Məhkəmə qərarları › İş №e-2(062)-768/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-768/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-768/2025 10.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçıİB-nin Cavabdeh qarşı istehlak edilmiş qaza görə yaranmış borcun verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçıİB-nin Cavabdeh qarşı istehlak edilmiş qaza görə yaranmış borcun verilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən görünür ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Elektron qaydada verilmiş elektron iddia ərizəsindən görünür ki, cavabdehə aid məlumatlar qrafası doldurulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarıldığından iddiaçı X1 tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149.2.3, 259.0.12, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının ödədiyi dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar