Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-740/2024 10.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddiasına dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 439,17 manat borcun və ödənilmiş 30 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişi ilə məhkəməyə müraciət edib barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin şərtlərinə görə iddiaçı “Azərişıq" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4, elektrik enerjisindən istifadə nəticəsində yaranmış 439,17 manat məbləğində borcunu tələb etmir və həmin məbləğin azaldılaraq 339,17 manat müəyyən edilməsinə razılıq verir və gələcəkdə mübahisələndirməyəcəkdir, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 439,17 manat məbləğində enerji haqqının yuxarıda göstərilən qaydada azaldılaraq 339,17 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsi ilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdeh barışıq sazişinin şərtlərini müəyyən etməklə razılığa gəlmişlər, barışıq sazişinin şərtləri qanunazidd deyildir və tərəflərin hüququnu pozmur, buna görə də yuxarıda göstərilən şərtlərlə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən tərəflərə barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Azərişıq" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4, elektrik enerjisindən istifadə nəticəsində yaranmış 439,17 manat məbləğində borcunu tələb etmir və həmin məbləğin azaldılaraq 339,17 manat müəyyən edilməsinə razılıq verir və gələcəkdə mübahisələndirməyəcəkdir, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 439,17 manat məbləğində enerji haqqının yuxarıda göstərilən qaydada azaldılaraq 339,17 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür” şərtləri ilə barışıq sazişi təsdiq edilsin və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunsun. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-740/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-740/2024
10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver