Məhkəmə qərarları › İş №e-2(062)-293/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-293/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-293/2025 21.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 81.9 manat əsas, 12.2 manat cərimə, cəmi 94.1 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 125.6 manat əsas, 18.8 manat cərimə, cəmi 144.4 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 196.9 manat əsas, 29.5 manat cərimə, cəmi 226.4 manat, ümumilikdə üç müqavilə üzrə 404.4 manat əsas, 60.5 manat cərimə, cəmi 464.9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Taube” markalı sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla cəmi 229.90 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomi” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla, cəmi 257.60 manat; xx.xx.2023-cü il tarixli ********* saylı miiddəili (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “İstilik sistemi”-nə görə 18 ay ödəniş cədvəli uzrə hər ay 18 manat olmaqla cəmi 309.90 manat olmaqla, cəmi 797.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 5 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində 22 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi iizrə xx.xx.2024-cü il tarixində 5 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdeh xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 81.9 manat əsas, 12.2 manat cərimə, cəmi 94.1 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 125.6 manat əsas, 18.8 manat cərimə, cəmi 144.4 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 196.9 manat əsas, 29.5 manat cərimə, cəmi 226.4 manat, ümumilikdə üç müqavilə üzrə 404.4 manat əsas, 60.5 manat cərimə, cəmi 464.9 manat təşkil edir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Taube” markalı sobanı 229.90 manata (18 ay x 13 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ““Xiaomi” markalı mobil telefonu 257.60 manata (12 ay x 22 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “İstilik sistemi”-ni 309.90 manata (18 ay x 18 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 81.9 manat əsas, 12.2 manat cərimə, cəmi 94.1 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 125.6 manat əsas, 18.8 manat cərimə, cəmi 144.4 manat, xx.xx.2023cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 196.9 manat əsas, 29.5 manat cərimə, cəmi 226.4 manat, ümumilikdə üç müqavilə üzrə 404.4 manat əsas, 60.5 manat cərimə, cəmi 464.9 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və cərimə borc məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 81.9 manat əsas, 12.2 manat cərimə, cəmi 94.1 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 125.6 manat əsas, 18.8 manat cərimə, cəmi 144.4 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 196.9 manat əsas, 29.5 manat cərimə, cəmi 226.4 manat, ümumilikdə üç müqavilə üzrə 404.4 manat əsas, 60.5 manat cərimə, cəmi 464 (dörd yüz altmış dörd) manat 90 (doxsan) qəpik borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar