Məhkəmə qərarları › İş №e-2(063)-513/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-513/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-513/2025 30.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 14 may 2022-ci il , 02 sentyabr 2022-ci il, 21 noyabr 2022-ci il, 21 noyabr 2022-ci il və 28 noyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 2863 manat əsas və ödənilmiş 49 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2912 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2022-ci il , 02 sentyabr 2022-ci il, 21 noyabr 2022-ci il, 21 noyabr 2022-ci il və 28 noyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən sonuncu iddiaçıdan hissə-hissə ödəmək şərtilə 1249 manat, 1121 manat, 756 manat, 792 manat və 336 manat dəyərində məişət avadanlıqları almışdır. Belə ki, cavabdeh 14 may 2022-ci il tarixli müqaviləyə əsasən 39 manat ilkin ödəniş etdikdən sonra, ödəniş cədvəli üzrə 22 ay ərzində hər ay 55 manat olmaqla, qalan 1210 manat, 02 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən 41 manat ilkin ödəniş etdikdən sonra, ödəniş cədvəli üzrə 18 ay ərzində hər ay 60 manat olmaqla, qalan 1080 manat, 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 63 manat olmaqla, 756 manat, 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən ödəniş cədvəli üzrə 18 ay ərzində hər ay 44 manat olmaqla, 792 manat, 28 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən isə ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 28 manat olmaqla, 336 manat ödəməyi öhdəsinə götürmüş, ümumi borcdan qismən ödənişlər etdikdən sonra ödənişləri dayandırmışdır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, cavabdehin hər beş müqavilə üzrə cəmi 2863 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə Ucar RİH-i Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli məktubdan görünür ki, sözügedən ünvanda qeydiyyatda olan cavabdeh xeyli müddətdir ki, Ucar şəhərində yaşamır, məlumatlarına əsasən Bakı şəhərində yaşayır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2022-ci il , 02 sentyabr 2022-ci il, 21 noyabr 2022-ci il, 21 noyabr 2022-ci il və 28 noyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən sonuncu iddiaçıdan hissə-hissə ödəmək şərtilə 1249 manat, 1121 manat, 756 manat, 792 manat və 336 manat dəyərində məişət avadanlıqları almışdır. Belə ki, cavabdeh 14 may 2022-ci il tarixli müqaviləyə əsasən 39 manat ilkin ödəniş etdikdən sonra, ödəniş cədvəli üzrə 22 ay ərzində hər ay 55 manat olmaqla, qalan 1210 manat, 02 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən 41 manat ilkin ödəniş etdikdən sonra, ödəniş cədvəli üzrə 18 ay ərzində hər ay 60 manat olmaqla, qalan 1080 manat, 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 63 manat olmaqla, 756 manat, 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən ödəniş cədvəli üzrə 18 ay ərzində hər ay 44 manat olmaqla, 792 manat, 28 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən isə ödəniş cədvəli üzrə 12 ay ərzində hər ay 28 manat olmaqla, 336 manat ödəməyi öhdəsinə götürmüş, ümumi borcdan qismən ödənişlər etdikdən sonra ödənişləri dayandırmışdır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, cavabdehin hər beş müqavilə üzrə cəmi 2863 manat əsas borcu yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 14 may 2022-ci il , 02 sentyabr 2022-ci il, 21 noyabr 2022-ci il, 21 noyabr 2022-ci il və 28 noyabr 2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə məişət avadanlığına görə 2863 manat əsas borc və ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 14 may 2022-ci il , 02 sentyabr 2022-ci il, 21 noyabr 2022-ci il, 21 noyabr 2022-ci il və 28 noyabr 2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə məişət avadanlığına görə 2863 (iki min səkkiz yüz altmış üç) manat əsas borc və ödənilmiş 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar