Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-809/2025 20.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borc tələbi barədə ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı müqavilə üzrə borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 07 dekabr 2024cü il tarixli müqaviləyə əsasən ödənişin təminatı xidməti, qızıl zəmanət ultra 2 il xidməti, paket (XL) xidməti, İmei kodu **********47953 “SAMSUNG GALAXY A05S” markalı telefon üçün 554,22 manat ödənilməmiş hissənin, 55,42 manat cərimənin, 17 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən paket (XL) xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İmei kodu **********32739 “REALME C61 NFC” markalı telefon üçün 455,40 manat ödənilməmiş hissənin, X2 ödənilmiş 23,60 manat rüsumun, 45,54 manat cərimənin, 22 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********42724 “XİAOMİ REDMİ NOTE 13” markalı telefon üçün 425,04 manat ödənilməmiş hissənin, X2 ödənilmiş 23,60 manat rüsumun, 42,50 manat cərimənin, ümumilikdə 1625,33 manat borcun və 36,26 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 07 dekabr 2024-cü il, 17 noyabr 2024-cü il, 22 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən ödənişin təminatı xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İmei kodu **********47953 “SAMSUNG GALAXY A05S” markalı telefon, paket (XL) xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İmei kodu **********32739 “REALME C61 NFC” markalı telefon, İmei kodu **********42724 “XİAOMİ REDMİ NOTE 13” markalı telefon almış və nəticədə 1625,33 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 554,22 manat (18 ay x 30,79 manat + 0 manat ilkin ödəniş) olan ödənişin təminatı xidməti, qızıl zəmanət ultra 2 il xidməti, paket (XL) xidməti, İmei kodu **********47953 “SAMSUNG GALAXY A05S” markalı telefon üçün ümumilikdə 609,64 manat olmaqla, ondan 554,22 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55,42 manat cərimə, 17 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 455,40 manat (18 ay x 25,30 manat + 0 manat ilkin ödəniş) olan paket (XL) xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İmei kodu **********32739 “REALME C61 NFC” markalı telefon üçün ümumilikdə 524,54 manat olmaqla, ondan 455,40 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, müştəriyə güzəşt olunaraq 45,54 manat cərimə, 22 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 425,04 manat (12 ay x 35,42 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********42724 “XİAOMİ REDMİ NOTE 13” markalı telefon üçün ümumilikdə 491,14 manat olmaqla, ondan 425,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, müştəriyə güzəşt olunaraq 42,50 manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 07 dekabr 2024-cü il, 17 noyabr 2024-cü il, 22 noyabr 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 29 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər-tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi 26 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 31 may 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşmateriallarından görünür ki, tərəflər arasında 17 noyabr 2024-cü il tarixdə ********** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmetinə görə müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı\xidmət(lər)i “ABC”-yə sifariş verir, “ABC” həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”-yə ödəyir. İşdə olan 17 noyabr 2024-cü il tarixli, ********** nömrəli müqavilənin həmin tarixli əlavəsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə “REALME C61 NFC 6/128GB DARK GREEN” markalı əşya, paket (XL) və qızıl zəmanət verilmişdir. Həmin tarixli müqavilənin 22 noyabr 2024-cü il tarixli əlavəsinə əsasən cavabdehə “XİAOMİ REDMİ NOTE 13 8/256GB MİDNİGHT BLACK” markalı əşya verilmişdir. Həmin tarixli müqavilənin 07 dekabr 2024-cü il tarixli əlavəsinə əsasən cavabdehə “SAMSUNG GALAXY A05S (SM- A057) 4/128GB BLACK” markalı əşya, ödənişin təminatı xidməti, paket (XL) və qızıl zəmanət verilmişdir. Həmçinin, həmin müqavilənin 3.5-ci bəndində qeyd olunmuşdur ki, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcmində mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan 13 may 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********32739 “REALME C61 NFC” markalı telefon və İmei kodu **********42724 “XİAOMİ REDMİ NOTE 13” markalı mobil telefonların açılıb-bağlanması xidmətinə görə X2 hər bir telefon üçün 23,60 manat, ümumilikdə 47,20 manat pul ödənilmişdir. İşdə olan 13 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 07 dekabr 2024-cü il, 17 noyabr 2024-cü il və 22 noyabr 2024-cü il tarixli müqavilələr üzrə borcu-ödənilməmiş məbləğ üzrə 1434,66 manat (554,22 manat + 445,40 manat +425,04 manat), X4 rüsumu üzrə 23,6 manat, X4 rüsumu üzrə 23,6 manat, cərimə üzrə 143,47 manat (55,42 manat + 45,54 manat + 42,50 manat), cəmi 1625,33 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə öhdəliklərin icrası ilə əlaqədar 29 aprel 2025-ci il tarixli xəbərdarlıq göndərmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə müqavilə bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçının cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilənin 3.5-ci bəndində əsasən müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,26 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlində müqavilələr üzrə cərimənin müvafiq olaraq 55,42 manat, 45,54 manat, və 42,50 manat, cəmi 143,47 manat olduğu göstərilmişdir, iddia ərizəsində isə qeyd olunan müqavilələrə əsasən cəriməyə görə müvafiq olaraq 55,42 manat, 45,54 manat və 42,50 manat tələb olunmuşdur. Göründüyü kimi tələb olunan cərimənin ümumi məbləği 143,47 manat deyil, 143,46 manat təşkil edir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə yuxarıda qeyd olunan müqavilələrə əsasən ödənilməmiş məbləğ üzrə 1434,66 manat, X2 ödənilmiş rüsum üzrə 47,20 manat, dəbbə pulu (cərimə) üzrə 143,46 manat, habelə ödənilmiş dövlət rüsumu üzrə 36,26 manat, cəmi 1661,58 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödənilməmiş məbləğ üzrə 1434 (bir min dörd yüz otuz dörd) manat 66 (altmış altı) qəpik, X2 ödənilmiş rüsum üzrə 47 (qırx yeddi) manat 20 (iyirmi) qəpik, dəbbə pulu (cərimə) üzrə 143 (bir yüz qırx üç) manat 46 (qırx altı) qəpik və ödənilmiş dövlət rüsumu üzrə 36 (otuz altı) manat 26 (iyirmi altı) qəpik, cəmi 1661 (bir min altı yüz altmış bir) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-809/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-809/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver