Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-97/2025 30.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «çıxarışın ləğvi, torpaq üzərində mülkiyyət hüququnun tanınması və yeni texniki pasportun verilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 30 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq xx.xx.2024-cü il tarixli 4Ə-504 nömrəli alqı-satqı müqaviləsi üzrə 11.6 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının faktiki mülkiyyətinə verilməsi və paylı mülkiyyət üzrə çıxarışın ləğv edilərək 80.kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzrə iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının tanınmaqla iddiaçıya bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatında olan zaman iddiaçı təşkilatın nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2024-cü il tarixli 4Ə-504 nömrəli alqı-satqı müqaviləsi üzrə 11.6 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının faktiki sahibliyinə verilməsi, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli paylı mülkiyyət üzrə çıxarışın ləğv edilməsi, buna uyğun olaraq 80.kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzrə iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının tanınmaqla iddiaçıya bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın və texniki pasportun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş məhkəmənin icraatında olan zaman iddiaçı təşkilatın nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi, yəni azaldılması barədə ərizə verərək, xx.xx.2024-cü il tarixli 4Ə-504 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 11.6 kv metr sahənin iddiaçının faktiki sahibliyinə verilməsi və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlaka dair yeni texniki pasportun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə, 4Ə-504 №-li notarial alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, ƏMDX DƏKRPHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh verilmiş **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən ümumi sahəsi 144.30 kv.m olan qeyri-yaşayış binasının yalnız 80 kv.m hissəsi İddiaçı QSC-yə 95 000 (doxsan beş min manat) məbləğ qarşılığında satılmışdır. Odur ki, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli yeni çıxarışa əsasən, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən qeyri-yaşayış binasının 80 kv.m hissəsi İddiaçı QSC-yə, qalan 64.30 kv.m hissəsi isə Cavabdeh məxsusdur. İddiaçı QSC sözügedən qeyri-yaşayış binasının hər 1 (bir) kv.m-nə görə 1187.50 (bir min yüz səksən yeddi manat, əlli qəpik) manat olmaqla, ümumi 80 kv.m-ə görə 95000 AZN (doxsan beş min manat) məbləğində pul vəsaitini X3 ödəmişdir. Lakin təmir-tikinti işləri zamanı, həmçinin ƏMDX DƏKRPHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportda qeyd olunanlara əsasən, məlum olmuşdur ki, İddiaçı QSC-yə məxsus olan 80 kv.m əvəzinə yalnız 68.4 kv.m sahə mövcuddur. Qalan 11.6 kv.m sahənin verilməsi isə X4 və onun etibarnamə üzrə nümayəndəsi olan atası X1 tərəfindən imtina edilmiş və nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuş və müqavilə üzrə geri qalan 11.6 kv.m qeyri-yaşayış sahəsinə və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququndan məhrum olmuş, həmçinin torpaq sahəsinə mülkiyyət hüququ iddiaçıya keçmədiyi üçün daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış paylı mülkiyyət üzrə verilmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə geri qalan 11.6 kv.m sahə üzrə faktiki mülkiyyət hüququnun təmin edilərək bunun üçün sənədləşmənin və torpaq ilə bağlı sənədləşmənin aparılması xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 30 iyul 2024-cü il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 (on) gün ərzində geri qalan 11.6 kv.m sahə üzrə faktiki mülkiyyət hüququnun təmin edilərək bunun üçün sənədləşmənin və torpaq ilə bağlı sənədləşmənin aparılmasının həyata keçirilməsini xahiş etmişlər. Lakin həmin pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim edilsə də, geri qalan 11.6 kv.m sahə üzrə faktiki mülkiyyət hüququnun təmin edilərək bunun üçün sənədləşmənin və torpaq ilə bağlı sənədləşmənin aparılması cavabdeh tərəfindən təmin olunmamışdır. Bundan sonra iddiaçı ilə "xxxx" MMC arasında həmin qeyri-yaşayış sahəsinin faktiki 68.4 kv.m hissəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 3M-1575 reyestr nömrəli icarə müqaviləsi imzalanmış, iddiaçı faktiki olarak 68.4 kv.m hissəyə sahiblik etdiyi üçün 80 kv.m hissəni deyil, 68.4 kv.m hissəni icarəçinin istifadəsinə verməyə məcbur olmuş və nəticədə iddiaçının əldən çıxmış faydası mövcud olmuşdur. Belə ki, sözügedən icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən, icarə haqqı 850 (səkkiz yüz əlli) AZN təşkil etmişdir. Hər 1 (bir) kv.m üzrə, təqribən 12.4 AZN hesablandığından iddiaçının cavabdehin ucbatından məhrum olduğu 11.6 kv.m sahə üzrə əldən çıxmış fayda 1 (bir) ay üzrə 143.8 AZN (yüz qırx üç manat səksən qəpik) təşkil etmiş və cavabdeh tərəfindən iddiaçıya zərər vurulmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, 7E-5566 reyestr nömrəli etibarnamə əsasında çıxış edən nümayəndəsi X1 və iddiaçı arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,047 ha olan torpaq sahəsinin 0,008038 ha hissəsinin alqı-satqısı barədə iş məhkəmənin icraatında olduğu dövrdə, yəni xx.xx.2025-ci il tarixli, 4Ə-542 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan sonra, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli Texniki pasport və xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış təqdim olunmuşdur. Bütün bunları nəzərə alaraq, xx.xx.2024-cü il tarixli 4Ə-504 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 11.6 kv metr sahənin iddiaçının faktiki sahibliyinə verilməsi və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Çəxsi tərəfindən daşınmaz əmlaka dair yeni texniki pasportun verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında vəsatət verərək, təşkilatın təşkilati-hüquqi formasının dəyişməsi ilə bağlı çıxarışı təqdim etmişdir. Məhkəmə vəsatəti qəbul edərək, iddiaçı təşkilatın adının İddiaçı MMC kimi qəbul edilməsini qərara almışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 7E-5566 reyestr nömrəli etibarnamə əsasında çıxış edən nümayəndəsi X1 və iddiaçı arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,047 ha olan torpaq sahəsinin 0,008038 ha hissəsinin alqı-satqısı barədə xx.xx.2025-ci il tarixli, 4Ə-542 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan sonra, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli Texniki pasport və xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış təqdim olunmuşdur. Məhkəmənin ədalətli qətnamə çıxaracağına inanaraq, üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklərdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini və müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara əsasən, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı QSC-nin təşkilatihüquqi forması dəyişərək İddiaçı MMC olmuşdur. İşə əlavə olunmuş ərizədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 7E-5566 reyestr nömrəli etibarnamə əsasında çıxış edən nümayəndəsi X1 iddianı qəbul etmiş, mövcud mübahisə üzrə torpaq sahəsinin ölçülərək iddiaçı təşkilata verilməsinə etiraz etməmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixdə, 4Ə-504 №-li daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, ƏMDX DƏKRPHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh verilmiş **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən ümumi sahəsi 144.30 kv.m olan qeyri-yaşayış binasının yalnız 80 kv.m hissəsi İddiaçı QSC-yə 95 000 (doxsan beş min manat) məbləğ qarşılığında satılmışdır. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli yeni çıxarışa əsasən, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən qeyri-yaşayış binasının 80 kv.m hissəsi İddiaçı QSC-yə, qalan 64.30 kv.m hissəsi isə Cavabdeh məxsusdur. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 4Ə-542 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli, 7E-5566 reyestr nömrəli etibarnamə əsasında çıxış edən nümayəndəsi olduğu X1 və iddiaçı arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,047 ha olan torpaq sahəsinin 0,008038 ha hissəsinin satılması barədə müqavilə imzalanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Texniki pasport və xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144,30 kv metr olan qeyri-yaşayış sahəsinin 80 kv metri və 0,008038 ha torpaq sahəsi paylı mülkiyyət kimi İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir. İşə əlavə olunmuş 13 iyun 2025-ci il tarixli, 3-16-16/2-10/9474/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı QSC-yə məxsus, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış obyektinin ümumi sahəsi 71,5 kv metr təşkil etdiyi müəyyən edilir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsində (xətt-xətt kimi göstərilən sahə) göstərilmiş 80 kv metr qeyri-yaşayış sahəsi göstərilən hissədə mövcud olduğu müəyyən edilmişdir. Lakin həmin hissənin faktiki sahəsi 71,5 kv metr təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən ümumi sahəsi 144,3 kv metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olan 80 kv metr hissəsindən qalan 8,5 kv metr (80,0-71,5) hissəsinin cavabdehə məxsus 144,3 kv metr qeyri-yaşayış sahəsinin hansı hissəsində yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən iddiaçıya mənsub 80 kv metr qeyriyaşayış sahəsinin altında yerləşən torpaq sahəsi (çöldən çölə ölçülər nəzərə alınmaqla) qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin ümumi sahəsi 80,0 kv metr (8,20x6,10+6,40x4,70) təşkil etdiyi müəyyən edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə, 4Ə-504 №-li notarial alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, ƏMDX DƏKRPHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh verilmiş **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən ümumi sahəsi 144.30 kv.m olan qeyri-yaşayış binasının yalnız 80 kv.m hissəsi İddiaçı QSC-yə 95 000 (doxsan beş min manat) məbləğ qarşılığında satılmışdır. Odur ki, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli yeni çıxarışa əsasən, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən qeyri-yaşayış binasının 80 kv.m hissəsi İddiaçı QSC-yə, qalan 64.30 kv.m hissəsi isə Cavabdeh məxsusdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, 7E-5566 reyestr nömrəli etibarnamə əsasında çıxış edən nümayəndəsi X1 və iddiaçı arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,047 ha olan torpaq sahəsinin 0,008038 ha hissəsinin alqı-satqısı barədə xx.xx.2025-ci il tarixli, 4Ə-542 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan sonra, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli Texniki pasport və xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış təqdim olunmuşdur. 13 iyun 2025-ci il tarixli, 3-16-16/2-10/9474/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı QSC-yə məxsus, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış obyektinin ümumi sahəsi 71,5 kv metr təşkil etdiyi müəyyən edilir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsində (xətt-xətt kimi göstərilən sahə) göstərilmiş 80 kv metr qeyri-yaşayış sahəsi göstərilən hissədə mövcud olduğu müəyyən edilmişdir. Lakin həmin hissənin faktiki sahəsi 71,5 kv metr təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən ümumi sahəsi 144,3 kv metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olan 80 kv metr hissəsindən qalan 8,5 kv metr (80,0-71,5) hissəsinin cavabdehə məxsus 144,3 kv metr qeyri-yaşayış sahəsinin hansı hissəsində yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən iddiaçıya mənsub 80 kv metr qeyriyaşayış sahəsinin altında yerləşən torpaq sahəsi (çöldən çölə ölçülər nəzərə alınmaqla) qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin ümumi sahəsi 80,0 kv metr (8,20x6,10+6,40x4,70) təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixli 4Ə-504 nömrəli alqı-satqı müqaviləsinə əsasən, çatışmayan 8,5 kv metr sahə İddiaçı MMC-nin faktiki sahibliyinə verilməli və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlaka dair yeni texniki pasport verilməlidir. Məhkəmə ekspert rəyini əsaslı hesab edir və sübut növü kimi qəbul edir. Ona görə də iddiaçı 11,6 kv metr sahənin çatışmadığını göstərsə də, məhkəmə həmin çatışmayan sahənin 8,5 kv metr olması qənaətinə gəlir. Bu səbəbdən də iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertiza iddiaçının təşəbbüsü ilə təyin edildiyindən və iddia qismən əsaslı hesab edildiyindən həmin xərc tərəflərdən bərabər qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 4Ə-504 nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən 80 kv metr qeyri-yaşayış sahəsinin çatışmayan 8,5 kv metr hissəsi Cavabdeh alınıb İddiaçı MMC-nin faktiki mülkiyyətinə verilsin və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlaka dair yeni texniki pasport verilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı MMC və Cavabdeh hər birindən 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-97/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-97/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver