Məhkəmə qərarları › İş №e-2(062)-2483/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2483/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2483/2025 28.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 660.11 manat ödənilməmiş hissə, 66.01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 398.08 manat ödənilməmiş hissə, 39.81 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 250 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 145.42 manat ödənilməmiş hissə, 14.54 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 140.96 manat ödənilməmiş hissə, 14.09 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 59.4 manat ödənilməmiş hissə, 5.94 manat cərimə, ümumilikdə 1819.38 manat borc və 38.20 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kod R9TX103NE3R SAMSUNG GALAXY TAB A9+, QİZİL ZƏMANƏT ULTRA 2 İL XDMƏTİ, SAMSUNG CHARGER, İMEİ kod **********48980 POCO C65, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M xidməti, KİESLECT LADY CALLİNG qol saatı, İMEİ kod **********81129 POCO C65, PAKET M xidməti, ƏTÇƏKƏN MOULİNEX, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, NAQİLSİZ TOZSORAN HOFFMANN, QİZİL ZƏMANİT ULTRA 3 İL XİDMƏTİ, TAÇ VANESSA ÇAYDANLİK almış və nəticədə 1819.38 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 719.12 manat (yəni 18 ay x 38.84 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod R9TX103NE3R SAMSUNG GALAXY TAB A9+, QİZİL ZƏMANƏT ULTRA 2 İL XDMƏTİ, SAMSUNG CHARGER üçün ümumilikdə 726.13 manat olmaqla, ondan 660.11 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 478.08 manat (yəni 12 ay x 39.84 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********48980 POCO C65, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M xidməti, KİESLECT LADY CALLİNG qol saatı üçün ümumilikdə 437.89 manat olmaqla ondan 398.08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.81 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 300 manat (yəni 12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********81129 POCO C65, PAKET M xidməti üçün ümumilikdə 275 manat olmaqla ondan 250 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 175.02 manat (yəni 6 ay x 29.17 manat + 0 manat ilkin ödəniş) olan ƏTÇƏKƏN MOULİNEX, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə 159.96 manat olmaqla, ondan 145.42 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.54 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 153.96 manat (yəni 12 ay x 12.83 manat + 0 manat ilkin ödəniş) olan NAQİLSİZ TOZSORAN HOFFMANN, QİZİL ZƏMANİT ULTRA 3 İL XİDMƏTİ üçün ümumilikdə 155.06 manat olmaqla, ondan 140.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 68.8 manat (yəni 12 ay x 5.4 manat + 0 manat ilkin ödəniş) olan TAÇ VANESSA ÇAYDANLİK üçün ümumilikdə 65.34 manat olmaqla, ondan 59.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.94 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 241 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İMEİ kod R9TX103NE3R SAMSUNG GALAXY TAB A9+, QİZİL ZƏMANƏT ULTRA 2 İL XDMƏTİ, SAMSUNG CHARGER, İMEİ kod **********48980 POCO C65, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M xidməti, KİESLECT LADY CALLİNG qol saatı, İMEİ kod **********81129 POCO C65, PAKET M xidməti, ƏTÇƏKƏN MOULİNEX, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, NAQİLSİZ TOZSORAN HOFFMANN, QİZİL ZƏMANİT ULTRA 3 İL XİDMƏTİ, TAÇ VANESSA ÇAYDANLİK markalı məhsulları 1894,98 manata satın və təhvil almış, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 660.11 manat ödənilməmiş hissə, 66.01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 398.08 manat ödənilməmiş hissə, 39.81 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 250 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 145.42 manat ödənilməmiş hissə, 14.54 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 140.96 manat ödənilməmiş hissə, 14.09 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 59.4 manat ödənilməmiş hissə, 5.94 manat cərimə, ümumilikdə 1819.38 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 66.01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 39.81 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 14.54 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 14.09 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 5.94 manat cərimə etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 33 manat, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 20 manat, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 12 manat, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 7 manat, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 7 manat, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 2 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc və azaldılmış cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 38.20 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 660.11 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 398.08 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 250 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 145.42 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 140.96 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 59.4 manat ödənilməmiş hissə, 2 manat cərimə, ümumilikdə 1734 (min yeddi yüz otuz dörd) manat, 97 (doxsan yeddi) qəpik borc və 37 (otuz yeddi) manat 34 (otuz dörd) qəpik ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar