Məhkəmə qərarları › İş №e-2(062)-2370/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2370/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2370/2023 22.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********33921 olan X2 A8 markalı tablet üçün 737.04 manat ödənilməmiş hissə, 73.96 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********31431 olan Samsung Galaxy A03 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə, ümumilikdə 1108 manat borc və 31.08 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********33921 olan X2 A8 markalı tablet və İMEİ kodu: **********31431 olan Samsung Galaxy A03 markalı telefon almış və nəticədə 1108 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 737.04 manat (yəni 12 ay x 61.42 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu: **********33921 olan X2 A8 markalı tablet üçün ümumilikdə 811 manat olmaqla, ondan 737.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73.96 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 363 manat (yəni 12 ay x 27.5 manat + 33 manat ilkin ödəniş) İMEİ kodu: **********31431 olan Samsung Galaxy A03 markalı telefon üçün ümumilikdə 297 manat olmaqla, ondan 270 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 93 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu: **********33921 olan X2 A8 markalı tableti 737.04 manata, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən isə İMEİ kodu: **********31431 olan Samsung Galaxy A03 markalı telefonu 363 manata almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh borcu xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********33921 olan X2 A8 markalı tablet üçün 737.04 manat ödənilməmiş hissə, 73.96 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********31431 olan Samsung Galaxy A03 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə, ümumilikdə 1108 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 73.96 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 27 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc və azaldılmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 31.08 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 737.04 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 270 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1027 (bir min iyirmi yeddi) manat 04 (dörd) qəpik məbləğində borc və 31 (otuz bir) manat 08 (səkkiz) qəpik dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar