Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1070/2025 04.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 09 mart 2022-ci il, 18 mart 2022-ci il, 02 avqust 2022-ci il, 15 avqust 2022-ci il, 14 oktyabr 2022-ci il, 15 oktyabr 2022-ci il, 07 noyabr 2022-ci il, 01 dekabr 2022-ci il, 14 dekabr 2022-ci il, 19 dekabr 2022-ci il, 03 yanvar 2023-cü il, 11 aprel 2023cü il, 05 may 2023-cü il və 18 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən 8832 manat ödənilməmiş borcun və ödənilmiş 108,32 manat dövlət rüsumunun xeyrilərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 09 mart 2022-ci il tarixdə ölçüləri 185-60 R15 olan “Habilead” markalı 8 ədəd təkər, 18 mart 2022-ci il tarixdə ölçüləri 185-60 R15 olan “Habilead” markalı 4 ədəd təkər, 15 avqust 2022-ci il tarixdə ölçüləri 185-60 R15 olan “Anche” markalı 4 ədəd, 14 oktyabr 2022-ci il tarixdə ölçüləri 185- 60 R15 olan “Hilo” markalı 8 ədəd, 15 oktyabr 2022-ci il tarixdə ölçüləri 185-60 R15 olan Hilo markalı 4 ədəd, 07 noyabr 2022-ci il tarixdə ölçüləri 185-60 R15 olan “Traxmaxx” markalı 8 ədəd təkər, 01 dekabr 2022-ci il tarixdə ölçüləri 185-60 R15 olan “Hilo” markalı 4 ədəd, ölçüləri 185-60 R15 olan “Fortuna” markalı 4 ədəd təkər, ölçüləri 185-60 R15 olan “Anche” markalı 4 ədəd təkər, 14 dekabr 2022-ci il tarixdə ölçüləri 185-60 R15 olan “Traxmaxx” markalı 4 ədəd təkər, ölçüləri 185-60 R15 olan “Sunwide” markalı 4 ədəd təkər, 19 dekabr 2022-ci il tarixdə ölçüləri 185-60 R15 olan “Zextour” markalı 8 ədəd təkər, 03 yanvar 2023-cü il tarixdə ölçüləri 185-60 R15 olan “Zextour” markalı 8 ədəd təkər, 11 aprel 2023-cü il tarixdə ölçüləri 185-60 R15 olan “Fortune” markalı 4 ədəd təkər, 05 may 2023-cü il tarixdə ölçüləri 185 -60 R15 olan “Fortune” markalı 8 ədəd təkər, 18 may 2023cü il tarixdə ölçüləri 185-60 R15 olan “Haida” markalı 4 ədəd təkər və 02 avqusst 2023-cü il tarixdə ölçüləri 185-60 R15 olan “Rapid” markalı 4 ədəd təkər olmaqla ümumilikdə 92 ədəd təkərin alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi (müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun, malın dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borcu ödəməkdən yayınır. Hazırda borclunun 8832 manat ödənilməmiş borcu vardır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə (məhkəmə bildirişi iddiaçının elektron kabinetinə yerləşdirilmişdir) baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının qanuni təmsilçisi Taleh Hümmətovun hazırkı iş üzrə məhkəməyə elektron kabinet vasitəsi ilə göndərdiyi məlumatda səhətilə əlaqədər olaraq hazırlıq məhkəməsində iştirak edə bilməyəcəyini göstərmiş, həmçinin məlumtda hazırlıq məhkəməsini və eyni zamanda digər məhkəmə proseslərini onun iştiakı olmadan keçirilməsinə etirazının olmadığını qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə bildirişi ünvan sahibinə-cavabdehə çatdırılması üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 oktyabr 2025-ci il tarixli, 5-80-14/2-142/2025 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Qaradağlı kənd sakini Cavabdeh qonşularının və qohumlarının deməsinə görə uzun müddətdir ki, nümayəndəliyin ərazisində yaşamır, dəqiq ünvanı nümayəndəliyə məlum deyildir. Həmçinin, AZEMİS vasitəsi ilə cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “SMS xəbərdarlığı barədə” bildiriş göndərilsə də (mesajın statusunda “çatdırıldı” qeyd olunmuşdur) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 09 mart 2022-ci il tarixli, xx-xx/3093 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Habilead” markalı 8 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 01 aprel 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 122 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 18 mart 2022-ci il tarixli, xx-xx/3130 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Habilead” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 14 aprel 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 67 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 02 avqust 2022-ci il tarixli, xx-xx/3623 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Rapid” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 09 sentyabr 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 66 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 15 avqust 2022-ci il tarixli, xx-xx/3675 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Anche” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 14 sentyabr 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 67 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 14 oktyabr 2022-ci il tarixli, xx-xx/3811 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Hilo” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 14 noyabr 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 60 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 14 oktyabr 2022-ci il tarixli, xx-xx/3812 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Hilo” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 06 noyabr 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 60 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 15 oktyabr 2022-ci il tarixli, xx-xx/3819 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Hilo” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 15 noyabr 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 62 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 07 noyabr 2022-ci il tarixli, xx-xx/3869 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Tracmax” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 30 noyabr 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 68 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 07 noyabr 2022-ci il tarixli, xx-xx/3870 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Tracmax” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 02 dekabr 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 68 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 01 dekabr 2022-ci il tarixli, xx-xx/3904 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Fortune” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 28 dekabr 2022-ci ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 68 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 01 dekabr 2022-ci il tarixli, xx-xx/3906 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Anchee” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 15 yanvar 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 68 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 01 dekabr 2022-ci il tarixli, xx-xx/3907 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Hilo” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 09 yanvar 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 60 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 14 dekabr 2022-ci il tarixli, xx-xx/3945 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Traxmaxx” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 18 yanvar 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 65 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 14 dekabr 2022-ci il tarixli, xx-xx/3946 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Sunwide” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 22 yanvar 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 65 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 19 dekabr 2022-ci il tarixli, xx-xx/3958 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Zextour” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 19 yanvar 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 60 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 19 dekabr 2022-ci il tarixli, xx-xx/3959 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Zextour” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 24 yanvar 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 60 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 03 yanvar 2023-cü il tarixli, xx-xx/3978 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Zextour” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 06 fevral 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 60 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 03 yanvar 2023-cü il tarixli, xx-xx/3979 E nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Zextour” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 09 fevral 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 60 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 aprel 2023-cü il tarixli, xx-xx/4117 H nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Fortune” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 24 may 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 70 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 05 may 2023-cü il tarixli, xx-xx/4148 H nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Fortune” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 02 iyun 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 70 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 05 may 2023-cü il tarixli, xx-xx/4149 H nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Fortune” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 06 iyun 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 70 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 18 may 2023-cü il tarixli, xx-xx/4174 H nömrəli müqavilədən və həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bu müqaviləyə əsasən satıcı ölçüsü 185-60 R15 olan “Haida” markalı 4 ədəd təkər alıcıya təqdim etməyi, öz növbəsində alıcı isə malı qəbul edərək malın dəyərini müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini öhdəsinə götürür. Cavabdeh ödəniş cədvəlinə əsasən 18 iyun 2023-cü ildən başlayaraq 06 ay müddətində iddiaçıya hər ay 56 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 12 iyul 2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya müqavilələr üzrə borcu-ödənilməmiş borc məbləği 8832 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə öhdəliklərin icrası ilə əlaqədar 15 iyun 2025-ci il tarixli pretenziya (gecikdirilmiş borcun ödənilməsi haqqında) göndərmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə vəşərtləri müəyyənləşdirilməklə müqavilələr bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 09 mart 2022-ci il, 18 mart 2022-ci il, 02 avqust 2022-ci il, 15 avqust 2022-ci il, 14 oktyabr 2022-ci il, 15 oktyabr 2022-ci il, 07 noyabr 2022-ci il, 01 dekabr 2022-ci il, 14 dekabr 2022-ci il, 19 dekabr 2022-ci il, 03 yanvar 2023-cü il, 11 aprel 2023-cü il, 05 may 2023-cü il və 18 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən ödənilməmiş borca görə 8832 manat və ödənilmiş dövlət rüsumuna görə 108,32 manat, cəmi 8940 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 09 mart 2022-ci il, 18 mart 2022-ci il, 02 avqust 2022-ci il, 15 avqust 2022-ci il, 14 oktyabr 2022-ci il, 15 oktyabr 2022-ci il, 07 noyabr 2022-ci il, 01 dekabr 2022-ci il, 14 dekabr 2022-ci il, 19 dekabr 2022-ci il, 03 yanvar 2023-cü il, 11 aprel 2023cü il, 05 may 2023-cü il və 18 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən ödənilməmiş borca görə 8832 (səkkiz min səkkiz yüz otuz iki) manat və ödənilmiş dövlət rüsumuna görə 108 (bir yüz səkkiz) manat 32 (otuz iki) qəpik, cəmi 8940 (səkkiz min doqquz yüz qırx) manat 32 (otuz iki) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-1070/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1070/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver