Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-829/2024 29.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 29 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə təşkilat arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, MAS-4055 saylı “Daxili lizinq” müqaviləsi üzrə borcluya 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322521 ban nömrəli, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən, lizinq alan illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 429,49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu təşkilatın hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. Amma borclu müqavilənin şərtlərini pozaraq ödənişlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona görə də 15 yanvar 2024-cü il tarixə ümumilikdə 7449,75 manat gecikmə borcu yaranmışdır. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Odur ki, liiznq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322521 ban nömrəli, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh 08 iyul 2021-ci il tarixli MAS-4055 saylı müqaviləyə əsasən, 3482,20 manat gecikdirilmiş əsas, 2097,25 manat gecikdirilmiş mükafat və 1870,30 manat dəbbə pulu olmaqla, cəmi 7449,75 manat pul və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 100,4 manat dövlət rüsumunun alınaraq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İşə əlavə edilmiş zərfdə göstərilən qeyddən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən ünvanda yaşamır, buna görə də məhkəmə bildirişini həmin şəxsə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş 08 iyul 2021-ci il tarixli, MAS-4055 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322521 ban nömrəli, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən, lizinq alan illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 429,49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu təşkilatın hesabına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, MAS-4055 saylı “Daxili lizinq” müqaviləsi üzrə borcluya 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322521 ban nömrəli, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən, lizinq alan illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 429,49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu təşkilatın hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. Amma borclu müqavilənin şərtlərini pozaraq ödənişlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona görə də 15 yanvar 2024-cü il tarixə ümumilikdə 7449,75 manat gecikmə borcu yaranmışdır. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 15 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin 08 iyul 2021-ci il tarixli lizinq müqaviləsi üzrə 3482,20 manat gecikdirilmiş əsas, 2097,25 manat gecikdirilmiş mükafat və 1870,30 manat dəbbə pulu olmaqla, cəmi 7449,75 manat borcu təşkil edir. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan 1870,30 manat cərimə azaldılaraq 18,70 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllnin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322521 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh əsas məbləği 3482,2 manat, gecikdirilmiş mükafat kimi 2097,25 manat, dəbbə puluna görə 18,70 manat olmaqla, cəmi 5598,15 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının ödədiyi dövlət rüsumunun 75,98 manatı cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322521 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh əsas məbləği 3482,2 manat, gecikdirilmiş mükafat kimi 2097,25 manat, dəbbə puluna görə 18,70 manat olmaqla, cəmi 5598,15 manat və 75,98 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-829/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-829/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver