Məhkəmə qərarları › İş №e-2(062)-3847/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3847/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3847/2025 22.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1628.92 manat ödənilməmiş hissə, 162.89 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 362.55 manat ödənilməmiş hissə, 36.26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 255.65 manat ödənilməmiş hissə, 25.57 manat cərimə olmaqla, ümumilikdə 2471.83 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44.72 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 13, İMEİ kodu **********20746 olan Samsung Galaxy A55 markalı telefon, vinil şəffaf, Hisense TV, zəmanət + 3 il xidməti almış və nəticədə 2471.83 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2177.92 manat (24 ay x 74.08 manat + 400 manat ilkin ödəniş) X1 13 üçün ümumilikdə 1791.81 manat olmaqla ondan, 1628.92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 162.89 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 828.9 manat (18 ay x 46.05 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********20746 olan Samsung Galaxy A55 markalı telefon, vinil şəffaf üçün ümumilikdə 398.81 manat olmaqla ondan, 362.55 manat ödənilməmiş hissə, güzəşt olunaraq 36.26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 513 manat (18 ay x 28.5 manat + 0 manat ilkin ödəniş) Hisense TV, zəmanət + 3 il xidməti üçün ümumilikdə 281.22 manat olmaqla ondan, 255.65 manat ödənilməmiş hissə, güzəşt olunaraq 25.57 manat cərimə borcu var. Cavabdehin cəmi ödədiyi məbləğ 1272.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan satıcı "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, dəyəri 2177.92 manat olan X1 13,; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, dəyəri 828.9 manat olan İMEİ kodu **********20746 olan Samsung Galaxy A55 markalı telefon, vinil şəffaf və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, dəyəri 513 manat olan Hisense TV, zəmanət + 3 il xidməti satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1628.92 manat ödənilməmiş hissə, 162.89 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 362.55 manat ödənilməmiş hissə, 36.26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 255.65 manat ödənilməmiş hissə, 25.57 manat cərimə olmaqla, ümumilikdə 2471.83 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və cərimə borc məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 44.72 mannat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1628.92 manat ödənilməmiş hissə, 162.89 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 362.55 manat ödənilməmiş hissə, 36.26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 255.65 manat ödənilməmiş hissə, 25.57 manat cərimə olmaqla, ümumilikdə 2471 (iki min dörd yüz yetmiş bir) manat 83 (səksən üç) qəpik pul və 44 (qırx dörd) manat 72 (yetmiş iki) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar