Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3838/2025 16.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, 2976.98 manat ödənilməmiş hissə, 297.70 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2391.9 manat ödənilməmiş hissə, 239.19 manat dəbbə pulu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1087.74 manat ödənilməmiş hissə, 108.77 manat dəbbə pulu olmaqla, cəmi 7102.28 manat borc, 91.03 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, X1 markalı kompüter, Philips ütü, Bosch qabyuyan və Delongi qəhvəbişirən, zəmanət+2 il xidməti almış və nəticədə 7102.28 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4651.98 manat (18 ay x 202.61 manat + 1005 manat ilkin ödəniş) olan X1 markalı kompüter üçün ümumilikdə 3274.68 manat olmaqla ondan 2976.98 manat ödənilməmiş hissə, 297.70 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2601.9 manat (18 ay x 144.55 manat + 0 manat ilkin ödəniş) olan Philips ütü, Bosch qabyuyan üçün ümumilikdə 2631.09 manat olmaqla ondan 2391.9 manat ödənilməmiş hissə, 239.19 manat dəbbə, xx.xx.2025ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1415.74 manat (18 ay 60.43 manat + 328 manat ilkin ödəniş) olan Delongi qəhvəbişirən, zəmanət+2 il xidməti üçün ümumilikdə 1196.51 manat olmaqla ondan 1087.74 manat ödənilməmiş hissə, 108.77 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən qızıl zəmanət ultra 2 il xidmətindən xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsul 670 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən zəmanət + 3 il xdimetindən xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsul 210 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1005 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 670 manat, ümumilikdə, 1675 manat təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 210 manat, ümumilikdə, 210 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 328 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4651.98 manat (18 ay x 202.61 manat + 1005 manat ilkin ödəniş) X1 markalı kompüter; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2601.9 manat (18 ay 144.55 manat + 0 manat ilkin ödəniş) Philips ütü, Bosch qabyuyan; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1415.74 manat (18 ay x 60.43 manat + 328 manat ilkin ödəniş) Delongi qəhvəbişirən, zəmanət+2 il xidməti satın və təhvil almış, həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, 2976.98 manat ödənilməmiş hissə, 297.70 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2391.9 manat ödənilməmiş hissə, 239.19 manat dəbbə pulu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1087.74 manat ödənilməmiş hissə, 108.77 manat dəbbə pulu olmaqla, cəmi 7102.28 manat borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları Cavabdeh təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, 2976.98 manat ödənilməmiş hissə, 297.70 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2391.9 manat ödənilməmiş hissə, 239.19 manat dəbbə pulu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1087.74 manat ödənilməmiş hissə, 108.77 manat dəbbə pulu olmaqla, cəmi 7102.28 cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçnın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91.03 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2976.98 manat ödənilməmiş hissə, 297.70 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2391.9 manat ödənilməmiş hissə, 239.19 manat dəbbə pulu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1087.74 manat ödənilməmiş hissə, 108.77 manat dəbbə pulu olmaqla, cəmi 7102 (yeddi min yüz iki) manat 28 (iyirmi səkkiz) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91 (doxsan bir) manat 03 (üç) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-3838/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3838/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver