Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2356/2023 20.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən X6 Carpayı-2 ədəd, soft yumsaq 3 yerli divan üçün 278.7 manat ödənilməmiş hissə, 27,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Tozsoran Bosch üçün 218,5 manat ödənilməmiş hissə, 21,5 manat cərimə, və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********06611 Samsung Galaxsy A22 markalı telefon üçün 53.7 manat ödənilməmiş hissə, 5,3 manat cərimə, ümumilikdə 605 manat borc və 30 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2020ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən X6 Carpayı-2 ədəd, soft yumsaq 3 yerli divan, Tozsoran Bosch, İmei kodu **********06611 Samsung Galaxsy A22 markalı telefon, almış və nəticədə 605 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 1341,6 manat (yəni 24 ay x 55.9 manat + 0 manat ilkin ödəniş) X6 Carpayı-2 ədəd, soft yumsaq 3 yerli divan üçün ümumilikdə 306 manat olmaqla, ondan 278,7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 397 manat (yəni 18 ay x 22 manat + 1 manat ilkin ödəniş) Tozsoran Bosch üçün ümumilikdə 240 manat olmaqla, ondan 218,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,5 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 644,4 manat (yəni 12 ay x 53.7 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********06611 Samsung Galaxsy A22 markalı telefon üçün ümumilikdə 59 manat olmaqla, ondan 53,7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,3 manat cərimə pulu borcu yaranmış. Cavabdehin cəmi ödədiyi 1832,1 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh X6 Carpayı-2 ədəd, soft yumsaq 3 yerli divan 1341,6 manata almışdır. xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Tozsoran Bosch 397 manata almışdır. xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İmei kodu **********06611 Samsung Galaxsy A22 markalı telefon 644,4 manata almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh borcu xx.xx.2020ci il tarixli müqaviləsinə üzrə 278.7 manat ödənilməmiş hissə, 27,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə üzrə 218,5 manat ödənilməmiş hissə, 21,5 manat cərimə, və xx.xx.2022-ci il tarixli müqaviləsinə üzrə 53.7 manat ödənilməmiş hissə, 5,3 manat cərimə, ümumilikdə 605 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 278.7 manat ödənilməmiş hissə, 27,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 218,5 manat ödənilməmiş hissə, 21,5 manat cərimə, və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 53.7 manat ödənilməmiş hissə, 5,3 manat cərimə,olmaqla ümumilikdə 605 (altı yüz beş) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2356/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2356/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver