Məhkəmə qərarları › İş №e-2(063)-590/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-590/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-590/2025 16.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı MMC-nin xeyrinə 01 oktyabr 2024-cü tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1099,08 manat ödənilməmiş hissə, 109,91 manat cərimə, eyni tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 778,58 manat ödənilməmiş hissə, 77,86 manat cərimə, 10 oktyabr 2024-cü tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 628,38 manat ödənilməmiş hissə, 62,84 manat cərimə, 26 oktyabr 2024-cü tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 406,08 manat ödənilməmiş hissə, 40,61 manat cərimə, 27 oktyabr 2024-cü tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 371,34 manat ödənilməmiş hissə, 37,13 manat cərimə, 29 oktyabr 2024cü tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 374,40 manat ödənilməmiş hissə, 37,44 manat cərimə və 04 noyabr 2024-cü tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 741,12 manat ödənilməmiş hissə, 74,11 manat cərimə olmaqla, hər yeddi müqavilə üzrə ümumilikdə 4838,88 manat borcun və 68,39 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2024-cü tarixli, 10 oktyabr 2024-cü tarixli, 26 oktyabr 2024-cü tarixli, 27 oktyabr 2024-cü tarixli, 29 oktyabr 2024-cü tarixli və 04 noyabr 2024-cü tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh ümumi qiyməti 1099,08 manat dəyərində olan “Toshiba GR” markalı soyuducu və ödənişin təminatı xidməti, ümumi qiyməti 824,58 manat dəyərində olan “Beko” markalı paltaryuyan maşın və ödənişin təminatı xidməti, ümumi qiyməti 678,38 manat dəyərində olan “Hoffmann” markalı paltaryuyan maşın, qızıl zımanət ultra 3 il (kontakt) xidməti və ödənişin təminatı xidməti, ümumi qiyməti 516,08 manat dəyərində olan “Hoffmann” markalı soyuducu və ödənişin təminatı xidməti, ümumi qiyməti 491,34 manat dəyərində olan “Hoffmann” markalı paltaryuyan maşın, qızıl zımanət ultra 1 il (kontakt) xidməti və ödənişin təminatı xidməti, ümumi qiyməti 518,40 manat dəyərində olan “Electrolux” markalı su qızdırıcısı, ümumi qiyməti 981,12 manat dəyərində olan 2 ədəd “Hoffmann” markalı paltaryuyan maşın, 2 ədəd qızıl zımanət ultra 1 il (kontakt) xidməti və ödənişin təminatı xidməti satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək 710 manat ödəniş etmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun hər yeddi müqavilə üzrə cəmi 4838,88 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi 18 aprel 2025-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə, qəbul edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2024-cü tarixli, 10 oktyabr 2024-cü tarixli, 26 oktyabr 2024-cü tarixli, 27 oktyabr 2024-cü tarixli, 29 oktyabr 2024-cü tarixli və 04 noyabr 2024-cü tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh ümumi qiyməti 1099,08 manat dəyərində olan “Toshiba GR” markalı soyuducu və ödənişin təminatı xidməti, ümumi qiyməti 824,58 manat dəyərində olan “Beko” markalı paltaryuyan maşın və ödənişin təminatı xidməti, ümumi qiyməti 678,38 manat dəyərində olan “Hoffmann” markalı paltaryuyan maşın, qızıl zımanət ultra 3 il (kontakt) xidməti və ödənişin təminatı xidməti, ümumi qiyməti 516,08 manat dəyərində olan “Hoffmann” markalı soyuducu və ödənişin təminatı xidməti, ümumi qiyməti 491,34 manat dəyərində olan “Hoffmann” markalı paltaryuyan maşın, qızıl zımanət ultra 1 il (kontakt) xidməti və ödənişin təminatı xidməti, ümumi qiyməti 518,40 manat dəyərində olan “Electrolux” markalı su qızdırıcısı, ümumi qiyməti 981,12 manat dəyərində olan 2 ədəd “Hoffmann” markalı paltaryuyan maşın, 2 ədəd qızıl zımanət ultra 1 il (kontakt) xidməti və ödənişin təminatı xidməti satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək 710 manat ödəniş etmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmış, nəticədə, onun 01 oktyabr 2024-cü tarixli müqavilə üzrə 1099,08 manat ödənilməmiş hissə, 109,91 manat cərimə, eyni tarixli müqavilə üzrə 778,58 manat ödənilməmiş hissə, 77,86 manat cərimə, 10 oktyabr 2024-cü tarixli müqavilə üzrə 628,38 manat ödənilməmiş hissə, 62,84 manat cərimə, 26 oktyabr 2024-cü tarixli müqavilə üzrə 406,08 manat ödənilməmiş hissə, 40,61 manat cərimə, 27 oktyabr 2024-cü tarixli müqavilə üzrə 371,34 manat ödənilməmiş hissə, 37,13 manat cərimə, 29 oktyabr 2024-cü tarixli müqavilə üzrə 374,40 manat ödənilməmiş hissə, 37,44 manat cərimə və 04 noyabr 2024cü tarixli müqavilə üzrə 741,12 manat ödənilməmiş hissə, 74,11 manat cərimə olmaqla, hər yeddi müqavilə üzrə ümumilikdə 4838,88 manat borcu borcu yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 68,39 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh hər yeddi alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Alqı-satqı müqavilələrinə əlavə olunmuş ödəniş cədvəllərinininin 2-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 01 oktyabr 2024-cü tarixli alqısatqı müqaviləsi üzrə “Toshiba GR” markalı soyuducuya və ödənişin təminatı xidmətinə görə 1099,08 manat ödənilməmiş hissə, 109,91 manat cərimə, eyni tarixli alqı-satqı müqaviləsi üzrə “Beko” markalı paltaryuyan maşına və ödənişin təminatı xidmətinə görə 778,58 manat ödənilməmiş hissə, 77,86 manat cərimə, 10 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Hoffmann” markalı paltaryuyan maşına, qızıl zımanət ultra 3 il (kontakt) xidmətinə və ödənişin təminatı xidmətinə görə 628,38 manat ödənilməmiş hissə, 62,84 manat cərimə, 26 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Hoffmann” markalı soyuducuya və ödənişin təminatı xidmətinə görə 406,08 manat ödənilməmiş hissə, 40,61 manat cərimə, 27 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Hoffmann” markalı paltaryuyan maşına, qızıl zımanət ultra 1 il (kontakt) xidmətinə və ödənişin təminatı xidmətinə görə 371,34 manat ödənilməmiş hissə, 37,13 manat cərimə, 29 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Electrolux” markalı su qızdırıcısına görə 374,40 manat ödənilməmiş hissə, 37,44 manat cərimə və 04 noyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə 2 ədəd “Hoffmann” markalı paltaryuyan maşına, 2 ədəd qızıl zımanət ultra 1 il (kontakt) xidmətinə və ödənişin təminatı xidmətinə görə 741,12 manat ödənilməmiş hissə, 74,11 manat cərimə olmaqla, hər yeddi müqavilə üzrə ümumilikdə 4838,88 manat borc və ödənilmiş 68,39 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 01 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Toshiba GR” markalı soyuducuya və ödənişin təminatı xidmətinə görə 1099,08 manat ödənilməmiş hissə, 109,91 manat cərimə, eyni tarixli alqı-satqı müqaviləsi üzrə “Beko” markalı paltaryuyan maşına və ödənişin təminatı xidmətinə görə 778,58 manat ödənilməmiş hissə, 77,86 manat cərimə, 10 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Hoffmann” markalı paltaryuyan maşına, qızıl zımanət ultra 3 il (kontakt) xidmətinə və ödənişin təminatı xidmətinə görə 628,38 manat ödənilməmiş hissə, 62,84 manat cərimə, 26 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Hoffmann” markalı soyuducuya və ödənişin təminatı xidmətinə görə 406,08 manat ödənilməmiş hissə, 40,61 manat cərimə, 27 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Hoffmann” markalı paltaryuyan maşına, qızıl zımanət ultra 1 il (kontakt) xidmətinə və ödənişin təminatı xidmətinə görə 371,34 manat ödənilməmiş hissə, 37,13 manat cərimə, 29 oktyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə “Electrolux” markalı su qızdırıcısına görə 374,40 manat ödənilməmiş hissə, 37,44 manat cərimə və 04 noyabr 2024-cü tarixli alqı-satqı müqaviləsi üzrə 2 ədəd “Hoffmann” markalı paltaryuyan maşına, 2 ədəd qızıl zımanət ultra 1 il (kontakt) xidmətinə və ödənişin təminatı xidmətinə görə 741,12 manat ödənilməmiş hissə, 74,11 manat cərimə olmaqla, hər yeddi müqavilə üzrə ümumilikdə 4838,88 (dörd min səkkiz yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat borc və ödənilmiş 68,39 (altmış səkkiz manat otuz doqquz qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar