Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-83/2025 17.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X6, iddiaçılar İddiaçı1, İddiaçı2, onların və İddiaçı3, onların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və üçüncü şəxs Maraqlı şəxs2 iştirakları ilə İddiaçılar Məmmədova Aybənı̇ z Əlı̇ saab qızının, Həsənova Elmı̇ ra Əlı̇ sab qızının və İddiaçı3 Əlı̇ saab qızının cavabdehlər Məmmədov Şakı̇ r Əlı̇ sab oğluna və qeyrisinə qarşı miras əmlakın bölünməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Məmmədova Aybənı̇ z Əlı̇ saab qızı, Həsənova Elmı̇ ra Əlı̇ sab qızı və İddiaçı3 Əlı̇ saab qızı cavabdehlər Məmmədov Şakı̇ r Əlı̇ sab oğluna və qeyrisinə qarşı miras əmlakın bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən **********61-10301 reyester nömrəsi ilə dövlət qeydiyyatına alınmış əmlakda olan ata X7 və ana X16 ümumi birgə payının onların 1-ci növbə vərəsələri olan İddiaçı1, Həsənova (Məmmədova) Elmira Əlisab qızı, Maraqlı şəxs2, Cavabdeh1 və Babayeva (Məmmədova) Solmaz Əlisaab qızı arasında bərabər hissədə miras əmlak kimi bölüşdürlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, ata X11 ana X27 ilə 25 noyabr 1958-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan İddiaçı1, Həsənova (Məmmədova) Elmira Əlisab qızı, Maraqlı şəxs2, Cavabdeh1 və Babayeva (Məmmədova) Solmaz Əlisaab qızı doğulmuşdur. Ailənin təsərrüfatında torpaq sahəsi olmuş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Ailə olaraq hamısı həmin evdə yaşayıb, birgə təsərrüfat idarə etmişlər. Sonradan onlar ərə gedərək, ata evini tərk etmişlər. Qardaşları isə başqa ev alaraq, həmin evi tərk etmişlər. Sonradan İddiaçı1 1994-cü ildə ərindən boşanaraq, uşaqları ilə birlikdə atası ilə anası yaşayan evə qayıtmış, bir müddət orada yaşadıqdan sonra uşaqları atasıgilin yanında qoyaraq, işləmək üçün Bakı şəhərinə getmişdir. X3 beyin insultu keçirərək, 10 sentyabr 2008-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra yas mərasimi təşkil edərək, onu dəfn etmişlər. İddiaçı1 atasının vəfatından sonra bir müddət anasının yanında yaşamış, sonra yenidən işi ilə əlaqədar Bakı şəhərinə qayıtmışdır. İddiaçı1 2019-cu ildə anasının səhhəti pisləşdiyi üçün anasının yanına köçərək onunla birgə yaşamağa və ona qulluq etməyə başlamışdır. Anası 10 fevral 2024-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Onun vəfatından sonra yas mərasimini və dəfn işlərini təşkil edərək ondan miras qalmış əmlakı idarə etməyə başlamışdır. Ölkə ərazisində torpaq islahatı aparılan zaman ailənin mülkiyyətinə 1.89 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edən zaman həmin torpaq sahəsi üzərində inşa olunmuş tikili 2013-cü ilin yanvar ayına kimi inşa olunduğu üçün həm tikili, həm də fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adlarına arayış verilmişdir. Həmin arayış əsasında vərəsəlik hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə Kürdəmir Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət edən zaman qardaşı Cavabdeh1 ilə aralarında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yarandığı üçün onlara vərəsəlik şəhadətnaməsi verilməmiş və ərizəsinin icrasından imtina olunmuşdur. Atası və anası vəfat etdikdən sonra onlardan miras qalmış Ucar rayonu, Qazyan kəndində yerləşən 1.89 ha həyətyanı təyinatlı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evini miras əmlak kimi qəbul edərək idarə etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göründüyü kimi vərəsəlik hüququ (miras əmlakdan pay almaq hüququ) xüsusi qəbul müddətinə bağlı tutulmur. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən bu qayda həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Məlumata görə mərhum X3nun və anası X16 birinci növbə vərəsəsi olan övladlarından heç biri miras əmlakdan imtina etməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etdiklərini və izahatlarında iddia ərizəsində göstərilənləri təsdiq etdiklərini bildirdilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə da məhkəmə iclasında təmsil etdiyi şəxslərin iddiasını müdafiə etdiyini və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, mərhum atasından və mərhum anasından miras qalmış əmlakın bölüşdürülməsinə razı deyildir. Həmin miras olan əmlakda onun və qardaşı Aydının hüquqları tanınmalıdır. Atası ona bu cür demişdir. Üçüncü şəxs Maraqlı şəxs2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında Cavabdeh1 izahatı ilə razı olduğunu bildirdi, əlavə olaraq göstərdi ki, valideynləri vəfat edəndən sonra onlarla bir müddət ərzində Aybəniz yaşamışdır. Cavabdeh Kürdəmir Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq həmin cavabdehin və həmin üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, onların və digər İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və üçüncü şəxs Maraqlı şəxs2 izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidr. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 16 saylı Ucar Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışından görünür ki, Ucar rayonu, Qazyan kəndində yerləşən 1.89 ha torpaq sahəsi və fərdi yaşayış evi X7, X16, X10, X12, X13, Cavabdeh1 Əlisaab oğlunun, X8 və X22 ümumi birgə payı kimi daşınmaz əmlakın dövlət reyestrində 07 dekabr 2023-cü ildə qeydiyyata alınmışdır. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X30 25 noyabr 1958-ci ildə evlənmişlər. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, ata X17 və ana X27 olan X23 xx xxxxxxxx 1959-cu ildə, İddiaçı1 xx xxx 1961-ci ildə, Maraqlı şəxs2 xx xxxxxx 1962-ci ilə və X24 xx xxxx 1967-ci ildə doğulmuşlar. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 sentyabr 2008-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 10 fevral 2024-cü ildə ölmüşdür. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 iyun 2024-cü il tarixli, 5-80-18/2-439/2024 nömrəli arayışından görünür ki, Ucar rayonu, Qazyan kənd sakini İddiaçı1 anası X27 10 fevral 2024-cü il tarixdə vəfat etmişdir. X9 ölən günədək Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olub orada yaşamışdır. X4 aşağıdakı tərkibdə ailə üzvləri vardır:
1. Əri-X11, vəfat edib;
2. Qızı-1959-cu il təvəllüdlü X19;
3. Qızı-1961-ci il təvəllüdlü İddiaçı1;
4. Oğlu-1962-ci il təvəllüdlü Maraqlı şəxs2;
5. Oğlu-1965-ci il təvəllüdlü Cavabdeh1 Əlisaab oğlu;
6. Qızı-1967-ci il təvəllüdlü X20. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 iyun 2024-cü il tarixli, 5-80-18/2-440/2024 nömrəli arayışından görünür ki, Ucar rayonu, Qazyan kənd sakini İddiaçı1 anası X27 öldüyü 10 fevral 2024-cü il tarixdək onunla birlikdə yaşamışdır. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 avqust 2024-cü il tarixli, 5-80-18/2-647/2024 nömrəli arayışından görünür ki, Ucar rayonu, Qazyan kənd sakini İddiaçı1 X3 10 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir. X2 ölən günədək Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olub orada yaşamışdır. X1 aşağıdakı tərkibdə ailə üzvləri vardır:
1. X18 qızı, vəfat edib;
2. Qızı-1959-cu il təvəllüdlü X19;
3. Qızı-1961-ci il təvəllüdlü İddiaçı1;
4. Oğlu-1962-ci il təvəllüdlü Maraqlı şəxs2;
5. Oğlu-1965-ci il təvəllüdlü Cavabdeh1 Əlisaab oğlu;
6. Qızı-1967-ci il təvəllüdlü X20. İş materiallarında olan Kürdəmir Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyevin İddiaçı1 ünvanlanmış 17 iyul 2024-cü il tarixli, 596 nömrəli məktubunda İddiaçı1 10 fevral 2024-cü il tarixdə ölmüş X14 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin xahiş etməsi, tərəflər arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətna verilməsinin mümkün olmadığı göstərilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisə predmeti olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən **********61-10301 reyester nömrəsi ilə dövlət qeydiyyatına alınmış əmlakda (Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi) ata X5 və ana X16 digər şəxslərlə birlikdə ümumi birgə payları olmuşdur. X5 və X16 birinci növbə vərəsələri-övladları Məmmədova Aybənı̇ z Əlı̇ saab qızı, Həsənova Elmı̇ ra Əlı̇ sab qızı, Maraqlı şəxs2, Cavabdeh1 və İddiaçı3 Əlı̇ saab qızıdır. X11 10 sentyabr 2008-ci ildə və X27 10 fevral 2024-cü ildə ölmüşlər. Hazırda iddiaçılar Məmmədova Aybənı̇ z Əlı̇ saab qızı, Həsənova Elmı̇ ra Əlı̇ sab qızı və İddiaçı3 Əlı̇ saab qızı cavabdehlər Məmmədov Şakı̇ r Əlı̇ sab oğluna və qeyrisinə qarşı miras əmlakın bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən **********61-10301 reyester nömrəsi ilə dövlət qeydiyyatına alınmış əmlakda olan ata X7 və ana X16 ümumi birgə payının onların 1-ci növbə vərəsələri olan İddiaçı1, Həsənova (Məmmədova) Elmira Əlisab qızı, Maraqlı şəxs2, Cavabdeh1, Babayeva (Məmmədova) Solmaz Əlisaab qızı arasında bərabər hissədə miras əmlak kimi bölüşdürlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilən qanunvericilik normalarını hazırki işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, işin faktiki hallarından görünür ki, Məmmədova Aybənı̇ z Əlı̇ saab qızı, Həsənova Elmı̇ ra Əlı̇ sab qızı, Maraqlı şəxs2, Cavabdeh1n və İddiaçı3 Əlı̇ saab qızı mərhum X5 və X16 birinci növbə vərəsələridirlər, onların mərhumlardan miras qalmış məcburi pay almaq hüququndan məhrum edilmələri üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanların sağlığında bu barədə məhkəməyə müraciət etmələri və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırkı iş materiallarında mövcud deyildir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, mərhum X5 və X16 birinci növbə vərəsələri-övladları Məmmədova Aybənı̇ z Əlı̇ saab qızı, Həsənova Elmı̇ ra Əlı̇ sab qızı, Maraqlı şəxs2, Cavabdeh1 və İddiaçı3 Əlı̇ saab qızının sözügedən əmlakda məcburi payları mövcuddur. Odur ki, iddia təmin edilməli, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən **********61-10301 reyester nömrəsi ilə dövlət qeydiyyatına alınmış əmlakda (Ucar rayonu, Qazyan kəndində yerləşən) olan ata X5 və ana X16 ümumi birgə payları onların birinci növbə vərəsələri Məmmədova Aybənı̇ z Əlı̇ saab qızının, Həsənova Elmı̇ ra Əlı̇ sab qızının, Maraqlı şəxs2, Cavabdeh1 və İddiaçı3 Əlı̇ saab qızının arasında bərabər hissədə miras əmlak kimi bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X45 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən **********61-10301 reyester nömrəsi ilə dövlət qeydiyyatına alınmış əmlakda (Ucar rayonu, Qazyan kəndində yerləşən) olan ata X5 və ana X16 ümumi birgə payları onların birinci növbə vərəsələri Məmmədova Aybənı̇ z Əlı̇ saab qızının, Həsənova Elmı̇ ra Əlı̇ sab qızının, Maraqlı şəxs2, Cavabdeh1 və İddiaçı3 Əlı̇ saab qızının arasında bərabər hissədə miras əmlak kimi bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov