Məhkəmə qərarları › İş №e-2(062)-3489/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3489/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3489/2025 19.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 854.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 85.40 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 600 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 485.1 manat ödənilməmiş hissə, 48.51 manat cərimə, ümumilikdə 2156.65 manat borc və 41.57 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu: **********38448 olan X1 13, Philips üzqırxan, Paket XL xidməti, qızıl zəmanət ultra 2 il xidməti, zəmanət + 3 il xidməti; İMEİ kodu: **********68407 olan X1 13 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, paket XL xidməti; Huawei Watch GT 5, qızıl zəmanət ultra 2 il xidməti almış və nəticədə 2156.65 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 854.04 manat (yəni 12 ay x 71.17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********38448 olan X1 13, Philips üzqırxan, Paket XL xidməti, qızıl zəmanət ultra 2 il xidməti, zəmanət + 3 il xidməti üçün ümumilikdə 963.04 manat olmaqla ondan 854.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 85.40 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 manat (yəni 12 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********68407 olan X1 13 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, paket XL xidməti üçün ümumilikdə 660 manat olmaqla ondan 600 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 485.1 manat (yəni 18 ay x 9.17 manat + 0 manat ilkin ödəniş) olan Huawei Watch GT 5, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə 533.61 manat olmaqla ondan 485.1 manat ödənilməmiş hissə, 48.51 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İMEİ kodu: **********38448 olan X1 13, Philips üzqırxan, Paket XL xidməti, qızıl zəmanət ultra 2 il xidməti, zəmanət + 3 il xidmətini 854.04 manata, İMEİ kodu: **********68407 olan X1 13 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, paket XL xidmətini 600 manata və Huawei Watch GT 5, qızıl zəmanət ultra 2 il xidmətini 485.1 manata satın və təhvil almış, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 854.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 85.40 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 600 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 485.1 manat ödənilməmiş hissə, 48.51 manat cərimə, ümumilikdə 2156.65 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 85.40 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 60 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 48.51 manat cərimə tələb etmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 10 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 10 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 10 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, iddiaçı cavabdehdən İnnovativ Layihələr Mərkəzi rüsumu olaraq 23.6 manat tələb etmişdir. Məhkəmə, həmin hissədə iddianı əsaslı hesab etmir. Belə ki, göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, əgər iddiaçı cavabdehdən hansısa məbləğdə əlavə ödəniş tələb edirsə, o, sübut etməlidir ki, cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihalları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək heç bir sübut əlavə edilməmişdir. Bundan başqa da tərəflər arasında bağlanılmış müqavilədən görünür ki, iddiaçı bazardakı üstün huquqlarından istifadə edərək həm telefonun istifadəsi ilə bağlı imkanların əngəllənməsi, həm əşyanın geri tələb edilməsi, həm pulun ödənilməsi kimi şərtləri müqaviləyə daxil etmişdir. Halbuki, Mülki Məcəllənin 400.1-ci maddəsinə əsasən əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 560.3.5-ci maddəsinə əsasən bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olursa bu hüquqdan sui istifadə adlanır. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc və azaldılmış cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 41.57 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 854.04 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 600 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 485.1 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1969 (bir min doqquz yüz altmış doqquz) manat 14 (on dörd) qəpik pul və 41 (qırx bir) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar