Məhkəmə qərarları › İş №e-2(062)-519/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-519/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-519/2024 12.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq subroqasiya hüququ ilə əlaqədar pul tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 21063” markalı 40BB670 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu ildə Tovuz rayonu İbrahimhacılı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, 60BN280 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi, X1 isə az ağır zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" tərəfindən “VAZ 21074” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avttonəqliyyat vasitəsinə dəymiş zərərə görə 710 manat, X1 yetirilmiş az ağır xəsərətə görə 1500 manat, ümumilikdə 2210 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Tovuz RPŞ-nin İB-nin tərtib etdiyi forma 4 arayışında və cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarda müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh“VAZ 21063” markalı 40BB670 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Buna görə də, cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarda onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsinin tərkib əlamətləri olduğundan ona həmin maddə ilə ittiham elan edilmişdir. Ona görə də, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 2210 manat ödənilmiş dövlət rüsumuna görə, 42,10 manat pulun iddiaçı "xxxx" ASC-nin ceyrinə tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, 27 aprel 2021-ci ildə Tovuz rayonu Ağdam kəndi ərazisində onun avtomobili yolun kənarında dayandığı yerdə gəlib başqa bir avtomobil onu vurmuşdur. Onun təqsiri yoxdur. Hazırda məhkəmədən məktub gələndə bilmişdir ki, sığorta ödənişi ödənilməlidir. Odur ki, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 1(062)78/2020 saylı hökmünün sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş sığorta aktlarından görünür ki, "xxxx" tərəfindən “VAZ 21074” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avttonəqliyyat vasitəsinə dəymiş zərərə görə 710 manat, X1 yetirilmiş az ağır xəsərətə görə 1500 manat, ümumilikdə 2210 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 21063” markalı 40BB670 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində, Tovuz rayonu İbrahimhacılı kəndi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi, X1 isə az ağır zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" tərəfindən “VAZ 21074” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avttonəqliyyat vasitəsinə dəymiş zərərə görə 710 manat, X1 yetirilmiş az ağır xəsərətə görə 1500 manat, ümumilikdə 2210 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Tovuz RPŞ-nin İB-nin tərtib etdiyi forma 4 arayışında və cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarda müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh“VAZ 21063” markalı 40BB670 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Buna görə də, cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarda onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsinin tərkib əlamətləri olduğundan ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2210 manat məbləğində ödənilmiş sığorta məbləği alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 42,10 manat pul cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2210 (iki min iki yüz on) manat və dövlət rüsumu hesabına ödənilmiş 42,10 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar