Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-804/2025 23.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehə qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********62184 XİAOMİ REDMİ 12 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti, PAKET L xidməti üçün 379.04 manat ödənilməmiş hissənin, 37.90 manat cərimə pulunun, 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən, BOROFONE BW31 qulaqlıq üçün 255.42 manat ödənilməmiş hissənin, 25.54 manat cərimə pulunun, 03 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, BOROFONE BW31 qulaqlıq üçün 16.29 manat ödənilməmiş hissənin, 1.63 manat cərimə pulunun, 26 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən, BLACKVİEW AİRBUDS 8 qulaqlıq üçün 30 manat ödənilməmiş hissənin, 3 manat cərimənin, ümumilikdə 748.83 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlər tədqiq olunarkən müəyyən olunmuşdur ki, ərizənin formasına və məzmununa riayət edilməmiş, iddiaçının tələbi dəqiq deyildir. Belə ki, ərizənin məzmununda və tələb hissəsində 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş məhsulun adı səhvən BOROFONE BW31 qulaqlıq göstərilmişdir. Halbuki, iş materiallarında olan maliyyə və ödəniş cədvəlindən və 22 oktyabr 2024-cü il tarixli müqavilədən görünür ki, 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə BOROFONE BW31 qulaqlıq deyil, başqa məhsullar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin Məcəllənin 284-3.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun icraatı mümkündür, yuxarıda göstərilənlərə əsasən hazırkı ərizənin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Həmçinin, iddiaçının qeyd olunan ərizəsi bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarıldığından iddiaçı tərəfindən 19 may 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114,2, 152, 263, 264, 267-268 və 284-3.5-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə iddia ərizəsinin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəfindən 19 may 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Xəyal Bədəlov PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Ucar Rayon Məhkəməsi Ucar rayonu İş № e-2(063)-804/2025 23 may 2025-ci il Hakim Bədəlov Xəyal Natiq oğlu, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılmasının nəticəsi üzrə qərardad qəbul etdim. Hakim: Hilal Xəlilov Ucar Rayon Məhkəməsi ________________________________________________________________ Ucar şəhəri, Səttərxan küçəsi 1 tel: 02021-3-12-81, faks: 02021-3-01-11 İş № e-2(063)-804/2025 23 may 2025-ci il "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73 A Ucar Rayon Məhkəməsinin e-2(063)-804/2025 nömrəli, 23 may 2025-ci il tarixli qərardadı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Sizə göndərilir. qoşma: qərardad, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər. Hakim: Xəyal Bədəlov Ucar Rayon Məhkəməsi Ucar şəhəri, Səttərxan küçəsi 1 tel: 0-2021-3-12-81, faks: 0-2021-3-01-11 № e-2(063)-761/2024 05 sentyabr 2024-cü il Ucar rayonu üzrə maliyyə şöbəsinə Ucar Rayon Məhkəməsinin e-2(063)-761/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərardadı icra edilməsi üçün Sizə göndərilir. qoşma: qərardad və qəbzin surəti. Hakim: Hilal Xəlilov Azərbaycan Respublikası adından QƏRARDAD Ucar Rayon Məhkəməsi Ucar rayonu İş № e-2(063)-1164/2024 27 sentyabr 2024-cü il Mən, X1, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X8, X9 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4, X5, X6 və X2 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 751.06 manat məbləğində kredit borcu, 1.56 manat məbləğində faiz borcu və 12.73 manat məbləğində cərimə olmaqla, cəmi, 765.35 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq olunarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin formasına və məzmununa riayət edilməmiş, habelə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddiaçının iddia ərizəsində cavabdehlər kimi X12, X13 və X10 göstərilsə də iddiaçının tələbində X4, X5, X6 və X2 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 751.06 manat məbləğində kredit borcu, 1.56 manat məbləğində faiz borcu və 12.73 manat məbləğində cərimə olmaqla, cəmi, 765.35 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının iddia ərizəsində dövlət rüsumunun ödənilməsi haqqında məlumatda qəbzin nömrəsi kimi **********, dövlət rüsumunun məbləği 30 manat, ödənişin tarixi isə 07 avqust 2024-cü il göstərilmişdir. Halbuki, Ucar Rayon Məhkəməsinin e-2(063)-949/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərardadı ilə qeyd edilən dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Belə ki, Ucar Rayon Məhkəməsinin e-2(063)-949/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X8, X9, X11 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə iddia ərizəsinin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 07 avqust 2024-cü ildə ödənilmiş (qəbzin nömrəsi **********) 30 (otuz) manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması və qərardadın həmin hissədə icrasının Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməsi qərara alınmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-3.2.2 və 284-3.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) və iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun icraatı mümkündür, hazırkı iddia ərizəsinin formasına və məzmununa riayət edilməmiş, habelə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267-268 və 284-3.5-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X8, X9 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə iddia ərizəsinin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Hilal Xəlilov PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Ucar Rayon Məhkəməsi Ucar rayonu İş № e-2(063)-1164/2024 27 sentyabr 2024-cü il X1, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X8, X9 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə iclasında kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 17:45-də başladı. Hakim mülki iş üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət saat 17:50-də qurtardı. Protokol 27 sentyabr 2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Hilal Xəlilov Ucar Rayon Məhkəməsi ______________________________________________________________________ Ucar şəhəri, Səttərxan küçəsi 1 tel: 02021-3-12-81, faks: 02021-3-01-11 İş № e-2(063)-1164/2024 27 sentyabr 2024-cü il "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033 Ucar Rayon Məhkəməsinin e-2(063)-1164/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərardadı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Sizə göndərilir. qoşma: qərardad, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər. Hakim: Hilal Xəlilov Ucar Rayon Məhkəməsi Ucar şəhəri, Səttərxan küçəsi 1 tel: 0-2021-3-12-81, faks: 0-2021-3-01-11 № e-2(063)-761/2024 05 sentyabr 2024-cü il Ucar rayonu üzrə maliyyə şöbəsinə Ucar Rayon Məhkəməsinin e-2(063)-761/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərardadı icra edilməsi üçün Sizə göndərilir. qoşma: qərardad və qəbzin surəti. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-804/2025
Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-804/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver