Məhkəmə qərarları › İş №e-2(063)-1538/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1538/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1538/2025 03.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 21 fevral 2025-ci il tarixli, AZL-6149 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 21 noyabr 2025-ci il tarixə olan 16147,68 manat ümumi borcun və ödənilmiş 138,44 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2025-ci il tarixli, AZL-6149 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LD” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 33 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 506,97 manat, ümumilikdə isə 16730 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16730 manatın 13290 manatını əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, AZL-6149 saylı “Daxili lizinq” müqaviləsi üzrə sonuncu ödəniş 19 aprel 2025-ci il tarixdə 1100 manat məbləğində olmuşdur. Hal-hazırda lizinq obyekti olan “Khazar LD” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə Azərbaycan Respublikası DİN Ucar RPŞ-nin duracağında saxlanılır. Bundan başqa “Khazar LD” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 8442 manat məbləğində ödənilməmiş cərimə mövcuddur ki, həmin cərimələr ödənilmədiyi halda avtomobilin duracaqdan buraxılması qeyri mümkündür. Belə ki, cavabdeh tərəfindən törədilmiş inzibati xəta haqqında protokollara görə yaranmış cərimə məbləğinin lizinq verən tərəfindən ödənilməsi rentabelli hesab edilmədiyini, həmçinin həmin ödənişlərin lizinq alan tərəfindən ödənilmədiyini və avtomobilin istifadəyə yarasız vəziyyətdə olduğunu nəzərə alaraq AZL-6149 saylı “Daxili lizinq” müqaviləsi üzrə ödənilməmiş ümumi lizinq ödənişlərinin cəmi məbləği Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Hazırda Cavabdeh AZL-6149 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 21 noyabr 2025-ci il tarixə ümumilikdə 16147,68 manat borcu vardır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının tam təmin edilməsini xahiş etmişlər, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin və cavabdehin iştirakları olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 21 fevral 2025-ci il tarixdə bağlanmış, AZL-6149 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 13290 manat dəyərində əmlakı, yəni “Khazar LD” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 17% həcmində mükafat ödənilməsi şərti ilə 33 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 10 noyabr 2023-cü il tarixdə qeydiyyata alınmış, BB seriyalı, 493174 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2023-cü il buraxılışlı, “Khazar LD” markalı, **- YB-*** dövlət qeydiyyat nişanlı, NVAW21HHFPE686549 ban nömrəli, boz rəngli avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir. İşdə olan 21 fevral 2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus “Khazar LD” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşdə olan “SMSRadar.az” internet saytından elektron çıxarışlardan görünür ki, Cavabdeh İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 500 manat, EQ seriyalı, 29431471 nömrəli inzibati qərar üzrə 400 manat, EQ seriyalı, 29431477 nömrəli inzibati qərar üzrə 400 manat, EQ seriyalı, 29431472 nömrəli inzibati qərar üzrə 400 manat, EQ seriyalı, 29431478 nömrəli inzibati qərar üzrə 400 manat, EQ seriyalı, 29431463 nömrəli inzibati qərar üzrə 400 manat, EQ seriyalı, 29431473 nömrəli inzibati qərar üzrə 400 manat, EQ seriyalı, 29431475 nömrəli inzibati qərar üzrə 400 manat, AYN1310218 nömrəli inzibati xəta haqqında protokol üzrə 32 manat, EQ seriyalı, 26936535 nömrəli inzibati qərar üzrə 640 manat, EQ seriyalı, 26936539 nömrəli inzibati qərar üzrə 640 manat, EQ seriyalı, 26936530 nömrəli inzibati qərar üzrə 640 manat, EQ seriyalı, 26936536 nömrəli inzibati qərar üzrə 360 manat, EQ seriyalı, 29431476 nömrəli inzibati qərar üzrə 90 manat, EQ seriyalı, 29431470 nömrəli inzibati qərar üzrə 72 manat, EQ seriyalı, 29431479 nömrəli inzibati qərar üzrə 18 manat, EQ seriyalı, 29431484 nömrəli inzibati qərar üzrə 90 manat, EQ seriyalı, 26073549 nömrəli inzibati qərar üzrə 160 manat, EQ seriyalı, 26073553 nömrəli inzibati qərar üzrə 32 manat, EQ seriyalı, 26073546 nömrəli inzibati qərar üzrə 160 manat, EQ seriyalı, 26073552 nömrəli inzibati qərar üzrə 160 manat, EQ seriyalı, 25047809 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 25008370 nömrəli inzibati qərar üzrə 160 manat, EQ seriyalı, 23112322 nömrəli inzibati qərar üzrə 64 manat, EQ seriyalı, 23112319 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 23112321 nömrəli inzibati qərar üzrə 80 manat, EQ seriyalı, 23112330 nömrəli inzibati qərar üzrə 160 manat, EQ seriyalı, 23112328 nömrəli inzibati qərar üzrə 160 manat, EQ seriyalı, 23112318 nömrəli inzibati qərar üzrə 160 manat, EQ seriyalı, 23112329 nömrəli inzibati qərar üzrə 64 manat, EQ seriyalı, 23112317 nömrəli inzibati qərar üzrə 64 manat, EQ seriyalı, 23112323 nömrəli inzibati qərar üzrə 32 manat, EQ seriyalı, 23112320 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 23112331 nömrəli inzibati qərar üzrə 64 manat, EQ seriyalı, 23112324 nömrəli inzibati qərar üzrə 32 manat, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 64 manat, EQ seriyalı, 23112326 nömrəli inzibati qərar üzrə 32 manat, EQ seriyalı, 23112325 nömrəli inzibati qərar üzrə 32 manat, EQ seriyalı, 23112327 nömrəli inzibati qərar üzrə 32 manat, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 80 manat, EQ seriyalı, 21278404 nömrəli inzibati qərar üzrə 80 manat, EQ seriyalı, 21278408 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 21278405 nömrəli inzibati qərar üzrə 16 manat, AYN0452414 nömrəli inzibati xəta haqqında protokol üzrə 16 manat, EQ seriyalı, 21278401 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 21278400 nömrəli inzibati qərar üzrə 64 manat, EQ seriyalı, 20876113 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 21278399 nömrəli inzibati qərar üzrə 64 manat, AYN0452413 nömrəli inzibati xəta haqqında protokol üzrə 16 manat, EQ seriyalı, 20019483 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 20019480 nömrəli inzibati qərar üzrə 80 manat, EQ seriyalı, 20019485 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 20019475 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 20019472 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 20019468 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 20037944 nömrəli inzibati qərar üzrə 64 manat, EQ seriyalı, 20037940 nömrəli inzibati qərar üzrə 32 manat, EQ seriyalı, 19943785 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 19943786 nömrəli inzibati qərar üzrə 80 manat, EQ seriyalı, 19943784 nömrəli inzibati qərar üzrə 80 manat, EQ seriyalı, 19943797 nömrəli inzibati qərar üzrə 16 manat, EQ seriyalı, 19460760 nömrəli inzibati qərar üzrə 32 manat, EQ seriyalı, 18300666 nömrəli inzibati qərar üzrə 64 manat, EQ seriyalı, 18293027 nömrəli inzibati qərar üzrə 64 manat və EQ seriyalı, 18159451 nömrəli inzibati qərar üzrə 64 manat məbləğində cərimə olunmuşdur. İşdə olan 04 noyabr 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən 24 noyabr 2025-ci il tarixdə tərtib edilmiş 5176 nömrəli arayışdan görünür ki, Cavabdeh 21 noyabr 2025-ci il tarixə ümumi borcu 16147,68 manat təşkil edir. İşdə olan 05 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə məhkəməyə müraciət edərkən 138,44 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, daxili lizinq müqaviləsinə əsasən, “Khazar LD” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 21 fevral 2025-ci il tarixdə 33 ay müddətinə kimi istifadə müddətində 506,97 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin 4.4.1-4.4.3-cü yarımbəndlərinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməyi, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamağı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişlərini qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq, yazılı formada bağlanmış öhdəliklərin ötürülməsi və lizinq müqaviləsinin şərtlərinə əməl etməməklə lizinq verən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 16147,68 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddəti üzrə ödəmədiyindən lizinq verənin pul məbləğini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 16147,68 manat borc və ödənilmiş 138,44 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 16147,68 (bir on altı min yüz qırx yeddi manat altmış səkkiz qəpik) manat borc və ödənilmiş 138,44 (bir yüz otuz səkkiz manat qırx dörd qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar