Məhkəmə qərarları › İş №e-2(064)-1073/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-1073/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-1073/2024 18.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə verdiyi iddia ərizəsinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24 may 2021-ci il tarixli alğısatqı müqaviləsi üzrə yaranmış 1590 manat əsas, 127,2 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 37,58 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 18 iyul 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və dövlət rüsumuna görə ödədiyi 37,58 manat məbləğində pulun ona qaytarılması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə göstərilən mülki-prosessual qanunvericilik norması və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iş materiallarında olan etibarnamə əsasında müvafiq səlahiyyəti olan iddiaçının nümayəndəsi iddia ərizəsinin iddiaçıya qaytarılması barədə vəsatəti iş üzrə icraatın məhkəmənin hazırlıq iclası mərhələsində verdiyinə görə iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və dövlət rüsumuna görə ödənilmiş 37,58 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 170, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı1 MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı1 MMC-nin dövlət rüsumuna görə ödədiyi 37,58 manat məbləğində pul özünə (Müştəri: KAZİMOFF GROUP MMC, Müştərinin hesabı AZ25AZFİ40060AZ**********007 VÖEN: ********** BANK AFB BANK ASC, MƏRKƏZ FİLİALİ VÖEN ********** Bank kodu 511191 Müxbir hesabı: AZ81NABZ**********00091944 SWİFT BİC AZFİAZ22) qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar