Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-388/2025 21.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehə 11 fevral 2025-ci ildə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı MMC-nin direktoru X2 məhkəməyə ərizə ilə müraciət edərək borcun tam olaraq ödənildiyini göstərmiş, bu səbəbdən İddiaçı MMC olaraq iddialarından imtina etdiyini və işin məhkəmə icraatından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.3-cü maddələrinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə, mülki prosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı MMC-nin direktoru R.Həsənov məhkəməyə ərizə ilə müraciət edib iddialarından imtina etdiyindən, bununla yanaşı, işin məhkəmə icraatından çıxarılmasını xahiş etdiyindən iddiaçının iddiadan imtina etməsinin qanunazidd olması və tərəflərin hüququnu pozması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda, iddiaçı və cavabdehə iddiadan imtina etmənin hüquqi nəticələri izah edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının qeyd olunan ərizəsinə dair mülki iş üzrə icraata bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla xitam verildiyindən iddiaçı tərəfindən 10 fevral 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********01) 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4, 114.2, 261.0.4, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunsun. İddiaçı tərəfindən 10 fevral 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********01) 30 (otuz) məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-388/2025
Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-388/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver