Məhkəmə qərarları › İş №e-2(062)-287/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-287/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-287/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barəsində iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Samsung TV, TCL TAC kondisioner, JBL qulaqcıq üçün 1526.46 manat ödənilməmiş hissə, 381.54 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən GREE kondisioner üçün 1396.98 manat ödənilməmiş hissə, 115.02 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TCL TAC kondisioner üçün 1026.36 manat ödənilməmiş hissə, 85.64 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********57111 SAMSUNG GALAXY A54 5G markalı telefon üçün 962.88 manat ödənilməmiş hissə, 100.12 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən HUAWEİİ FREEBUDS SE 2 qulaqlıq üçün 73.4 manat ödənilməmiş hissə, 10.6 manat dəbbə olmaqla, ümumilikdə 5679 manat borcun və 76.79 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 10776956 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların alış qiyməti 2773.67 manat, ilkin ödəniş 1247.12 manat olmaqla, ödəniş müddəti 6 ay, aylıq 254.41 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 03248842 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların alış qiyməti 1546.92 manat, ilkin ödəniş 150 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 77.61 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 11226445 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların alış qiyməti 1026.4 manat, ilkin ödəniş 0 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 57.02 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların alış qiyməti 1019.91 manat, ilkin ödəniş 0 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 56.66 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 19613276 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların alış qiyməti 80.4 manat, ilkin ödəniş 0 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 6.7 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə görə xx.xx.2024-cü il tarixli, 10776956 nömrəli müqavilə üzrə cavabdehin 1526.46 manat əsas borcu, 381.54 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə görə xx.xx.2024-cü il tarixli, 03248842 nömrəli müqavilə üzrə cavabdehin 1396.98 manat əsas borcu, 115.02 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə görə xx.xx.2024cü il tarixli, 11226445 nömrəli müqavilə üzrə cavabdehin 1026.36 manat əsas borcu, 85.64 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə görə xx.xx.2024cü il tarixli, ******* nömrəli müqavilə üzrə cavabdehin 962.88 manat əsas borcu, 100.12 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə görə xx.xx.2024cü il tarixli, 19613276 nömrəli müqavilə üzrə cavabdehin 73.4 manat əsas borcu, 10.6 manat cərimə borcu, ümumilikdə 5679 manat borcu müəyyən edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli, 10776956 saylı müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, SAMSUNG TV, TCL TAC kondisioner, JBL qulaqlıq, GREE kondisioner üçün üçün Cavabdeh 6 ay, ilkin ödəniş 1247.2 manat olmaqla, ödəniş cədvəli üzrə hər ay 254.41 manat, cəmi 2773.67 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 10776956 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 10776956 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixli müqavilə üzrə Cavabdeh 1526.46 manat əsas, 381.54 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli, 03248842 saylı müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, GREE kondisioner üçün üçün Cavabdeh 18 ay, ilkin ödəniş 150 manat olmaqla, ödəniş cədvəli üzrə hər ay 77.61 manat, cəmi 1396.98 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 03248842 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 03248842 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixli müqavilə üzrə Cavabdeh 1396.98 manat əsas, 115.02 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli, 11226445 saylı müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, TCL TAC kondisioner üçün üçün Cavabdeh 18 ay, ilkin ödəniş 0 manat olmaqla, ödəniş cədvəli üzrə hər ay 57.02 manat, cəmi 1026.36 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 11226445 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 11226445 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixli müqavilə üzrə Cavabdeh 1023.36 manat əsas, 85.64 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, İMEİ KODU **********57111 SAMSUNG GALAXY A54 5G markalı telefon üçün Cavabdeh 18 ay, ilkin ödəniş 0 manat olmaqla, ödəniş cədvəli üzrə hər ay 56.66 manat, cəmi 1019.91 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixli müqavilə üzrə Cavabdeh 962.88 manat əsas, 100.12 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli, 19613276 saylı müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, HUAWEİİ FREEBUDS SE 2 qulaqlıq üçün Cavabdeh 18 ay, ilkin ödəniş 0 manat olmaqla, ödəniş cədvəli üzrə hər ay 6.7 manat, cəmi 80.4 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 19613276 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 19613276 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixli müqavilə üzrə Cavabdeh 73.4 manat əsas, 10.6 manat cərimə borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 76.79 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissəhissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 692.92 manat cərimə pulu tənasübsüz yüksək məbləğdir. xx.xx.2024-cü il 10776956 saylı müqavilə, xx.xx.2024-cü il 03248842 saylı müqavilə, xx.xx.2024-cü il 11226445 saylı müqavilə, xx.xx.2024-cü il ******* saylı müqavilə, xx.xx.2024-cü il tarixli 19613276 saylı müqavilə üzrə dəbbə pulu 201 manat hesablanmaqla ödənilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır, yəni iddianın təmin olunan hissəsinə münasibətdə iddiaçıya ödənilməlidir. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 76.79 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cəmi 5679 manat ödənilməmiş məbləğ, 201 manat cərimə məbləği olmaqla, cəmi 5880 (beş min səkkiz yüz səksən) manat və ödənilmiş 76.79 manat (yetmiş altı manat yetmiş doqquz qəpik) dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar