Məhkəmə qərarları › İş №e-2(062)-2913/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2913/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2913/2023 15.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 56,8 manat əsas, 8,5 manat cərimə cəmi 65,3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 265,5 manat əsas, 39,8 manat cərimə cəmi 305,3 manat borc ümumilikdə isə iki müqavilə üzrə 322,3 manat əsas, 48,3 manat cərimə, 370,6 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Rowenta” markalı sac fenə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 7 manat olmaqla cəmi 119,90 manat, və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İphone” markalı markalı mobil telefon və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 138 manat olmaqla cəmi 1645,70 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 7 manat ödəniş etmiş və qalıq qalmış 56,80 manat borcu və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 138 manat ödəniş etmiş və qalıq qalmış 265,50 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 85 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 398 manat təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 85 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 8,50 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 398 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 39,80 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 56,8 manat əsas, 8,5 manat cərimə cəmi 65,3 manat, və xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləsi üzrə 265,5 manat əsas, 39,8 manat cərimə cəmi 305,3 manat borc ümumilikdə isə iki müqavilə üzrə 322,3 manat əsas, 48,3 manat cərimə, 370,6 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) aıqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Rowenta” markalı sac feni 119,90 manata (18 ay x 7 manat olan) almışdır. - xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) aıqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “İphone” markalı markalı mobil telefon və aksesuar 1645,70 manata (12 ay x 138 manat olan) almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borcun qalığı 56,80 manat, cərimə 85 manat, gecikdirilən günlərin sayı 199 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 141,88 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borcun qalığı 265,50 manat, cərimə 398 manat, gecikdirilən günlərin sayı 201 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 663,50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı gecikdirilmiş ödənişlərə görə cavabdehdən xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 8,5 manat cərimə və xx.xx.2022-ci il tarixli ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 39,80 manat cərimə tutulmasını tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 5 manat cərimə və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 3.80 manat cərimə məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iki müqavilə üzrə əsas borc və azaldılmış 8,80 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləsi üzrə 56,8 AZN əsas, 5 AZN cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləsi üzrə 265,5 AZN əsas, 3,80 AZN cərimə, ümumilikdə iki müqavilə üzrə cəmi 331,1 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflər qətnamənin surətini aldıqları vaxtdan 1 ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar