Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-784/2025 05.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “istehlak edilmiş qaza görə yaranmış borcun ödənilməsi” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı İB Cavabdeh qarşı “istehlak edilmiş qaza görə yaranmış borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Qoşa kəndində yaşayan Cavabdeh istehlak edilmiş qaza görə borclu olduğu 1509,90 manat (bir min beş yüz doqquz manat 90 qəpik) vəsaitin və ödənilmiş 36,40 manat dövlət rüsumunun cavabdeh tərəfindən "Azəriqaz” İB-nin ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, MH AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri Tovuz rayonu Qoşa kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, Cavabdeh adına Şəmkir RQİİ-də qeydiyyatda olan qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilib, tam ödəniş aparılmadığından cavabdehin Şəmkir RQİİ-nə 1524,90 manat (bir min beş yüz iyirmi dörd manat 90 qəpik) debitor borcu yaranmışdır. İdarə Rəhbərliyi tərəfindən göndərilmiş xəbərdarlıqların icrası olaraq cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixə qədər 15,00 manat (on beş manat) ödəniş aparılmasına baxmayaraq hal-hazıra qədər qalan 1509,90 manat (bir min beş yüz doqquz manat 90 qəpik) vəsait ödənilməmiş qalmaqdadır. Qüvvədə olan qanunvericiliyə zidd olan bu hal idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaradır və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olur. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə (8-ci bənd) Qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı il təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasnını Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, Tovuz rayonu Qoşa kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, Cavabdeh adına Şəmkir RQİİ-də qeydiyyatda olan qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilib, tam ödəniş aparılmadığından cavabdehin Şəmkir RQİİ-nə 1524,90 manat (bir min beş yüz iyirmi dörd manat 90 qəpik) debitor borcu yaranmışdır. Göründüyü kimi, tərəflər arasında qazın alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, istifadə etdiyi xidmətlərin haqqının ödənilməsi üzrə vəzifələrini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissədə də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh istehlak edilmiş qaza görə borclu olduğu 1509,90 manat (bir min beş yüz doqquz manat doxsan qəpik) vəsaitin və ödənilmiş 36,40 manat dövlət rüsumunun cavabdeh tərəfindən "Azəriqaz” İB-nin ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, MH AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(062)-784/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-784/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver