Məhkəmə qərarları › İş №e-2(064)-1146/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1146/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1146/2024 10.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3445 manat borcun və ödənilmiş 55 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə dəyərini 1 (bir) il müddətinə ödəmək şərti ilə 3445 manat dəyərində 4 adda məişət texnikaları satmışdır. Aralarında məişət texnikalarının təhvil-təslim götürülməsi və borcun olması barəsində şahidlərin (X3, X2, X1) iştirakı ilə 01 may 2022-ci il tarixli təhvil-təslim aktı tərtib edilmiş və imzaları ilə təsdiq olunmuşdur. Cavabdeh şahidlərin iştirakı ilə təhvil-təslim aktına əsasən aşağıda adlarını qeyd edilmiş 4 adda məişət avadanlıqlarını təhvil götürmüşdür.

1. Paltaryuyan (7+ Arçelik) 1 ədəd x 1000m = 1000 manat

2. Televizor (ŞVAKİ 109) 1 ədəd x 1250 m = 1250 manat

3. Böyük qazan dəsti 1 dəst x 445 m = 445 manat

4. Soyuducu (İndesit) 1 ədəd x 750 m = 750 manat . Razılaşmaya əsasən cavabdeh götürmüş olduğu 4 adda məişət texnikası avadanlıqlarının 3445 manat məbləğində olan dəyərini 1 (bir) il müddətində iddiaçının xeyrinə ödəməli idi. Lakin cavabdeh razılaşmanı pozaraq bu günə qədər borcunu ödəməkdən yayınır, bilərəkdən ödəmir. Dəfərlərlə cavabdehin borcunu ödəməsi barəsində cavabdehə şifahi və rəsmi xəbərdarlıq edilib, yaşadığı ünvana Xəbərdarlıq məktubu göndərilib. Lakin cavabdeh nə xəbərdarlıq məktublarına cavab verir, nə də borcunu ödəmək istəyir. İddiaçı hesab edir ki, cavabdeh borclu olduğu vəsaiti özündə saxlamaqla iddiaçıya zərər vurmuşdur və həmin zərər Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən müəyyən edilmiş Bank uçot dərəcəsi ilə hesablanmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan işə baxılmasını və halhazırda cavabdehdən cəmi 2745 manat məbləğində borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmiş və 2745 manat borcun əvəzinin iddiaçının xeyrinə ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, Cavabdeh şahidlərin (X3, X2, X1) iştirakı ilə dəyərini 1 (bir) il müddətinə ödəmək şərti ilə cəmi 3445 manat dəyərində məhsulu (1. Paltaryuyan (7+ Arçelik) 1 ədəd x 1000m = 1000 manat 2. Televizor (ŞVAKİ 109) 1 ədəd x 1250 m = 1250 manat 3. Böyük qazan dəsti 1 dəst x 445 m = 445 manat 4. Soyuducu (İndesit) 1 ədəd x 750 m = 750 manat) İddiaçı təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən edilir ki, İddiaçı qeyd olunan məslənin həlli ilə əlaqədar olaraq Bakı Şəhəri Səbai Rayon Polis İdarəsinə müraciət etmiş, lakin İdarə göstərilən xüsusatların mülki xarakterli olduğunu bildirərək məsələnin mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq edilərək 10 gün ərzində borcun əvəzi qaytarılmazsa və ya tərəflər arasında razılığa gəlinməzsə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilənin şərtlərini pozaraq müqavilə üzrə müəyyən olunmuş öhdəliyini yerinə yetirməyərək iddiaçıdan dəyərini 1 (bir) il müddətinə ödəmək şərti ilə cəmi 3445 manat dəyərində məhsul (1. Paltaryuyan (7+ Arçelik) 1 ədəd x 1000m = 1000 manat 2. Televizor (ŞVAKİ 109) 1 ədəd x 1250 m = 1250 manat 3. Böyük qazan dəsti 1 dəst x 445 m = 445 manat 4. Soyuducu (İndesit) 1 ədəd x 750 m = 750 manat) almış, lakin həmin məhsulların dəyərini ödəməmişdir. Bu barədə cavabdeh məhkəməyəqədərki dövrdə xəbərdarlıq məktubu vasitəsilə məlumatlandırılmışdır. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək cavabdehdən 3445 manat deyil, cəmi 2745 manat tələb etdiyini bildirmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaq tələb olunan 2745 manatı iddiaçının xeyrinə ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olan halda, məhkəmə cavabdehin iddianı etiraf etməsini qanunamüvafiq hesab edərək belə nəticəyə gəlir ki, iddia tələbi dəqiqləşdirmə ərizəsi nəzərə alınmaqla təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2745 manat məbləğində borcun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 55 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia tələbin dəqiqləşdirilməsi ərizəsi nəzərə alınmaqla təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2745 manat və 55 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar