Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3419/2025 07.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 475.76 manat ödənilməmiş hissə, 47.58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 430.5 manat ödənilməmiş hissə, 43.05 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 319.28 manat ödənilməmiş hissə, 31.93 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 297.28 manat ödənilməmiş hissə, 29.73 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 106.72 manat ödənilməmiş hissə, 10.67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 95.04 manat ödənilməmiş hissə, 9.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 80.24 manat ödənilməmiş hissə, 8.02 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 71.04 manat ödənilməmiş hissə, 7.10 manat cərimə, ümumilikdə 2063.45 manat borc və 40.64 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, 2 ədəd fashion home yataq dəsti, süfrə tekstil schafer new range Y.Y.çeyiz seti, İMEİ kodu: **********46245 olan Xiaomi Redmi 13 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, Paket M xidməti, Philips tozsoran, qızıl zəmanət ultra 3 il, İMEİ kodu: **********29357 olan Oppo A3X markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, Philips Trimmer, İMEİ kodu: **********57834 olan Nokia 130 markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, Beko Blender, X1 5 qulaqlıq almış və nəticədə 2063.45 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 559.98 manat (yəni 18 ay x 31.11 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd fashion home yataq dəsti, süfrə tekstil schafer new range Y.Y.çeyiz seti üçün ümumilikdə 523.34 manat olmaqla ondan 475.76 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 498.96 manat (yəni 18 ay x 27.72 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********46245 olan Xiaomi Redmi 13 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, Paket M xidməti üçün ümumilikdə 473.55 manat olmaqla ondan 430.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.05 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 383.94 manat (yəni 18 ay x 21.33 manat + 0 manat ilkin ödəniş) olan Philips tozsoran, qızıl zəmanət ultra 3 il üçün ümumilikdə 351.21 manat olmaqla ondan 319.28 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.93 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 383.94 manat (yəni 18 ay x 21.33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********29357 olan Oppo A3X markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə 327.01 manat olmaqla ondan 297.28 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.73 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 120.06 manat (yəni 18 ay x 6.67 manat + 0 manat ilkin ödəniş) olan Philips Trimmer üçün ümumilikdə 117.39 manat olmaqla ondan 106.72 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.67 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 106.92 manat (yəni 18 ay x 5.94 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********57834 olan Nokia 130 markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə 104.54 manat olmaqla ondan 95.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.50 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 97.02 manat (yəni 18 ay x 5.39 manat + 0 manat ilkin ödəniş) olan Beko Blender üçün ümumilikdə 88.26 manat olmaqla ondan 80.24 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.02 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 79.92 manat (yəni 18 ay x 4.44 manat + 0 manat ilkin ödəniş) olan X1 5 qulaqlıq üçün ümumilikdə 78.14 manat olmaqla ondan 71.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.10 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 329.22 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, Cavabdeh 2 ədəd fashion home yataq dəsti, süfrə tekstil schafer new range Y.Y.çeyiz setini 559.98 manata, İMEİ kodu: **********46245 olan Xiaomi Redmi 13 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, Paket M xidmətini 498.96 manata, Philips tozsoran, qızıl zəmanət ultra 3 il xidmətini 383.94 manata, İMEİ kodu: **********29357 olan Oppo A3X markalı telefon, qızıl zəmanət ultra 2 il xidmətini 383.94 manata, Philips Trimmeri 120.06 manata, İMEİ kodu: **********57834 olan Nokia 130 markalı telefon, qızıl zəmanət ultra 3 il xidmətini 106.92 manata, Beko Blenderi 97.02 manata və X1 5 qulaqlığı 79.92 manata satın və təhvil almış, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 475.76 manat ödənilməmiş hissə, 47.58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 430.5 manat ödənilməmiş hissə, 43.05 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 319.28 manat ödənilməmiş hissə, 31.93 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 297.28 manat ödənilməmiş hissə, 29.73 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 106.72 manat ödənilməmiş hissə, 10.67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 95.04 manat ödənilməmiş hissə, 9.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 80.24 manat ödənilməmiş hissə, 8.02 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 71.04 manat ödənilməmiş hissə, 7.10 manat cərimə, ümumilikdə 2063.45 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və cərimə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, müqavilə üzrə əsas borc və cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 40.64 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 475.76 manat ödənilməmiş hissə, 47.58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 430.5 manat ödənilməmiş hissə, 43.05 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 319.28 manat ödənilməmiş hissə, 31.93 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 297.28 manat ödənilməmiş hissə, 29.73 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 106.72 manat ödənilməmiş hissə, 10.67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 95.04 manat ödənilməmiş hissə, 9.50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 80.24 manat ödənilməmiş hissə, 8.02 manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 71.04 manat ödənilməmiş hissə, 7.10 manat cərimə, ümumilikdə 2063 (iki min altmış üç) manat 45 (qırx beş) qəpik pul və 40 (qırx) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-3419/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3419/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver