Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-373/2025 31.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlanmış əmlaka vərəsəlik üzrə məcburi pay hüququnun tanınması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı bağışlanmış əmlaka vərəsəlik üzrə məcburi pay hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları 04 avqust 2009-cu il təvəllüdlü X6 və 09 dekabr 2013-cü il təvəllüdlü X10 mərhum ataları X27 tərəfindən mülkiyyət hüquqi ilə ona məxsus olan və sağlığında Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə dair 1/6 hissədə məcburi pay hüquqlarının tanınması, bununla bağlı 07 dekabr 2024-cü il tarixli bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, həmin bağışlama müqaviləsinə dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X27 ilə 01 noyabr 2008- ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan iki övladları-04 avqust 2009-cu il təvəllüdlü qızı X16 və 09 dekabr 2013-cü il təvəllüdlü qızı X20 doğulmuşlar. Nikahları 11 iyun 2015-ci il tarixdə Ucar Rayon Məhkəməsi tərəfindən pozulmuş, hər iki uşağa görə aliment müəyyən olunmuşdur. X42 tərəfindən həmin aliment üzrə borc ödənilməmiş və 2025-ci il tarixə yığılıb qalmış 20000 manata yaxın aliment borcu olmuşdur. X36 şəhəri, Koroğlu küçəsi, 48 ünvanda yerləşən yaşayış evinə və torpaq sahəsinə 1/3 hissədə mülkiyyət hüququ olmuş, lakin yeganə yaşayış yeri olduğu üçün icra qurumu tərəfindən borcun həmin əmlaka yönəldilməsi mümkün olmamışdır. Mahir Hacıyev ağır xəstə olmuş, 2024-cü ilin son aylarında bacı-qardaşı tərəfindən xəstəxanaya yatırılmış və 22 yanvar 2025-ci il tarixdə X27 vəfat etmişdir. Ağır xəstə olduğu vaxt bacı və qardaşı tərəfindən notariat orqanına aparılaraq mülkiyyətində olan həmin payla bağlı 15 noyabr 2024-cü il tarixdə bütün səlahiyyətlərin bacısı Mahirə Hacıyevaya verilməsi barədə etibarnamə verdirilmişdir. Bacısı Mahirə də plan üzrə həmin etibarnamə ilə 07 dekabr 2024-cü ildə onun əmlakını qardaşları-hazırkı iş üzrə Cavabdeh bağışlamışdır. Faktiki göründüyü kimi, cavabdeh, Mahir ağır vəziyyətdə xəstə olduğu üçün (yaxın vaxtlarda vəfat edəcəyini bildiyi üçün) vəfat edəcəyi halda miras əmlakı iki azyaşlı qız övladına qalmasın deyə bu planı həyata keçirmişdir. Lakin bu zaman qanunvericiliyin tələblərinə əsasən həmin əmlakı bu şəkildə mirasdan qaçırıb əldə etmələrinə baxmayaraq, məcburi olaraq iki qız övladının payının olmasını yəqin ki, hesaba alınmamışdır. Belə ki, məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən onların-övladlarının miras qoyan (Hacıyev Mahir) tərəfindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır. Belə ki, həmin maddəyə əsasən, miras qoyan (Hacıyev Mahir) əşyanı üçüncü şəxsə (Cavabdeh) bağışladıqda, məcburi paya hüququ olan şəxs (04 avqust 2009-cu il təvəllüdlü X16 və 09 dekabr 2013-cü il təvəllüdlü X20) əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Eyni zamanda, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. İşin faktiki halından göründüyü kimi, Mahir Hacıyev əmlakını bağışlayarkən, həmin əmlak övladlarının vərəsəlik hüququ ilə məhdudlaşmış olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 8 yanvar 2021-ci il tarixli Qərarında verdiyi şərhlər və gəldiyi nəticə ilə hazırkı münasibət tam tənzimlənmişdir. Qeyd olunan bu qanunvericilik tələblərinə və işin faktiki hallarına görə hesab edir ki, hazırkı iddia tələbi təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Əlavə olaraq izahatında göstərdi ki, kompensaisya almağının hazırkı işə aidiyyəti yoxdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında iddia ərizəsinə dair etirazda göstərilənləri təsdiq etdiyini bildirdi. Əlavə olaraq izahatında göstərdi ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667-ci maddəsinə istinad etmişdir. Qeyd olunan əmlak əvvəllər ümumi mülkiyyətdə olmamışdır, vərəsəlik yolu ilə keçmişdir, mərhum M.Hacıyev də öz sağlığında iradəsini ifadə etmiş, bacısına bununla bağlı etibarnamə vermişdir. Həmin əmlakı da M.Hacıyev sağlığında bağışlamışdır. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə dair etirazda göstərmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh, X5 və X4 Rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli qətnaməsi ilə X7, X13 və X2 miras qalmış ünvan 2-də 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 290.4 kv.m, o cümlədən yaşayış sahəsi 86.5 kv.m olan 3 otaqlı yaşayış evini cavabdehin, X3 və X11 vərəsə kimi qəbul etməkləri müəyyən edilmiş və həmin əmlakdan payları hər birinə 1/3 hissədə naturada bölünməsi qət edilmişdir. X5 cavabdehlə 01 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir. X3 iddiaçı ilə nikahı Ucar Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ucar Rayon Məhkəməsinin 25 fevral 2016-cı il qətnaməsi ilə iddiaçının iki azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Cavabdeh, X21 və X5 Ucar Rayon Məhkəməsində "evdən və torpaq sahəsindən kompensasiya verilməklə çıxarılma" tələbinə dair iddia qaldırmış və Ucar Rayon Məhkəməsinin 2(063)- 784/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-506/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və Ali Məhkəmənin 2(102)-4054/2022 saylı qərarı ilə apellyasiya instansiyasının qətnaməsi qüvvədə saxlanılmışdır. Ucar rayon icra və probasiya şöbəsinin əməkdaşları və eyni zamanda, İddiaçı, Cavabdeh iştirakı ilə tərtib olunmuş 20 iyun 2023-cü il tarixli aktında qeyd olunmuşdur ki, İddiaçı iki azyaşlı övladları 10000 (on min) manat kompensasiya verilməklə yuxarıda qeyd olunan ünvandan çıxarılmışlar. Mirasda məcburi pay-vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqiyükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi pay tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. İrəli sürülmüş iddia tələbində bağışlanmış əmlak dedikdə X3 öz valideynlərindən ona çatası 1/3 hissədə olan miras payı qəbul etmiş və sonra həmin hissəni qardaşı Cavabdeh sağlığında bağışlamışdır. Bu məsələdə nə bütövlükdə miras var, nə də həmin mirasdan məcburi pay tələb olunası hissə var. X38 özünə aid olan hissəni sağlığında bacısı Mahirə Hacıyevaya verdiyi etibarnamə vasitəsi ilə Cavabdeh ötürmüşdür. 25 noyabr 2024-cü il tarixli etibarnamə isə notariusun iştirakı ilə X38in fəaliyyət qabiliyyətinin olması yoxlanılaraq verilmişdir. Yəni, iddiaçı tərəfin iddia etdiyi kimi xəstə və köməksiz vəziyyətdə olmamışdır. Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. İddiaçı tərəfindən iddia ərizəsini yazarkən əsaslandığı müxtəlif məhkəmə aktlarına və Konstitusiya Məhkəməsinin qərarlarına diqqət etsələr məcburi pay anlayışının hansı məqamda iddiaçının övladlarına aid olması başa düşülmür. Belə ki, X5 valideynlərindən ona çatası hissəni digər vərəsəyə bağışlamışdır və bununla da heç kimin hüququnu pozmamışdır. Yuxarıda deyilənləri nəzərə alaraq iddiaçı tərəfindən verilmiş “bağışlanmış əmlaka vərəsəlik üzrə məcburi pay hüququnun tanınması barədə" iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasının mümkün hesab etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olanhüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 268.6 kv.metr olan fərdi yaşayış evi və 0.0285 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət növü üzrə paylı mülkiyyət hüququ ilə (hər birinin üçdə bir hissədə payları olmaqla) Cavabdeh, X11 vəı X41 adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində 23 oktyabr 2017-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respubılikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(102)-4054/2022 nömrəli qərından görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-506/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-506/2022 nömrəli, 14 mart 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(063)-784/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçılar X11, X17 və Cavabdeh xüsusi mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-506/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdrilmədən saxlanılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası X27 və anası X25 olan X16 04 avqust 2009-cu ildə və X28 09 dekabr 2013-cü ildə doğulmuşlar. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X14 nikahı Ucar Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və nikaha 12 iyul 2015-ci ildə xitam verilmişdir. Bu barədə 03 iyun 2016-cı il tarixdə Ucar rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 45 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 22 yanvar 2025-ci ildə ölmüşdür. İş materiallarında olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli, 05/09İS/103379-24 nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə-X22 aid 14 noyabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Kürdəmir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 05/09İS/103802-24 nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə-X22 aid 15 noyabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:
1. Atası: X29 (xx.xx.1949) (ölüb),
2. Anası: X8 (xx.xx.1955) (ölüb),
3. Bacısı: X21 (xx.xx.1978),
4. Bacısı: X26 (xx.xx.1982) (ölüb),
5. Qardaşı: Cavabdeh (xx.xx.1984),
6. Qızı: X16 (xx.xx.2009),
7. Qızı: X28 (xx.xx.2013). İş materiallarında olan etibarnamənin surətindən görünür ki, etibar edən X27 etibar edilən X15 15 noyabr 2024-cü ildə səlahiyyətlər vermiş, etibarnamə həmin tarixdə Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 7E/14491 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 07 dekabr 2024-cü ildə Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisində hədiyyə verən X27 ilə hədiyyyə alan Cavabdeh arasında bağlanmış və reyestrdə 4Ə-881 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini hədiyyə alanın mülkiyyətinə vermişdir. Tərəflər bağışlanan əmlakı qiymətləndirməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 05 may 2025-ci il tarixli, 3-21-3-36/2- 1241/2025 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda paylı mülkiyyətdə olmaqla X11 (fərdi yaşayış evi 1/3 hissə və 1/3 hissə torpaq sahəsi) və Cavabdeh (fərdi yaşayış evi 2/3 hissə və 2/3 hissə torpaq sahəsi) adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 14 avqust 2025-ci il tarixli, 02-214/25 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, ünvan 2 ünvanında 0.0285 ha torpaq sahəsi üzərində yerləşən 268 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 14 avqust 2025-ci il tarixinə bazar dəyəri 40500 manat və likvid dəyəri 34500 manat, ünvan 2 ünvanında 0.0285 ha torpaq sahəsinin 14 avqust 2025-ci il tarixinə bazar dəyəri 5800 manat və likvid dəyəri 5000 manat təşkil edir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar şəhəri, Dədə Qorqud küçəsi, ev 11, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, ünvan 2də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iş materialları, iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatları müəyyən edilir ki, iddiaçı ilə X5 nikahlarını 01 noyabr 2008-ci ildə bağlamışlar. Onların birgə nikahlarından 04 avqust 2009-cu ildə X16 və 09 dekabr 2013cü ildə X28 adlı iki uşaqları doğulmuşlar. X9 şəhəri, Koroğlu küçəsi, 48 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin və 0,0285 ha ölçüdə torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini (üçdə bir hissədə) 07 dekabr 2024-cü ildə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hazırkı iş üzrə cavabdehə bağışlamışdır. X27 22 yanvar 2025-ci il tarixdə ölmüşdür. Beləliklə, müəyyən olunur ki, miras kütləsinə daxil olan əmlaklar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 268 kv.m olan fərdi yaşayış evinin və 0.0285 ha ölçüdə torpaq sahəsinin üçdə bir hissəsidir. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyanın öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Mülki Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrıayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır. Məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə də qeyd olunan sərəncamlarla onun pozulubpozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edibetmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində də göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir. 04 avqust 2009-cu ildə doğulmuş X16 və 09 dekabr 2013-cü ildə doğulmuş X28 X38in övladları olmaqla birinci növbəli vərəsələridir. Hazırda iddiaçı, 04 avqust 2009-cu ildə doğulmuş X12 və 09 dekabr 2013-cü ildə doğulmuş X23 çatmalı olan məcburi payın tamamlanmasını tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.” İddia tələbinə düzgün münasibət bildirilməsi üçün ilk əvvəl Ucar Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, e-2(063)-373/2025 nömrəli qərardadı ilə miras kütləsinə daxil olan əmlaklar - ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 268 kv.metr olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin (0,0285 ha ölçüdə) hazırkı bazar və likvid dəyərinin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli, 02-214/25 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 2 ünvanında 0.0285 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 268 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 14 avqust 2025-ci il tarixinə bazar dəyəri 40500 manat və likvid dəyəri 34500 manat, ünvan 2 ünvanında 0.0285 ha torpaq sahəsinin 14 avqust 2025-ci il tarixinə bazar dəyəri 5800 manat və likvid dəyəri 5000 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri 39500 (otuz doqquz min beş yüz) manat müəyyən edilməli, X27 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olmuş və Cavabdeh bağışlanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair X17 övladları-04 avqust 2009-cu ildə doğulmuş X6 və 09 dekabr 2013-cü ildə doğulmuş X18 altıda bir hissədə məcburi paylarının müəyyən olması nəzərə alınmaqla Cavabdeh 6583 (altı min beş yüz səksən üç) manat 33 (otuz üç) qəpik məbləğində pul tutulub iddiaçıya verilməli, qanunvericiliyin qeyd olunan tələblərinə əsasən iddianın qalan hissəsi təmin edilməməli, həmçinin, cavabdehin nümayəndəsinin və vəkilinin etirazı əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri 39500 (otuz doqquz min beş yüz) manat müəyyən edilsin. X27 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olmuş və Cavabdeh bağışlanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair X17 övladları-04 avqust 2009-cu ildə doğulmuş X6 və 09 dekabr 2013-cü ildə doğulmuş X18 altıda bir hissədə məcburi paylarının müəyyən olması nəzərə alınmaqla Cavabdeh 6583 (altı min beş yüz səksən üç) manat 33 (otuz üç) qəpik məbləğində pul tutulub İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov