Məhkəmə qərarları › İş №e-2(063)-115/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-115/2025

22.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-115/2025 22.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X33 oğlunun katibliyi, İddiaçılar X9, İddiaçı və sonuncunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızının, X6 (həmçinin İsmayılova (Mahmudova) Xalidə Cəmil qızının etibarnamə üzrə nümayəndəsi), X12, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, X13 iştirakları ilə, İddiaçılar İddiaçı və X9 cavabdehlər Cavabdeh1 və Rəhimova (Mahmudova) Məleykə Cəmil qızına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızına, X10, X17, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızına, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızına, X18 və Ucar rayon Notariat Ofisinə qarşı "ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakların bölünməsi və miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X21 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında cavabdehlər Cavabdeh1 və Rəhimova (Mahmudova) Məleykə Cəmil qızına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızına, X10, X17, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızına, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızına, X18 və Ucar rayon Notariat Ofisinə qarşı " ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakların bölünməsi və miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində **********79- 10301 reyestr nömrəsilə qeydə alınmış Ucar rayonu, Qazyan kəndində yerləşən 199,9 kv.metr həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilər arasında bölünməsi, həmin torpaq sahəsinin 1/9 hissəsində və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasın 1/10 hissəsində paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı və X21 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Rəhimova (Mahmudova) Məleykə Cəmil qızına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızına, X10, X17, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızına, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızına, X18 və Ucar rayon Notariat Ofisinə qarşı " ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakların bölünməsi və miras əmlakda payların müəyyən edilməsi" tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində **********79-10301 reyestr nömrəsilə qeydə alınmış Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçilər arasında bölünməsi, həmin torpaq sahəsinin 1/9 hissəsində və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evindən ibarət mirasın 1/10 hissəsində paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Tələb onunla əsaslandırılmışdır ki, ataları X29 01 dekabr 1985-ci il tarixdə, anaları X22 isə 27 fevral 2002-ci il tarixdə vəfat etmişlər. X1 Ucar rayonunun Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Mərhum anaları X11 onlardan başqa Cavabdeh1, Rəhimova (Mahmudova) Məleykə Cəmil qızı, Dadaşova (Mahmudova) Şamama Cəmil qızı, X19, X26, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızı, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı, X27 olmaqla digər övladları da vardır. Hal-hazırda onlar həmin torpaq sahəsinin üzərində öz paylarının müəyyən edilməsini istəyirlər. Bu məqsədlə vərəsəlik hüququna əsasən şəhadətnamə almaq üçün notariat orqanına müraciət etmişlər. Lakin, notariat orqanı vərəsələr arasında ixtilaf olduğu üçün müvafiq şəhadətnaməni verməkdən imtina etmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçı X21 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dadaşova (Mahmudova) Şamama Cəmil qızı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 (həmçinin İsmayılova (Mahmudova) Xalidə Cəmil qızının etibarnamə üzrə nümayəndəsi) iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən, cavabdeh Rəhimova (Mahmudova) Məleykə Cəmil qızı bildirdi ki, iddianın qismən təmin edilməsi, yəni mübahisə predmeti olan miras əmlakdab pay alacaq şəxslər sırasında Şamama və Xədicə olmamalıdırlar. Belə ki, sözügedən şəxslər ailə həyatı qurduqdan sonra həmin evdən çıxmışlar və miras əmlakın qorunmasında və saxlanmasında iştirak etməmişlər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X20 da öz növbəsində bildirdi ki, iddianın qismən təmin edilməsi, yəni mübahisə predmeti olan miras əmlakdab pay alacaq şəxslər sırasında Şamama və Xədicə olmamalıdırlar. Belə ki, sözügedən şəxslər ailə həyatı qurduqdan sonra həmin evdən çıxmışlar və miras əmlakın qorunmasında və saxlanmasında iştirak etməmişlər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, eləcə də, etməmə səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçılar X9, İddiaçı və sonuncunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızının, X6 (həmçinin İsmayılova (Mahmudova) Xalidə Cəmil qızının etibarnamə üzrə nümayəndəsi), X12, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, X13 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2024-cü il tarixdə verilmiş 1414 nömrəli arayışın surətindən görünür ki, X29 ilə X14 31 mart 1957-ci il tarixdə 06 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mahmudova” soyadı verilmişdir. İşdə olan Ucar rayon Qazyan kənd soveti tərəfindən 01 aprel 1958-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı, 496947 nömrəli, 02 oktyabr 1961-ci il tarixdə verilmiş İİ-ИЕ seriyalı, 065190 nömrəli və 08 fevral 1972-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı, 276854 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları X29, anaları X23 olan X24 01 mart 1958-ci il tarixdə, X19 06 sentyabr 1961-ci il tarixdə, X25 xx xxxxxx 1971-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuşlar. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 15 avqust 2024-cü il tarixdə verilmiş 1176 nömrəli, 15 oktyabr 2024-cü il tarixdə verilmiş 1413 və 1411 nömrəli arayışların surətlərindən görünür ki, müvafiq olaraq ataları X29, anaları X23 olan X21 26 mart 1963-cü il tarixdə, X27 10 dekabr 1964-cü il tarixdə, X26 23 dekabr 1959-cu il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuşlar. İşdə olan Ucar rayon BBАГ şöbəsi tərəfindən 12 avqust 1988-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 444075 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizağa Dadaşov ilə Şamama Mahmudova 12 avqust 1988-ci il tarixdə, 129 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Dadaşova” soyadı verilmişdir. İşdə olan Ucar rayon ВВАГ şöbəsi tərəfindən 22 fevral 2000-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 391369 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rövşən İsmayılov ilə Xalidə Mahmudova 22 fevral 2000-ci il tarixdə, 05 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “İsmayılova” soyadı verilmişdir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2024-cü il tarixdə verilmiş 1410 nömrəli arayışın surətindən görünür ki, X29 01 dekabr 1985-ci il tarixdə xroniki aritrit diaqnozu ilə Ucar rayonu, Qazyan kəndində ölmüşdür. İşdə olan Ucar rayon VVADQ şöbəsi tərəfindən 15 mart 2002-ci il tarixdə verilmiş AZ seriyalı, 142180 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 27 fevral 2002-ci il tarixdə hipertoniya xəstəliyi diaqnozu ilə Ucar rayonu, Qazyan kəndində ölmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X11, İddiaçı, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızının, X9, X12, X6, X13, Cavabdeh1, Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının ümumi birgə mülkiyyətində olmaqla, X11 adına daşınmaz əmlakın dövlət reyestrində **********79-10301 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 iyul 2024-cü il tarixli, 5-80-18/2-516/2024 nömrəli arayışından görünür ki, X29 01 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. X8 ölən günədək Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla yaşamış və vəfat etdikdən sonra aşağıdakı tərkibdən ibarət varisləri qalmışdır.

1. arvadı - X23 (27 fevral 2002-ci il tarixdə vəfat etmişdir)

2. Qızı – 1958-ci il təvəllüdlü Dadaşova (Mahmudova) Şamama Cəmil qızı

3. Qızı – 1959-cu il təvəllüdlü X26

4. Qızı - 1961-ci il təvəllüdlü X19

5. Qızı - 1963-cü il təvəllüdlü X21

6. Oğlu – 1964-cü il təvəllüdlü X27

7. Qızı – 1966-cı il təvəllüdlü Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı

8. Oğlu - 1968-ci il təvəllüdlü Cavabdeh1

9. Qızı - 1971-ci il təvəllüdlü İsmayılova (Mahmudova) Xalidə Cəmil qızı 10.Qızı - 1971-ci il təvəllüdlü İddiaçı 11.Qızı - 1974-cü il təvəllüdlü Rəhimova (Mahmudova) Məleykə Cəmil qızı İşdə olan Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 oktyabr 2024-cü il tarixli, 5-80-18/2-772/2024 nömrəli arayışından görünür ki, X23 27 fevral 2002-ci il tarixdə vəfat etmişdir. X3 ölən günədək Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla yaşamış və vəfat etdikdən sonra aşağıdakı tərkibdən ibarət varisləri qalmışdır.

1. Qızı – 1958-ci il təvəllüdlü Dadaşova (Mahmudova) Şamama Cəmil qızı

2. Qızı – 1959-cu il təvəllüdlü X26

3. Qızı - 1961-ci il təvəllüdlü X19

4. Qızı - 1963-cü il təvəllüdlü X21

5. Oğlu – 1964-cü il təvəllüdlü X27

6. Qızı – 1966-cı il təvəllüdlü Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı

7. Oğlu - 1968-ci il təvəllüdlü Cavabdeh1

8. Qızı - 1971-ci il təvəllüdlü İsmayılova (Mahmudova) Xalidə Cəmil qızı 9.Qızı - 1971-ci il təvəllüdlü İddiaçı 10.Qızı - 1974-cü il təvəllüdlü Rəhimova (Mahmudova) Məleykə Cəmil qızı İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ucar rayon Notariat Ofisinin İddiaçı ünvanlanmış 02 oktyabr 2024-cü il tarixli, 831 nömrəli məktubundan görünür ki, İddiaçı 31 iyul 2024-cü il tarixli müraciətində 27 fevral 2002-ci il tarixdə vəfat etmiş X7 qalmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, vərəsələr arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan 18 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişlər. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakın dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması nəticəsində, eləcə də, təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən edildi ki‚ X7 Ucar rayonunun Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən bölünməsi xahiş edilən miras əmlaka sahiblik etmiş şəxslər dairəsinə məhz aşağıdakılar daxildir:

1. X26

2. X19

3. X21

4. X27

5. Cavabdeh1

6. İsmayılova (Mahmudova) Xalidə Cəmil qızı

7. İddiaçı

8. Rəhimova (Mahmudova) Məleykə Cəmil qızı Belə ki, nəzərə alınsa ki, mülki prosessual qanunvericiliyin norma və prinsiplərinə əsasən iddianın əsaslılığını sübut etmə yükü iddia tərəfinin üzərinə düşür, belə olan halda qeyd etmək olar ki, iddiaçılar mərhum X1 miras qalmış Ucar rayonunun Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinə faktik sahiblik edən şəxslərin dairəsinə Dadaşova (Mahmudova) Şamama Cəmil qızı və Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının aid olmaları sübut edə biləcək hər hansı mötəbər dəlilləri təqdim edə bilməmişlər. Bundan başqa, iş materialları ilə də müəyyən olunur ki, Dadaşova (Mahmudova) Şamama Cəmil qızı və Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı ailə həyatı qurmaqla mübahisə predmeti olan evdən çıxmışlar və həmin miras əmlakın qorunub saxlanmasında hər hansı hərəkətlər həyata keçirməmişlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X4 27 fevral 2002-ci il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər qüvvədə olan Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 iyun 2024-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli,tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X29 ilə X22 31 mart 1957-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Оnlаrın birgə nikahlarından İddiaçı, X21, Cavabdeh1, Rəhimova (Mahmudova) Məleykə Cəmil qızı, Dadaşova (Mahmudova) Şamama Cəmil qızı, X19, X26, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızı, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı, X27 аdlı uşаqlаrı dоğulmuşdur. X29 01 dekabr 1985-ci il tarixdə, X22 isə 27 fevral 2002-ci il tarixdə vəfat etmişlər. Ucar rayonunun Qazyan kəndində yerləşən 2,80 torpaq sahəsi və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evi X15 məхsus оlmuş, sоnuncu vəfаt еtdikdən sоnrа iddiaçılar nоtаriаt ofisinə mürаciət еdərək, mirasın üzərində pay əldə etmək üçün vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə verilməsini xahiş etmişdir. Nоtаriаt оfisi hazırda vərəsələr аrаsında ixtilаf оlduğunu qеyd еdərək, iddiаçıyа məhkəməyə mürаciət еtməsini tövsiyə еtmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia qismən təmin edilməklə X2 miras qalmış Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinin 1/72 hissəsinə İddiaçı, 1/72 hissəsinə X9, 1/72 hissəsinə Cavabdeh1, 1/72 hissəsinə Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, 1/72 hissəsinə X6, 1/72 hissəsinə X12, 1/72 hissəsinə Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, 1/72 hissəsinə X13 payları müəyyən edilməli, eyni zamanda sözügedən şəxslər ümumi əmlakdan paylı mülkiyyətçi olduqlarından ümumi əmlakdan hər birinin payı 9/72 hissə müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia qismən təmin edilsin. X2 miras qalmış Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinin 1/72 hissəsinə İddiaçı, 1/72 hissəsinə X9, 1/72 hissəsinə Cavabdeh1, 1/72 hissəsinə Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, 1/72 hissəsinə X6, 1/72 hissəsinə X12, 1/72 hissəsinə Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, 1/72 hissəsinə X13 payları müəyyən edilsin. İddiaçı, X9, Cavabdeh1, Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, X6, X12, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, X13 Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinə dair paylı mülkiyyətçi olduqlarından həmin şəxslərin ümumi əmlakdan hər birinin payları 9/72 hissə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı və X16 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar