Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2370/2025 13.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsi) qarşı “mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsi) qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli mirasdan imtinaya dair ərizəmin etibarsız hesab edilməsi, mərhum əri X2 miras qalmış ünvan 1ində yerləşən 0.3115 ha torpaq sahəsinin və onun üzərində yerləşən 159.6 kv.m fərdi yaşayış evi üzərində cavabdehə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, həmin vərəsəlik şəhadətnaməsi əsasında qeyd olunan torpaq və ev üzərində hüquqlarının dövlət qeydiyyatına dair çıxarışın ləğv edilməsi və mərhum əri X2 miras qalmış ünvan 1i yerləşən 0.3115 ha torpaq sahəsinin və onun üzərində yerləşən 159.6 kv.m fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əri X6 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Evləndikləri gündən ünvan 1ində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır, həm həmin evdən, həm də torpaq sahəsindən ərə gəldiyi gündən istifadə edir, abadlaşdırmış, yeni təmir işləri aparmış və bu mütəmadi olaraq davam edir. Əri xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından 4 ay sonra maraqlı şəxs olan Notariat ofisində cavabdehin istəyi ilə o, ərindən qalan mirasdan onun xeyrinə imtina etmişdir. Hesab edir ki, cavabdeh bundan isitfadə edərək hazırda onun yaşadığı evdən kənarlaşmağı üçün tədbirlər görür. O, mərhum ərindən qalan ailə başçısını itirməyə görə pensiya alır və nikahları pozulmayıbdır. Cavabdeh həmin kənddə yerləşən və hikahlı ərindən miras qalan sahəsini dəqiq bilmədiyi 0.3115 ha torpaq sahəsi və onun üzərində yerləşən 159.6 kv.m yaşayış sahəsinə çıxarış almışdır, hansı ki, o həmin evdə qeydiyyatdadır və yaşayır. Cavabdehə verilmiş nömrə və tarixini bilmədiyi vərəsəlik şəhadətnaməsi və bunun əsasında verilmiş hüquqların qeydə alınmasına dair çıxarış ləğv edilməlidir. Mirasda onun da payı vardır. Mirasdan imtina ərizəsi 3 aya qədər olan müddətdə yazılmalı olsa da, heç bir üzürlü səbəb olmadan qanunsuz olaraq 4-cü ayda yazdırılmışdır. İmtina ərizəsi etibarsız hesab olunmalıdır. Bu səbəbdəndə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, Cəfərova X1 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Evləndiyi gündən ünvan 1ində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış, həm həmin evdən, həm də torpaq sahəsindən ərə gəldiyi gündən istifadə edir, abadlaşdırmış, yeni təmir işləri aparmış və bu mütəmadi olaraq davam etmişdir. Əri xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından 4 ay sonra maraqlı şəxs olan Notariat ofisində cavabdehin istəyi ilə o ərindən qalan mirasdan onun xeyrinə imtina etmişdir. Hesab edir ki, cavabdeh bundan isitfadə edərək hazırda onunyaşadığı evdən kənarlaşmağı üçün tədbirlər görür. O mərhum ərindən qalan ailə başçısını itirməyə görə pensiya alır və nikahı pozulmayıbdır. Cavabdeh həmin kənddə yerləşən və nikahlı ərindən miras qalan sahəsini dəqiq bilmədiyi 0.3115 ha torpaq sahəsi və onun üzərində yerləşən 159.6 kv.m yaşayış sahəsinə çırarış almışdır, hansı ki, o həmin evdə qeydiyyatdadır və yaşayır. Hesab edir ki, cavabdehə verilmiş nömrə və tarixini bilmədiyi vərəsəlik şəhadətnaməsi və bunun əsasında verilmiş hüquqların qeydə alınmasına dair çıxarış ləğv edilməlidir. Mirasda onun da payı vardır. Mirasdan imtina ərizəsi 3 aya qədər olan müddətdə yazılmalı olsa da, heç bir üzürlü səbəb olmadan qanunsuz olaraq 4-cü ayda yazdırılmışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs 15 saylı Tovuz ərazi idarəsinin nümayəndəsi qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və digər maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarıxli, 2V-483 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X3 vərəsəsi qızı Cavabdehdır və o miras əmlakdan 2/2 hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə X5 verilmiş **********33-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında mülkiyyətdə olan 0.3115 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.6 kv.m olan yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən, Tovuz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AC766657 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2010181A663339, mühərrikin nömrəsi **********2073 və buraxılış ili 1991 olan Mercedes Benz 190 minik markalı, **-RF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2018-ci il tarixli RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi tam payda Cavabdeh adınadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinin tələbinə görə əsasında notariat hərəkətləri aparılmış ərizələr notariat hərəkəti rəsmiləşdirilənədək həmin şəxs tərəfindən ləğv edilə bilər. Həmçinin, ərizənin məzmununa münasibətdə verilmiş ikinci ərizədə əvvəlki ərizənin təsdiq edildiyi tarix, reyestr nömrəsi və notariat ofisinin adı göstərilməli, onu verən şəxs tərəfindən imzalandıqdan sonra bu sənəddə imzanın həqiqiliyi notariat qaydasında təsdiq olunmalıdır. İş materiallarında olan İddiaçı Tovuz rayon Notariat şöbəsinə verdiyi xx.xx.2018-ci il tarixli, **********861 nömrəli ərizənin surətindən görünür ki, O, İddiaçı məhrum əri X2 miras qalmış mirası qəbul etməmişvə həmin mirasa dair heç bir pay tələbi yoxdur. Mirası qızı Cavabdeh adına keçməsinə razıdır. Gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmədə və digər orqanlar qarşısında iddia və şikayət etməyəcəkdir. Ərizə ona ucadan oxundu, onun sözləri ilə düzgün yazılıb, ona gərə imza edir Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı mirasdan imtinaya dair ərizənin etibarsızlığını miras açıldıqdan 4 ay sonra notariat hərəkətlərinin aparılması ilə əlaqələndirmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı aldadıldğına da işarə etmişdir. Bununla bağlı məhkəmə onu qeyd edir ki, Mülki Məcəlləninç 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı isə hüququnun pozulduğunu mirasdan imtinaya dair ərizənin verildiyi andan bilsə də, o bundan 7 il sonra məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində mirasdan imtinayta dair ərizənin üçüncü şəxslər tərəfindən yazdırıldığını qeyd etsə də, həmin ərizənin kimlərin təsiri ilə yazdırılmasına dair sübutlar təqdim etməmişdir. İşin hallarından göründüyü kimi miras 20 noyabr 2017-ci ildə X3 ölümü ilə açılmış, İddiaçı tərəfindən mirasın qəbulundan imtinaya dair 16 mart 2018-ci ildə ərizə verilmişdir. Həmin dövr qüvvədə olmuş Azərbaycan Respublikası Mülki 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Mülki Məcəllədə mirasdan imtina etmək üçün üç aylıq müddət müəyyənləşdirilib. Mirasa sahibliyə və ya onu idarə etməyə faktiki başlamış vərəsələr isə mirasın qəbulu üçün müəyyən edilmiş vaxt ərzində ondan imtina edə bilərlər. Deməli, belə hallarda vərəsələrin miras əmlakın qəbul olunmasından 6 ay müddətində də imtina etməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsi) qarşı “mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2370/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2370/2025
13.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver