmaqla, hər ayın 23-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Y20K5851040 nömrəli müqavilə üzrə 58 manat ilkin ödəniş olmaqla, qalan 1992 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 83 manat olmaqla, hər ayın 18-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5703762 nömrəli müqavilə üzrə 191 manat əsas, 57 manat dəbbə pulu olmaqla, 248 manat. Y20K5817456 nömrəli müqavilə üzrə 773 manat əsas, 232 manat dəbbə pulu olmaqla, 1005 manat. Y20K5817457 nömrəli müqavilə üzrə 520 manat əsas. 156 manat dəbbə pulu olmaqla, 676 manat və Y20K5851040 nömrəli müqavilə üzrə 1824 manat əsas, 547 manat dəbbə pulu olmaqla, 2371 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5703762 nömrəli, 18 aprel 2019- cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 23 manat ödəniş; Y20K5817456 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 25 manat ödəniş; Y20K5817457 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 30 manat ödəniş edilmişdir, Y20K5851040 nömrəli, 19 fevral 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 10 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış Y20K5703762 nömrəli müqavilə üzrə 775 manat dəyəri olan 1 ədəd “LG” markalı televizor; Y20K5817456 nömrəli müqavilə üzrə 1219 manat dəyəri olan 1 ədəd “Demirdokum” markalı kombi; Y20K5817457 nömrəli müqavilə üzrə 1013 manat dəyəri olan 1 ədəd “Huawei Y7” markalı telefon və 1 ədəd “Huawei Y9" markalı telefon və Y20K5851040 nömrəli müqavilə üzrə 2050 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizoru Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Y20K5703762 nömrəli, 18 aprel 2019-cu il tarixli müqavilə üzrə 191 manat əsas, 57 manat dəbbə pulu, Y20K5817456 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 773 manat əsas, 232 manat dəbbə pulu, Y20K5817457 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 520 manat əsas, 156 manat dəbbə pulu və Y20K5851040 nömrəli, 19 fevral 2020-ci il tarixli müqavilə üzrə 1824 manat əsas, 547 manat dəbbə pulu, cəmi 4300 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə 40 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Y20K5703762 nömrəli, 18 aprel 2019-cu il tarixli müqavilə üzrə 191 manat əsas, 5 manat dəbbə pulu, Y20K5817456 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 773 manat əsas, 30 manat dəbbə pulu, Y20K5817457 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 520 manat əsas, 15 manat dəbbə və pulu Y20K5851040 nömrəli, 19 fevral 2020-ci il tarixli müqavilə üzrə 1824 manat əsas, 50 manat dəbbə, cəmi 3408 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 63 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Y20K5703762 nömrəli, 18 aprel 2019-cu il tarixli müqavilə üzrə 191 manat əsas, 5 manat dəbbə pulu, Y20K5817456 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 773 manat əsas, 30 manat dəbbə pulu, Y20K5817457 nömrəli, 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə 520 manat əsas, 15 manat dəbbə və pulu Y20K5851040 nömrəli, 19 fevral 2020-ci il tarixli müqavilə üzrə 1824 manat əsas, 50 manat dəbbə, cəmi 3408 manat məbləğində pul və 63 (altmış üç) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2293/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2293/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver